Günah insanla nə edə bilir? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 16-05-2016, 00:08 | Şərh sayı: (0) | Baxılıb: 333
Günah insanla nə edə bilir?
insan həyatına ən çox ziyan vuran amildir. İnsana həm mənəvi və həm də maddi ziyan vurur. Günahın insana vurduğu mənəvi ziyandan biri bəndə ilə Allah arasına fasilə salmasıdır.
Allah bəndələrini sevgi və lütfü ilə xəlq etmişdir. Bəndələrinə hər kəsdən və hər şeydən yaxındır. O, hər şeyin Xaliqidir. Hər şey Ona tabedir. İnsan özünü tanıyaraq Allahı tanıya bilər. Allah tək Munis və tək Xaliqimizdir. Ancaq günahlar gəlir və bəndəsi ilə Xaliqi arasına fasilə salırlar.
İmam Rzanın (ə) nökəri olan Abdullah Xorasani nəql edir ki, bəzi cahillər İmama (ə) sual verirlər ki, niyə Allah özünü pərdə arxasında gizlətmişdir? İmam (ə) cavabında buyurur: “Allahın bəndələrinə görə həya etməsinin səbəbi - düçar olduqları günahlarının sayının çox olmasıdır. Heç bir şey Allahdan gizli deyildir. Nə gecənin qəlbində və nə də gündüzündə olanlar”.
Bu dünya Haqqın aynasıdır. Hər kim bu aynaya nəzər salsa, Haqqın camalını müşahidə edər. Ancaq günah səbəb olur ki, Allah bəzilərini rəhmətindən məhrum etsin. Beləsi gördüyü hər ayəni inkar edər. “Tezliklə yer üzündə nahaq yerə təkəbbürlük edən, hər hansı bir ayə və möcüzə görəndə iman gətirməyən, hidayət yolunu görəndə onunla getməyən və azğınlıq yolunu gördükdə isə onunla gedən kəsləri Öz ayələrimdən yayındıracağam (ayələrimlə mübarizə etmək qüdrətini onlardan alacağam). Bu (iş), onların Bizim ayə və nişanələrimizi təkzib etdiklərinə və onlardan (onları görməkdən) qafil olduqlarına görədir”. (“Əraf” 146).
Quran bu insanları kor və ölü adlandırır. Zahiri göz əşyaları gördüyü kimi, qəlb gözü də həqiqətləri görər. Əgər həqiqətləri dərk etməzsə, kor olar. Bəlkə dirilərin arasında gəzən ölülərdir.
“Bu iki dəstənin (kafirlərlə möminlərin) məsəli korla kar və görənlə eşidən kimidir. Məgər bu ikisi sifət və hal baxımından birdirlər? Məgər ibrət götürmürsünüz?!” (“Hud” 24).
“Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur”. (“Həcc” 46).
Günahın gətirdiyi ziyanlardan biri də Quran ayələrini inkar etməkdir. O kəslər ki, Quran ayələrini inkar edər, dəhşətli əzaba düçar olar. Bu, o insanlardır ki, qəflət içindədirlər. Günah o qədər ziyanvericidir ki, tövbə yolunu insanın üzünə bağlayır.
“Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu”. (“Rum” 10).
Nəticədə bu insanlar özləri öz əlləri ilə haqq yolunu bağlamış olur, öz havayi-nəfslərinin dalınca gedərlər. Özlərini Allahı və nurani ayələri tanımaqdan məhrum edirlər. Dünya və axirətdə ağır əzaba düçar olurlar. Tövbə və istiğfar edək və Allahla aramızda olan pərdə və hicabları qaldırmağa çalışaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər