RSS
 

Login:
Şifrə:
» » Dil günahları

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dil günahları

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-05-2016, 06:19 | Şərh sayı: (0) | Baxılıb: 457

Dil günahları


Dil günahlarıƏn mühüm və əsas bəhslərdən biri də dil günahları, ondan törəyən bəlalardır. Dil ünsiyyət vasitəsi kimi faydalı və dəyərli olsa da, ondan baş verən günahlar da ziyanverici və xoşagəlməzdir. Allah dərgahında haqq sözü deməkdən yaxşı ibadət olmadığı kimi, batil sözü də söyləməkdən də pis günah yoxdur. Dil bəlaları haqqında səmavi təlimlərdə və hikmət sahiblərinin kəlamlarında o qədər faydalı, maraqlı mətləblər vardır ki, onların hamısını burada araşdırmağa bizim vaxtımız çatmaz. Lakin bacardıqca deyilənlərdən bir neçəsinə işarə edəcəyik. Əsl mövzu barədə söhbətə başlamazdan öncə nitqin əhəmiyyəti barədə qısaca da olsa danışsaq, məqsədəuyğun olardı.
Nitq-Tanrı neməti, lütf kimi
Allah insanları nitq qabiliyyətinə malik olmaqla şərəfləndirdi. Hikmət sahibləri, filosoflar nitqi təfəkkür və əqlin ifadəçisi bilib, buna görə də onu insanı başqa canlılardan ayıran xüsusiyyət hesab edirlər. Heyvanların əksəriyyəti onlar üçün təyin olunmuş müəyyən həddə qədər xüsusi səslərlə aralarında ünsiyyət yaradırlar. «Quran»da da quşlar və heyvanlardan bəzisinin danışdığı etiraf edilir:
"Süleyman Davuda (peyğəmbərlikdə , elmdə və mülkdə) varis oldu və dedi:" Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şey verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür!" («Nəml»-16)
Həzrəti-Əli(ə) ibn Abbasa belə buyurmuşdur: "Allah-təala quşların dilini Davud oğlu Süleymana öyrətdiyi kimi, bizə də öyrətdi. Həmçinin quruda və suda yaşayan bütün canlıların da"129
«Quran»da deyildiyi kimi, qarışqalar da danışmağa qadirdirlər: "Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə çatdıqda bir qarışqa (Qarışqaların padşahı) dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!" («Nəml»-18)
Xülasə, hər bir canlının özünəməxsus dili və danışığı vardır. Müqəddəs Kitabda bütün məxluqların danışığına iqrar edilib buyurulur ki, Qiyamət günü hətta bədən üzvləri də onların (insanların) əməllərinə şahid durarkən sahibləri buna qarşı etiraz edəndə onlar belə cavab verərlər:
"Hər şeyi dilə gətirən Allah bizi danışdırdı". («Fussilət»-21)

Dilçilik baxımından nitq

Danışıq və nitq təkcə insana məxsus deyildir. İbn Mənzur deyir: "Nitq danışmaqdır. Hər bir danışıq nitqdir.” (Sonra öz sözünü təsdiq etmək üçün "bizə quş dili öyrədildi" ayəsini misal çəkir.) Ardınca isə yazır: "Ədəbiyyatçılardan ibn Seyyidə adlı birisi belə yazmışdır: ««Quran»ın Davudun dilindən söylədiyi kimi, insandan başqa digər məxluqlar da nitq qabiliyyətinə malikdirlər: "Bizə quş dili öyrədildi" 130
Xülasə, heyvanlar barədə aparılan təhqiqatlardan, ayə və rəvayətlərdən istifadə edərkən nitq və danışığın təkcə insanlara məxsus olmamasına heç bir şübhə qalmır. Quşlar, qarışqalar və bəzi heyvanlar da özlərinə məxsus səs və sözlərlə ünsiyyət yaradırlar. Bir sıra dilçilərinə nəzərləri yuxarıdakı fikirlə üst-üstə düşür.
QEYD: Fəlsəfənin nitqi insanda təfəkkür və ağlın ifadəçisi hesab edib onu insanla heyvanlar arasında əsas fərqləndirici cəhət kimi hesab etməsinə baxmayaraq, bu məsləni vəhy məktəbindən öyrənib «bəyan»ı nitqin yerində işlətmək daha məqsədəuyğun olardı. «Bəyan» sözü leksik baxımdan «nitq» kəlməsinə nisbətən daha geniş ifadə imkanlarına, zəngin məna tutumuna malikdir. «Bəyan» aşkar etmək deməkdir. İnsanın danışığına ona görə bəyan deyilir ki, onun fikirləri söz vasitəsilə aşkar olur. Əgər təfəkkür və
əql qüvvəsi olmasaydı, insan öz istək və ehtiyaclarını bilməyib əldə etdiyi təcrübə və duyğularını yekunlaşdıraraq başqalarının başa düşəcəyi səviyyədə cümləbəcümlə düzüb izhar etməyə qadir olmazdı. Deməli, insanda nitq və bəyanın bünövrəsi onun mərkəzi sinir sistemi ilə birbaşa bağlıdır. Bu bağlılıq və əlaqə o qədər möhkəmdir ki, insan beynində azca boşluq yaranarsa, nitq fəaliyyətinə güclü təsir edər. Təfəkkür qüvvəsi nə qədər ardıcıl olarsa, onun bəyan qüdrəti çox, keyfiyyəti daha artıq olar. Deməli, bəyan iki cəhətdən əhəmiyyətlidir:
1. Bəyan insanın daxili hisslərini açıqlayan qüvvədir. Bəyan və dilin vasitəsilə insanın batinindəki fikirlər aşkarlanır. Heyvanlar isə bu qabiliyyətdən məhrumdurlar.
2. Bəyan insanda təfəkkür və düşüncənin ifadəsidir. Əbəs yerə deyildir ki, Allah-təala «Quran» və insan yaradılışını öyrənəndən sonra bəyanı öyrənməyi vurğulayaraq buyurur:
"Rəhman! (Mərhəmətli olan Allah!) (Öz peyğəmbərinə) «Quran»ı öyrətdi. İnsanı yaratdı. Ona danışmağı (fikrini və duyğularını ifadə etməyi) öyrətdi. («Ər-Rəhman»-1,2)
Həzrəti-Əli(ə) buyurur: "Bilin ki, dil insan bədəninin bir parçasıdır. Əgər bir şəxs danışmaqdan boyun qaçırsa, dil söz deməyə qadir deyildir. Yox əgər insanın söz bazası olarsa, dil ona möhlət verməz. Doğrusu, biz (Peyğəmbər(s)-in Əhli-Beyti) söz sultanıyıq. Sözün cilovu əlimizdədir. Kəlam ağacı bizdə kök atıb, yarpaqları üstümüzə tökülmüşdür. Bilin və agah olun ki, (Allah sizə rəhm etsin) siz elə bir zamanda yaşayırsınız ki, haqq söz deyən az, dil həqiqəti deməkdən aciz, haqq axtaran və haqq istəyən insan isə xar və zəlildir".131
Beləliklə, məlum olur ki, bəyan «Quran» və yaradılış təlimindən sonra nemətlərin ən üstünüdür. Buna görə də insan bu nemətlərin qədrini bilib Allaha şükr etməlidir. Əlbəttə, söylədiklərimizin hamısının şükrünü yerinə yetirmək olmaz, çünki Allah-təala öz bəndələrinə o qədər nemət əta etmişdir ki, insanlar onları saymaqda acizdir. "Qurani-Kərim”də bu barədə belə buyurulur:
"Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz". («İbrahim»-34)

Dilin müsbət və mənfi cəhətləri

Keçən bəhsdə dediyimiz kimi, dil xüsusi keyfiyyətə malikdir, lakin bu məsələni də yaddan çıxarmamalıyıq ki, onun müsbət və mənfi cəhətləri də var. Demək olmaz ki, dil Allahın ən üstün nemətlərindən olduğuna görə onu çox işlətmək və hesaba almadan hər sözü danışmaq olar. Əksinə, ondan zəruri və lazımi yerlərdə istifadə edilməlidir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor