RSS
 

Login:
Şifrə:
» » Tövbə və istiğfar

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Tövbə və istiğfar

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-05-2016, 18:26 | Şərh sayı: (0) | Baxılıb: 757

Tövbə və istiğfar


Tövbə və istiğfarİnsan qəflət, nadanlıq, heyvani və nəfsani qüvvələrin coşub-daşması nəticəsində günaha batarsa, gecikmədən Allahın mərhəmətinə sığınıb ondan bağışlanmasını istəsin. Tövbə və istiğfar suyu ilə qəlbini, ruhunu yuyub təmizləsin, əks təqdirdə səhlənkarlıq və işi bu gün-sabaha qoymaq özü də bir günah olub inadkarlığa dəlalət edər.
"Qurani-Kərim”dən belə faydalanırıq ki, tövbə iki şərtlə qəbul olunur: insan günaha küfr və inadkarlıq üzündən yox, öz cəhaləti və nadanlığı səbəbindən batmış olarsa; günaha batandan sonra vaxt ötürmədən peşman olub dərhal tövbə edərsə. Allah-təala bu barədə buyurur:
"Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunur ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edələr. Allah belələrinin tövbəsini qəbul edər! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!»
Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq." («Nisa»-17,18).
Ey müsəlman bacı-qardaşım! Nə qədər gec deyil, tövbə et ki, vaxt azdır. Görün, Allah-təala öz bəndələri ilə hansı ahənglə danışır:
"İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan («Quran») üçün yumşalması vaxtı gəlib çatmadımı?" («Hədid»-16).
Günahı təkrarlamağın və tövbə etməməyin aqibəti

Günahından peşman olmayıb tövbə etməyi təxirə salanları qarşıda acınacaqlı bir aqibət gözləyir. İmam Sadiq(ə)-dən belə bir hədis nəql olunur:
"Atam (İmam Baqir)(ə) dəfələrlə deyərdi: «Qəlb üçün günahdan pis şey yoxdur, çünki ürək günaha batıb günahı təkrar etdikcə günah qəlbə hakim kəsilib onu xarabaya çevirir." Yəni təbii olaraq, üzü Allaha tərəf olan qəlb qiyafəsini dəyişib qaralaraq bir daha haqq söz və nəsihət eşitmir. Bu, sonu küfrlə, Allah ayələrini təkzib və səmavi həqiqətlərə istehza etməklə bitən "Qurani-Kərim”in buyurduğu həmin yoldur:
"Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!" («Rum»-10).
İmam Sadiq(ə)-dən belə nəql olunmuşdur:
Allah-təala buyurur: «Əgər mənim bəndəm öz nəfsani istəklərini mənə itaət etməkdən üstün tutarsa, onu cəzalandırmaq üçün ən azı mənə münacat etməyin ləzzətini ondan alaram."
Başqa bir hədisdə İmam Sadiq(ə) belə buyurur: "Şübhəsiz, günaha batan şəxs onun (günahın) təsirindən gecə namazından məhrum olur. (Mənəvi qidaları kəsməkdə) günahın təsirinin sürəti iti bıçağın əti kəsməkdə sürətindən daha çoxdur."
Nəhayət, insan özünü o yerə çatdırır ki, onun qəlbinə və qulağına qəflət möhürü vurulub, qaranlıq və zəlalət pərdəsi gözünə çəkilərək mübarək: "Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır." («Bəqərə»-7) ayəsi ona şamil olur.
İndi ki «Quran» və dini övliyalar(ə) baxımından günahın zərərləri aydın oldu, onu qəlbin səhifəsindən təmizləməkdə səhlənkarlıq etmək səfehlərin və axmaqların adətidir. Çünki günah öldürücü bir zəhərdir. Əgər onu dəf etmək üçün bir tədbir görülməzsə, daha nicat tapmaq üçün bir yol qalmaz. Məgər ölümün qəflətən insanı haqlaması, hətta bir nəfəs çəkməyə belə möhlət verməməsi həqiqət deyilmi? Bəli, bu, "Qurani-Kərim”də buyurulduğu bir həqiqətdir
"Artıq nə bir vəsiyyət etməyə iqtidarları çatar, nə də ailələrinin yanına qayıda bilərlər!" («Yasin»-50).
Uca Yaradan Peyğəmbər(s)-ə belə xitab edir:
"(Ey Mühəmməd!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü (qiyamət günü) ilə qorxut!" («Məryəm»-39).
O "vaxt deyərlər: "...Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!" («Ənam»-27).
Lakin sonrakı peşmançılığın nə faydası. Bu arzu əməli olaraq heç vaxt həqiqətə qovuşmayacaqdır. Allah eləməsin ki, bir gün biz də belə demiş olaq: "... (İlahi) Öz ömrümü bu gün-sabah etməklə xarab etdim." Buna görə də qəlbləri cilalayan istiğfarı unutmayaq. Bütün hallarda Allahı istiğfar etməklə yada salaq: istər vacib namazlarda, istərsə də müstəhəb namazlarda, hətta yatarkən belə istiğfar etmək lazımdır ki, bilmək olmaz, bəlkə yuxudan bir daha ayılmadıq.
Peyğəmbər(s)-in həyatı barədə belə nəql olunur ki, Allahın Rəsulu hər gün yetmiş dəfə "əstəğfirullah" deyərmiş. Bəzi hədislər də vardır ki, onun bir oturumda iyirmi beş dəfə "əstəğfirullah" deyərək istiğfar etməsi söylənilir. İstiğfar günahkarlara şəfa bəxş edən dərmandır. Bir hədisdə belə buyurulur:
"Hər bir dərdin dərmanı vardır. Günahların da dərmanı istiğfardır."
Bunu da bilmək lazımdır ki, istiğfar və tövbə üçün ən yaxşı vaxt gecə yarısıdır. O zaman bütün qapılar bağlı və hamı yuxuda olur,lakin Allahın rəhmət qapıları o zaman bəndələrinin üzünə açıq olur.
Allah mömin bəndələri vəsf edərək buyurur:
"Onlar (müsibətlərə) səbir edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir. (sübh namazına qalxanlardır)." («Ali-İmran»-17).
Başqa bir ayədə isə buyurulur:
"Onlar gecələr (ibadətlə məşğul olub) az yatardılar. Səhərlər isə (Allahdan) bağışlanmaqlarını diləyirdilər." («Zariyat»-17,18).
Peyğəmbər(s) buyurur: "Allah yanında Allah qorxusundan gözdən axan yaşdan və ya Onun yolunda tökülən qandan daha sevimli bir şey yoxdur. Ola bilməz ki, bəndə Allah qorxusundan ağlasın, amma Allah-təala onu öz rəhmət şərabı ilə sirab etməsin, onun göz yaşlarını behiştdə gülüş və sevincə çevirməsin, onun ətrafındakılarına iyirmi min nəfər olsa belə, mərhəmət göstərməsin. Allah-təalanın cəhənnəm əzabından qoruduğu kimsədən başqa heç bir göz Allah qorxusundan ağlamaz. Əgər gözündən yaş axıb üzünü isladarsa, heç vaxt yoxsulluq və zillətə düşməz. Əgər bir ümmətin arasında Tanrı bəndələrindən biri Allah qorxusundan ağlayarsa, şübhəsiz, Allah-təala o ümmətə onun göz yaşları xatirinə nicat verər."
Allah qorxusundan ağlamaqdan başqa hər bir şeyin öz ölçüsü var. İmam Sadiq(ə) bu barədə buyurur: "Qiyamət günü üç nəfərdən başqa hamının gözü ağlar olacaq: harama göz yuman, Allaha ibadət edib ayıq qalan və gecə yarısı Allah qorxusundan ağlayan şəxs."
Əgər bu sahədə müvəffəq olmursansa, yaxşı olardı ki, Əbu Həmzeyi Sumali duasını yada salıb Allah ilə zümzümə və münacat edəsən:
"İlahi! Mən hər zaman özümə söz verib ibadətə, itaətə hazır olduğumu söyləyəndə və Sənin qarşında durub namaz qılmaq istəyəndə yuxunu mənə göndərdin, razü-niyaz və münacat halını məndən aldın. İlahi! Mən özüm-özümlə əhd bağlayıb "bundan sonra mənim batinim yaxşı olacaq və tövbəkarların məclisinə gedəcəyəm” - deyə özümə söz verdikdən sonra görəsən nə oldu ki, birdən-birə mənə bəla gəldi, ayağım büdrədi, mənimlə Sənin aranda sədd yarandı? Ey mənim Mövlam! Olmaya Sən məni Öz mərhəmət qapından qovub bəndəlik xidmətindən uzaqlaşdırıbsan? Bəlkə mənim bəndəlik haqqını yüngül tutduğumu görüb məni Öz rəhmət qapından qovmusan? Olmaya, mənim Səndən üzüdönük olduğumu görüb mənə qəzəblənmisən? Bəlkə məni yalançılar arasında görüb öz qayğından məhrum etmisən? Bəlkə məni nemətlərinə qarşı naşükür görüb məhrum etmisən? Bəlkə məni elm adamlarının məclisində tapmayıb zəlalətə atmısan? Bəlkə məni qafillər arasında gördüyünə görə öz mərhəmətindən naümid etmisən? Bəlkə məni batillər (boşboğazlar) məclisində görüb elə oradaca onların arasında qoymusan? Yoxsa duamı eşitmək istəmədiyindən öz dərgahından qovub, həyasızlığıma və utanmazlığıma görə məni cəzalandırmısan? ..."
Qısası, bu münacatı zümzümə etməklə daxili dərdləri, mənəvi xəstəlikləri və Allahdan uzaqlaşmanın səbəblərini bilib özünü islah etmək üçün müalicə fikrinə düşmək olar.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor