İslamda şeirə və şairə münasibət necədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 25-12-2015, 14:24 | Şərh sayı: (0) | Baxılıb: 492
İslamda şeirə və şairə münasibət necədir?
Sual : İslamda şeirə və şairə münasibət necədir?
Cavab: İslamın «insan azadlıqlarını məhdudlaşdıran» bir ideologiya kimi təqdim olunmasında maraqlı olanlar, Quranın bir ayəsini ayrıca götürərək, manevr edirlər. Belə ayələrdən biri «Şüəra» surəsinin 224-cü ayəsidir. Ayədə buyurulur: «Şairlərə gəlincə, onlara yalnız azğınlar uyar». İlk baxışdan belə görünə bilər ki, İslam dini şeir və şairlə müxalifdir. Hansı ki, uyğun surənin 227-ci ayəsində qeyd olunur: «Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa!».
Ayədə açıq-aşkar şəkildə həqiqətə «boyun əyən» şeirlər və şairlər istisna olunur. Əksər sənət sahələrinə diqqət etsək, mənfi və müsbət olmaqla, iki istiqamətlə rastlaşırıq. Götürək rəssamlığı.Əgər rəssam öz istedadını zülm və əxlaqsızlığın təbliğinə sərf edirsə, Əlbəttə ki, onun fəaliyyəti zərərlidir.Olsun musiqi. Musiqi insanları əyyaşlığa, kazino və barlara səslədiyi kimi, döyüş meydanlarına da haraylaya bilər. Şeir də belədir. Ədaləti, həqiqəti, vətən sevgisini təbliğ edən şeir nəinki pis deyil, olduqca təqdirə layiqdir. Həzrət Məhəmməd (s) buyurur: «Şeirin bəzisi hikmət, bəzisi isə sehrdir»[1].
Müasir dünyamızda eyş-işrətin təbliği o qədər güclənmişdir ki, əksər sənət sahələri onun inhisarına düşmüşdür. Bu gün həqiqəti, yoxsa rəzaləti təbliğ edən şeirlər çoxdur? Ümumiyyətlə, Nizami, Füzuli kimi şairlər yetirmiş xalq şeir haqqında nə düşünür? Düşünək!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər