Günəşdə qəribə tac dəliyi yarandı - Təhlükəlidir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 18:07 | Şərh sayı: (0) | Baxılıb: 275
Günəşdə qəribə tac dəliyi yarandı - Təhlükəlidir?
Günəşdə növbəti maraqlı quruluşa malik tac dəliyi formalaşıb.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib.
Onun sözlərinə görə, Günəşin səthində daim tac dəlikləri formalaşır. Günəşin diskində tünd hissələr kimi müşahidə olunan tac dəliklərində maqnit qüvvə xətləri açıq olur və bu səbəbdən, yüklü qaynar plazma hissəcikləri bu hissələrdən Günəşi asanlıqla tərk edərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yüksəksürətli Günəş plazma küləyi şəklində yönəlir: "Budəfəki tac dəliyinin çox maraqlı forması var, Günəşin görünən diskinin boyunca yönəlib, təsirini isə 6 və ya 7 dekabrdan başlayaraq gözləyirik. Bu təsir, adətən Yerin maqnit sahəsinin həyəcanlaşmasına gətirib çıxarır. Fiziki şəraitdən asılı olaraq - Günəş küləyinin sürəti, planetlərarası maqnit sahəsinin istiqaməti və s. - geomaqnit qasırğası da yarana bilər".
E. Babayev bildirib ki, bu gün meteoroloji şərait insanlara daha çox təsir edəcək. Hazırda atmosfer təzyiqi 760 mm.c.t-dur. Geomaqnit indeksi Kp isə 3-ə bərabərdir (maksimum 9 olur).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər