"Əhli-beyt adından istifadə edib təxribatlar törədirlər" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-12-2015, 22:33 | Şərh sayı: (0) | Baxılıb: 269
"Əhli-beyt adından istifadə edib təxribatlar törədirlər"
Bu gün Suriyada faktiki olaraq qardaş qırğını gedir. Kim nə edirsə, sonda qırılan müsəlmanlar olur.
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Məhəmməd (s) peyğəmbərin mövludu ilə bağlı keçirilən tədbirdə deyib.
O qeyd edib ki, İraqda, Əfqanıstanda və digər ölkələrdə müsəlmanlar kütləvi şəkildə ölürlər: "Bu, məni üzür. Son vaxtlar Əhli-beyt adından da istifadə edib, qırğınlar, təxribatlar törədirlər. Əlbəttə biz Əhli-beyt deyəndə fərq qoymuruq. Bütün müsəlmanlar elə Əhli-beyt aşiqidir. Bizim üçün əsas insan amilidir. Biz tezliklə sülhün bərqərar olmasını istəyirik. Qırğınlara son verilməsi lazımdır. Bu qırğınları lənətləyirik".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər