RSS
 

Login:
Şifrə:
» » İslam ictimai dindir

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İslam ictimai dindir

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-06-2016, 19:38 | Şərh sayı: (0) | Baxılıb: 288

İslam ictimai dindir


İslam ictimai dindirİslamı digər din və məktəblərdən fərqləndirən xüsusiyyətlərdən biri də onun ictimai din olmasıdır. Burada təkcə ayrı-ayrı fərdlərin deyil, ictimaiyyətin islah olunmasına və onun düz yolu seçib saflaşmasına diqqət yetirilir.
Dediklərimizə aydınlıq gətirmək üçün qeyd etməliyik ki, insanların qarşılarına qoyduqları ən başlıca məqsəd onların səadət və xoşbəxtliyə nail olmalarıdır.
Hər bir insan hamıdan üstün olmasını və ixtiyarında olan şeylərin ən yaxşısına yiyələnməsini istəyir. Onlar daim ən yüksək məqamlara nail olmağa və çatışmazlıqları aradan qaldıraraq xoşbəxt həyat tərzi sürməyə can atırlar.
Bu bir həqiqətdir ki, hər bir insan dünənindən daha yaxşı yaşamağa can atır və mümkün qədər çox var-dövlət sahibi olmaq istəyir.
Kamal və səadətə nail olmaq istəyi ilə yanaşı, insanlar bu yolda müxtəlif maneə və çətinliklərlə qarşılaşmağı və tənəzzülə uğramağı sevmirlər. Bu səbəbdən də çətinliklərlə üzləşərkən özlərində bir növ narahatçılıq və ümidsizlik hiss edirlər. Bu xüsusiyyəti islam alimləri «kamillik axtaran fitrət» adlandırırlar.
Belə nəzərə çarpır ki, belə bir fitri xüsusiyyət insanda hansısa şəkk və tərəddüd olunası şəxs tərəfindən vücuda gəlməmişdir. Bütün din və ideoloji məktəblər yekdilliklə belə bir xüsusiyyətin insan fitrətində mövcud olduğunu etiraf etmiş, lakin bir-birindən fərqli olaraq insanın səadət və kamala çatması üçün bəşəriyyətə müxtəlif üsullar təqdim etmişlər. Yaranmış ixtilaf da yalnız insanın kamala çatması üçün ona təqdim olunan yolların hansının haqq və həqiqət olmasından ibarətdir.
İstər ilahi, istərsə də qeyri-ilahi məktəblərin prinsiplərini nəzərdən keçirdikdə belə qənaətə gəlmək olur ki, onların hər biri insanın kamala çatması üçün yalnız öz ideya və amallarının həqiqət olduğunu hesab edir. Bu səbəbdən də deyə bilərik ki, dinlər arasında mövcud olan ən başlıca fərq insanın xoşbəxt həyat və səadətə necə çatmasındadır. O, buna nail olmaq üçün görəsən hansı yolları keçməli və hansı əxlaqi xüsusiyyətlərə malik olmalıdır?
Qeyd etdik ki, insan xoşbəxt həyata meyl etməklə yanaşı bu yüksəlişin heç vaxt sona çatmamasını da arzu edir. Buradan belə bir nəticəyə gəlmək olur ki, insanın arzu etdiyi səadət və xoşbəxt həyat, sonsuz xoşbəxtlikdir. Әgər bunu qəbul edəriksə, sözün əsl mənasında islam dininin bəşəriyyətə təqdim etdiyi səadəti qəbul etmiş olarıq. Bu isə Allaha yaxınlıq və Onun razılığını qazanmaq deməkdir. Çünki, varlıqlar arasında yeganə sonsuz və mütləq qüvvə Allahın müqəddəs vücudu və zatıdır. İnsan kamala yalnız o zaman nail ola bilər ki, Allahın razılığını qazanmaqla Ona yaxınlaşmış olsun. Bunun isə yeganə yolu ibadət və ilahi göstərişlərə layiqincə əməl etməkdir.
İslam nöqteyi-nəzərindən Allahdan başqa hər bir şey fani və məhduddur. İnsanın daimi istək və ehtiyaclarını təmin edən yeganə və mütləq varlıq Allahın müqəddəs vücududur. Bu səbəbdən də xoşbəxtliyi var-dövlətdə görənlər böyük səhvə yol vermiş olurlar. Çünki, pul və var-dövlət nə qədər çox olarsa, yenə də fani və tükənəsidir. Var-dövlət çox olduqda belə, insan bir çox hallarda qarşılaşdığı çətinlikləri pulla aradan qaldırıb hər şeyi onunla əldə edə bilmir və xəyalında yaradıb-yaşatdığı xoşbəxtliyə çatmır. Aləmləri yaradan, bütün xeyir və gözəlliklərin səbəbkarı olan Allah isə fani deyil, əbədidir. İnsan yalnız Allaha arxalanmaqla öz ehtiyaclarını ödəyə və əbədiyyətə qovuşa bilər.
Fatir surəsinin 15-ci ayəsində bu haqda deyilir:
«Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə [heç nəyə, o cümlədən sizin ibadətinizə] möhtac deyildir və hər cür şükrə, tərifə layiqdir! [Onun bütün işləri bəyəniləndir]».
İmam Hüseyn (ə) Әrəfə duasında bu mətləbə işarə edərək buyurur:
«İlahi! Səni itirən şəxs nəyi axtarır və Səni tapan şəxs nəyi itirmiş olur?»
İmam Hüseyn (ə) bu ifadələri bəyan etməklə Allahın ən kamil varlıq olmasına işarə etmişdir.
Allahdan qeyrisinə üz tutan şəxs sanki puçluğa və faniliyə doğru hərəkət edir və hər şeydən məhrum olur. Lakin Allaha üz tutan şəxs bütün ehtiyac və nöqsanlarını aradan qaldırmış olur.
Bəs islam dini insanın kamala çatması üçün hansı yolu nəzərdə tutmuşdur?
Bu suala cavab tapmaq üçün Qurana müraciət edirik. Kəhf surəsinin 110-cu ayəsində deyilir:
«...Kim Rəbbi ilə qarşılaşacağına [qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına] ümid bəsləyirsə, [yaxud qiyamətdən qorxursa], yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın».
Göründüyü kimi bu ayədə Allah-taala insanın dünya və axirət səadətinə qovuşması və Onun razılığını qazanması üçün qarşıya iki əsas şərt qoyur:
1. Әməli-saleh iş görmək;
2. Allahın birliyinə iman gətirib ibadəti saf niyyətlə yerinə yetirmək.
Deyə bilərik ki, islam nöqteyi-nəzərindən insanın kamala çatmasının ən başlıca şərti Allahın razılığını qazanmaq məqsədi ilə ilahi göstərişlərə əməl etmək və Onun qoyduğu yasaq və qadağalara tabe olmaqdır.
İnsan, Allahın razılığına və Onun tükənməz maddi və mənəvi nemətlərinə yalnız ibadət yolu ilə nail ola bilər.
İlahi göstərişlərə [istər ibadi olsun, istər qeyri-ibadi] diqqət yetirdikdə bu həqiqətin şahidi oluruq ki, onların əksəriyyətinin insan cəmiyyəti ilə sıx bağlılığı vardır və şəriət hökmlərinin çox az bir qismi ayrı-ayrı fərdlərə aid olur.
Başqa sözlə desək islam, insanın Allaha yaxınlaşmasını yalnız saf niyyətlə həyata keçirilən ibadətdə görür. Amma bu heç də o demək deyildir ki, o, cəmiyyətdən uzaq düşərək ömrünü-gününü ibadətdə keçirməlidir. İnsan daim özünü cəmiyyətin bir üzvü bilməli, yaranmış çətinliklərin aradan qaldırılmasında onlarla qarşılıqlı həmkarlıq və dostluq əlaqələri qurmalıdır.
İlahi göstərişlərin bir çoxu ictimai olmaqla yanaşı, kütləvi halda da həyata keçirilir. Hətta «etikaf» kimi müstəhəbbi əməl də məscidlərdə müəyyən şərait və qanunlar çərçivəsində cəm halda həyata keçirilir. Buradan ən başlıca məqsəd nəfsin saflaşması və insanın yüksək əxlaqi dəyərlərə yiyələnməsidir. Etikafın əsas şərtlərindən biri onun ümumi şəkildə məscidlərdə təşkil olunması və oradan yalnız zəruri hallarda çıxılmasıdır. Etikaf günlərində insan həqiqi səadətə çatmaq üçün öz mənəviyyatını saflaşdırır və qarşıdan gələn imtahanlar üçün batini güc toplayır.
Diqqət yetirilsə məlum olar ki, belə bir əxlaqi və mənəvi əməlin həyata keçirilməsi yalnız ictimai əlaqələrin bərqərar olunmasından asılıdır.
Qeyd etmək lazımdır ki, insanın xudpəsəndlik və pisliklərdən çəkinmə qabiliyyəti cəmiyyət üzvləri ilə ünsiyyətdə olarkən özünü daha da büruzə verir.
Belə bir nəticəyə gəlirik ki, insan öz səadət və xoşbəxtliyinə təklik və guşənişinlikdə deyil, cəmiyyətdə və cəmiyyət üzvləri ilə ünsiyyətdə olmaqla nail ola bilər.
İslamın ictimai məsələlərə yetirdiyi diqqəti nəzərə alaraq, bir neçə ictimai hökm və tövsiyələrə işarə edirik:

Camaat namazı

İlk növbədə belə nəzərə çarpır ki, namaz hər bir şəxsin axirət dünyasına və onun əbədi nemətlərinə nail olması üçün üzərinə düşən ən başlıca ibadi vəzifədir. Lakin bilmək lazımdır ki, islamda namazın cəm halda qılınmasına o qədər böyük diqqət yetirilmişdir ki, zəruri hallar istisna olunmaqla, qalan hallarda namazın cəm halda qılınmasının vacib olduğu təsəvvür edilir. Qurani-Kərimdə bu haqda deyilir:
«Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin». (Bəqərə-43. )
İslamın əvvəllərində baş verən bütün müharibələrdə düşmənlərin tam nəzarətdə saxlanılması və onların heç bir hərəkətini gözdən qaçırmamaq zərurətinə baxmayaraq, Peyğəmbər (s) namazların cəm halda qılınmasına xüsusi diqqət yetirərdi. Aşura günü imam Hüseyn (ə)-ın çox ağır şəraitdə hər tərəfli mühasirəyə alındığı səhnə tarixin hamıya bəlli olan səhifələrindəndir. Lakin belə bir ağır şəraitdə imam Hüseyn (ə) günorta namazını cəm halda qıldı. İmam Hüseyn (ə) və onun arxasında namaz qılanları qorumaq məqsədi ilə Səid ibni Abdullah adlı səhabə çox böyük bir fədakarlıq göstərdi və öz bədənini onlara qarşı yönələn oxların qarşısında sipər edərək şəhadət şərbətini içdi.
Peyğəmbərdən (s) nəql olunmuş bir hədisdə deyilir:
«Üzürlü hallar istisna olmaqla, qalan hallarda camaatla qılınmayan namazlar [Allah dərgahında qəbul olunmaz]».(Vəsailuş-şiə, 8-ci cild, 293-cü səh. )
Bu hədisə istinad etməklə, fiqh alimləri öz risalələrində camaat namazına dair ayrıca fəsl ayırmış və üzürlü olmadan camaat namazlarının tərk olunmasını düzgün hesab etməmişlər.
Namazlar fərdi [ayrılıqda] qılındıqda belə, insana öz mömin qardaşlarını nəzərdə tutması tövsiyə olunur.
Belə ki, gündəlik namazlarda dəfələrlə oxunan «həmd» surəsində —«Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik» və həmçinin salamlarda — «Salam olsun bizə və əməli saleh şəxslərə» — cəm şəkilçisindən istifadə olunmuşdur.

Cümə namazı

İslam dinində cümə gününün günorta namazının yerinə təyin olunan cümə namazına xüsusi diqqət yetirilmişdir.
Cümə namazı xüsusi şəraitdə cəm halda qılınır.
İmam cümə namaza başlamazdan əvvəl oxuduğu birinci xütbədə cəmiyyəti maraqlandıran günün mühüm məsələlərinə toxunmalı, ictimai problemləri araşdırmalı və eyni zamanda onları üzərlərinə düşən vəzifələrlə tanış etməlidir.

Xeyirli işlərə dəvət, pis işlərdən çəkindirmək

Allah-taalanın Qurani-Kərimdə müsəlman ümmətinə vacib etdiyi məsələlərdən biri də xeyirli işlərə dəvət və pis işlərdən çəkindirməkdir. Ali İmran surəsinin 110-cu ayəsində bu haqda deyilir:
«[Ey müsəlmanlar!] Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. [Onlara] yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız...»
Bu məzmunda kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Lakin yalnız bir şeyi qeyd etmək istəyirik ki, bu zəruri hökmün həyata keçirilməsindən ən başlıca məqsəd, hər bir fərdin yaşadığı cəmiyyətin əxlaqi dəyərlərə hansı səviyyədə riayət olunmasına nəzarət etməsi və ya başqa sözlə desək, xalq üzərində ictimai nəzarətin bərqərar olunmasıdır. Ümumilikdə götürsək, zəruri hesab olunan bu iki şey, ayrı-ayrı fərdlərin və cəmiyyətin islah olunması üçün kütləvi tədbir xarakteri daşıyır.

Xüms və zəkat

İslamın cəmiyyət üçün [maddi vəziyyəti imkan verdiyi təqdirdə] vacib etdiyi şeylərdən biri də xüms və zəkat adlanan vergilərin ödənilməsidir.
Belə ki, hər bir müsəlman imkan daxilində malının bir qismini yardım məqsədi ilə ehtiyacı olanlara ayırmalı və onu lazımı şəxslərə çatdırmaq üçün dini hakimin [rəhbərin] ixtiyarına qoymalıdır.
Zəkatın ödənilməsi o qədər böyük əhəmiyyət kəsb edir ki, bu hökm Qurani-Kərimin bir çox ayələrində namazla birlikdə qeyd olunmuşdur:
«...Namaz qılın, zəkat verin və rüku edənlərlə rüku edin!»(Bəqərə-43. )
«O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək [onlara bir yer versək] namaz qılar, zəkat verər...» (Həcc-41.)
Bəqərə surəsinin 83-cü, Nisa surəsinin 77-ci, Maidə surəsinin 55-ci və bir çox başqa ayələr də həmin məzmuna dəlalət edir.
İslam dininin ictimai yönə malik olan məsələləri təkcə yuxarıda adlarını çəkdiyimiz hökmlərlə bitmir və qeyd olunanlar onların yalnız bir qismi idi. Cihad, yetim və kimsəsizlərə əl tutmaq, məsləhət və məşvərət, ümumi işlərdə qarşılıqlı həmkarlıq, müsəlmanların çətinlikləri ilə maraqlanmaq və bu kimi digər vəzifələri onlara misal çəkmək olar.
Bir sözlə, islam dini həmrəylik, öz ardıcıllarını səadət və xoşbəxtliyə çatdıran, insanı yaşadığı cəmiyyətlə sıx ünsiyyət saxlamağa sövq edən bir dindir.
Hər bir müsəlmanın üzərinə düşən fərdi və şəri vəzifələri yaşadığı cəmiyyətdə ictimai əlaqələr yaratmaqla icra etməsini zəruri və labüd hesab edəriksə, bunu da qəbul etməliyik ki, cəmiyyət üzvləri ilk növbədə bir-birlərinə qarşı təyin olunan hüquq və vəzifələrlə tanış olmalı və onlara riayət etməlidirlər.
Bununla yanaşı xalq arasında bir sıra əxlaq normaları və ictimai qayda-qanunlar da vardır ki, insani dəyərlərin qorunması, ümumi asayiş və tarazlığın tənzim olunması onlara necə riayət etməkdən asılıdır. Təbiidir ki, bu normalara düzgün yanaşmayan şəxslər cəmiyyətdən uzaqlaşdırılacaq və kimsənin etimadını qazanmayacaqdır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor