Kamillik və səadət axtarışında olan kəs |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 16-12-2015, 21:13 | Şərh sayı: (0) | Baxılıb: 300
Kamillik və səadət axtarışında olan kəs
Cismani əməllərdən biri böyük günahları tərk etməkdir. İnsan böyük günahları tərk etmədikcə, yaxşı əməllərdən fayda gözləməməlidir.
“Maidə” surəsinin 27-ci ayəsində bu barədə deyilir: “Yalnız təqvalı insanlardan (qurban) qəbul olunur.”
“Ənam” surəsinin 82-ci ayəsində isə nəfsin təzkiyəsini (təzkiyə nəfsin əməl və inancı ərsəyə gətirmək üçün hazırlığı deməkdir – red.) və batini paklığı hidayət və səadətinin əsas şərti kimi təyin edərək buyurur: “İman gətirib, imanlarını zülmə bulaşdırmayanlar üçün əmin-amanlıq vardır və yol tapanlar məhz onlardır.”
Doğru yoldan kənar olan hər şey zülmdür. Deməli, əgər bir insanın daxilində şəriət və ağıl baxımından əxlaqi rəzilət hesab olunan nə isə varsa, mömin də olsa, bir yerə çatmayacaq. Çünki imanını zülmlə bulaşdırmışdır.
“Həşr” surəsinin 9-cu ayəsində deyilir: “Hər kəs öz nəfsinin xəsisliyinin qarşısını alsa, belələri, nicat tapanlardır.”
Beləliklə, anlayırıq ki, əgər bir insan xəsis olsa, nicat yolundan uzaq düşmüş olur. Onun mömin olması da ona yardım edə bilmir.
Deməli, aydın oldu ki, əxlaqi rəzilliklər təmizlənmədikcə, kimsəyə kamil insanlıq və həqiqi nicat nəsib olmayacaq.
Kamillik və səadət axtarışında olan kəs “Quran”ı öyrənməli, oxumalı və əməl etməlidir. İlahi tövhid, Allahın adları, sifətləri (yəni xüsusiyyətləri) və etdikləri ilə bağlı ayələri əsas tutaraq inanc və əqidəsini möhkəmlətməli, ayələrdəki əməli ehkamları icra etməli, vacibləri yerinə yetirərək haramları, günahları tərk etməli, məad (ölümdən sonrakı həyat) ayələrini tilavət edərək cənnətə həvəslənməli və cəhənnəmdən qorxmalıdır. Bu həvəs və qorxu onu yaxşı əməllərə sövq edər, pis əməllərdən çəkindirər. “Quran”ın hikmətli ayələrindən istifadə edərək hisslərlə dərk olunması məxfi olan məsələləri anlamalı, bütün məxluqatın haradan gəldiklərini, hara gedəcəklərini, niyə gəlib, niyə gedəcəklərini, bu uzun-uzadı həyat səyahətindən və Kainatdakı dəyişikliklərdən məqsədinin nə olduğunu anlamalıdır. Bütün bunların cavabı “Qurani-Kərim”də verilmişdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər