Danışıq və rəftarla Əhli-beyt yoluna dəvət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 18-05-2016, 06:30 | Şərh sayı: (0) | Baxılıb: 285
Danışıq və rəftarla Əhli-beyt yoluna dəvət
Şəksiz ki, ictimai həyatda insanlar müxtəlif şəkildə bir-birlərinə qarşılıqlı təsir göstərirlər. Ən böyük təsir danışığın göstərdiyi təsirdir. Bu məsələ psixologiyanın əsas mövzularından olduğu üçün bir neçə cümlə ilə kifayətlənmək qeyri-mümkündür. Amma bir neçə nöqtəni qeyd etmək zəruridir. Danışıq elm və təhsil sahəsində müstəsna rol oynayır. Danışıq müəllim və tələbə arasında rabitə yaradır. Təhsilin əhatə dairəsi olduqca genişdir. Təlimin müxtəlif formaları vardır və onlardan biri də təbliğdir. Təbliğ mexanizminin insana təsiri digər təlim mexanizmlərinin təsirindən az deyildir. Bəzən insan haradan təsirləndiyini hiss etmir. Rəftarında yaranmış dəyişikliklərin öz istəyinə əsasən baş verdiyini təsəvvür edən insan əslində başqa birinin təsirinə məruz qalmışdır. Cəmiyyətdəki ictimai firqələrin insana təsiri olduqca böyükdür. Adi bir tələbə də bir sinif üçün təsirlidir. Amma hər hansı bir ictimai firqə ilə müqayisədə bu təsir olduqca kiçikdir. Cazibəli danışıq qabiliyyətinə malik olan tələbə az qala bütöv bir sinifi öz təsiri altına ala bilir. Onun düşüncə tərzi, rəftarı, geyimi, oturuşu və digər xüsusiyyətləri ətrafındakıların marağına səbəb olur. Geyiminə xüsusi fikir verən tələbə başqalarının da öz geyiminə diqqətli olmasına səbəb olur. Ətrafdakılar geyim məsələsində həmin tələbəni təqlid etməyə başlayır. Bəzən dinləyici danışanın gətirdiyi dəlillərin təsiri altına düşür. Bəzən isə gözəl danışıq dəlillərin tutarsızlığını ört-basdır edir. Danışanın təsiri 50 faiz onun şəxsiyyətindən asılıdır. Beləliklə, rəftar və danışığın təsirini nəzərə alaraq İslam dini dəvət və təbliğə böyük əhəmiyyət verir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər