Dünya əhli |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 23-12-2015, 15:18 | Şərh sayı: (0) | Baxılıb: 253
Dünya əhli
Dünyanı olduğu kimi tanımayan, dünyanın özünə və onun həyatına əsl hədəf kimi baxaraq dünyəvi işlərlə məşğul olanlar və bu dünyadan sonra hesab-kitaba və əbədi həyata inanmayanlar dünyanın mal-dövlətinə, arvad-uşaqlarına, cah-cəlalına, məqamına aşiq olmuş, dünya həyatından bərk-bərk yapışmış və ona şiddətlə ürək bağlamışlar; axirət həyatını və Allahı unutmuş, mə’nəvi dəyərlərə göz yummuşlar. Heyvani istəklərinin tə’min olunması və dünya ləzzətlərindən son dərəcə bəhrələnməyi öz himmətlərinin əsası qərar vermişlər. Belə şəxslər hətta fəqir, əliboş və guşənişin olmalarına, yaxud hər növ ictimai məs’uliyyətdən imtina etmələrinə baxmayaraq dünya əhli hesab olunur.
Qur’anda buyurulur: "Onlar dünya həyatının zahirini görürlər, lakin axirətdən qafildirlər.”
Yenə buyurulur: "Onlar həmin kəslərdir ki, dünya həyatını axirət həyatı müqabilində satın almışlar.”
"Yoxsa siz dünya həyatına razılıq verdiniz? Halbuki, bu azacıq mənfəətdən başqa bir şey deyildir.”
"Bizim görüşümüzə ümid bəsləməyən, dünya həyatına ürək bağlayıb onunla qəlblərini sevindirən və Bizim ayələrimizdən qafil olanların əbədi yeri bu dünyada kəsb etdikləri şeylərə görə cəhənnəm əzabıdır.”
İmam Cə’fər Sadiq (ə) buyurur: "İnsanın Allah dərgahından ən çox uzaq olduğu hallar odur ki, qarınla övrətinin (cinsiyyət üzvünün) istəklərini tə’min etməkdən başqa heç bir hədəfi olmasın.”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: "Təqvanın dünyaya məftun olan qəlbdə yerləşməsi haramdır.”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) yenə buyurur: "Dünyanı öz nəfsləriniz üçün müamilə qiyməti qərar verməyin və dünyanı Allahın yanında olanların əvəzində dəyişməyin. Həqiqətən bu çox pis ticarətdir.”
Dünya ona görə məzəmmət olunur ki,o qurur gətirir, aldadıcıdır, insanı axirətdən yayındırır, özünü gözəl və şirin cilvələndirərək insanı məftun edir, onu Allahdan yayındırır və axirət üçün yol azuqəsi hazırlamaqdan saxlayır. Dünya məzəmmət olunmuş və onun çirkinlikləri ifşa edilmişdir ki, insanlar ayıq olub onun hiylələrinə uymasınlar, gözlərini ona dikib onun əlində əsir olmasınlar. Məzəmmət olunan şey Allah ne’mətləri deyil, məhz dünyaya qəlbən bağlılıq, yaradılışın hədəfini unutmaq və axirətin əbədi həyatından qafil olmaqdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər