Fatimə (s.ə) kövsər oxşarı |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 25-12-2015, 11:42 | Şərh sayı: (0) | Baxılıb: 1897
Fatimə (s.ə) kövsər oxşarı
Məhəmməd (s) kövsərinin digər bir nümunəsi Zəhradır (s).Çünki Peyğəmbər (s) nəslinin davamı onun vasitəsi ilə gerçəkləşmiş, Fatimədən (s) on bir imam doğulmuş, onların bərəkəti şərqi, qərbi bürümüşdür. Onlar dinin sütunu olmuş, dinin davamı və varlığı onların vücudunun bərəkəti ilə şərtlənmişdir. Onlar imamətin qaynar bulağı kimi şəriət susuzluğunu doyurmuşlar. Bütün fəzilətlər Əhli-beyt və ilahi vəhydəndir.
İmam Sadiq (ə) buyurmuşdur:«Harada fəzilətdən bir söz olsa, biz Əhli-beytdəndir». Bir halda ki, bütün bu fəzilətlərin anası, kökü Fatimədir (s), nə üçün də kövsər olmasın?! Nə üçün belə bəhrəli budaqları olan pak bir ağac kövsər sayılmasın?! Buna görə də Məhəmməd (s) kövsərinin bariz nümunəsi Fatimədir. Onun Əhli-beyti və övladları dinin pak ağacının daim suvarıldığı kövsərdirlər.
Fatimə (s) şəfaəti
Vilayət, Allah dərgahına yaxınlıq məqamına çatanların faydalandığı mərtəbələrdən biri də şəfaətdir.Şəfi (şəfaət verən), Allah qarşısında hörmətinə əsasən şəfaətə uyğun günahkarların bağışlanmasını istəyir. Əgər şəfaəti olmasaydı, Allah günahkar insanlarla ədalətə əsasən rəftar edərdi. Amma şəfinin bir günahkar üçün istədiyi şəfaətə əsasən Allah öz fəzl və mərhəməti ilə cəzalandırmadan keçir. Şəfaətin əsası budur və ona heç bir eyb tutulmur. Çünki şəfaətin tohid və ilahi elmlə heç bir ziddiyyəti yoxdur.
Şəfaət məqamı peyğəmbərlərə, ilahi övliyalara (İmamlar və Əhli-beyt), şəhidlərə, mələklərə və sabit alimlərə aiddir.Fatimə (s) Əhli-beyt zümrəsindən, ilahi övliyalardan, hətta peyğəmbərlərdən üstün idi. Buna görə də Fatimənin (s) şəfaət məqamının sübutuna ehtiyac qalmır. Bununla belə, bu məqamın əhəmiyyətini qeyd etmək üçün bir neçə rəvayətə müraciət edək.
«Bəhar»da nəql olunur:Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Hər bir qadın beş vaxt namazını qılsa, Ramazan orucunu tutsa, Allah evinin vacib həccini yerinə yetirsə, malının zəkatını versə, ərinə itaət etsə, məndən sonra Əlini (ə) imam və rəhbər bilsə, qızım Fatimənin (s) şəfaəti ilə behiştə daxil olacaq. Fatimə (s) dünya qadınlarının seyyidəsi və sərvəridir».
İmam Baqir (ə) həzrət Peyğəmbərdən (s) belə nəql edir: «Qiyamət günü Allah tərəfindən nida ucalar ki, ey Fatimə, nə istəsən,
kimə şəfaət istəsən qəbuldur»
Fatimə (s) isməti
İnsan ömür boyu iki yol ayrıcındadır – fitrətinin dəvəti ilə Allah yolunu seçə bilər, ya da vəsvəsə və nəfsinin havasına tabe olub, günaha batar, Şeytanın ardınca gedər. (Zəlalət və azğınlıqda süqut edər). Ən əsası bu iki yoldan birini seçən insanın iradəsidir. Xəta və günaha düçar olsalar da, möminlər xeyr və səadət yolunu seçərlər. Çox az adamlar ömürləri boyu günahdan qorunub, ismət məqamına çata bilərlər. İlahi peyğəmbərlər və imamlar (ə) bu məqama çatanlardandırlar. Lakin ismət yolu təkcə peyğəmbərlərə yox, hamı üçün açıqdır. Çünki nə peyğəmbər, nə də imam olmayıb, bu məqama çatanlar vardır. Quran ismət məqamına çatmış, mələklərin nazil olduğu Məryəmi (s) bu zümrədən bilir. «Məryəm» surəsində buyurulur: «Biz öz ruhumuzu Məryəmin yanına göndərdik». Məryəm bütün nöqsanlardan pak təqdim edilir: «Allah həmçinin ismətini qoruyub saxlamış İmranın qızı Məryəmi misal çəkir». («Təhrim» surəsi, ayə 12). O, pak və Allahın seçilmişi kimi tanınmışdır: Yada sal ki, bir vaxt mələklər belə dedilər: «Ey Məryəm, həqiqətən Allah səni seçmiş, təmizləmiş və dünya qadınlarından üstün tutmuşdur».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər