RSS
 

Login:
Şifrə:
» » Şorgözü çuvala saldılar

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Şorgözü çuvala saldılar

 
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 29-03-2015, 09:04 | Şərh sayı: (0) | Baxılıb: 638

Şorgözü çuvala saldılar


Şorgözü çuvala saldılar


Nəql olunur ki, Mötəsim Abbasinin xilafəti dövründə yaşayan mömin bir dərzi varmış. O, hər gün öz dükanının yaxınlığındakı məsciddə azan deyərdi. (Digər Abbasi xəlifələrindən fərqli olaraq, Mötəsim Abbasinin xəlifəlik etdiyi dövrdə dövlət və idarəetmə işləri nisbətən yaxşı idi.)
Haqqında söz açdığımız bu dərzi kişi günlərin birində namazdan sonra məsciddən çıxarkən Mötəsim Abbasinin məmurlarından biri ilə rastlaşır. Bu iri cüssəli və qorxulu heybəti olan əmir beş min döyüşçüyə rəhbərlik edirdi.
Şərabın təsirindən ağlı başında olmayan əmir küçədə bir qadının çadrasından tutub, çəkə-çəkə öz evinə aparırdı. Zavallı qadın nə qədər qışqırıb: "Ay camaat! Mən namussuz qadın deyiləm. Filankəsin qızı və filankəsin arvadıyam. Evim də filan məhəllədədir. Əgər bu gecə evə getməsəm ərim məni boşayacaq.” desə də bədheybət əmirin qorxusundan kimsə yazıq qadının sözlərinə əhəmiyyət vermirdi.
Dərzi kişi deyir: İrəli keçib haray-həşir salmağa başladım. Amma o biqeyrətə heç bir söz təsir etmirdi. Vicdanım bu haqsızlığa göz yummağa imkan vermirdi. Ona görə də şəhərin ağsaqqal və böyükləri ilə yığışıb həmin əmirin qapısına getdik. Onun evinin qabağında hay-küy salıb dedik:
"Məgər bu şəhərdə bir müsəlman qalmayıb ki, günün-günorta vaxtı xəlifənin sarayının önündə namuslu bir qadının abır-həyasını ayaq altına ataraq öz evinə aparırsan? Səninçün çox yaxşı olar ki, o qadını elə bu dəqiqə evinə buraxasan. Yoxsa elə bu dəqiqə xəlifə Mötəsim Abbasinin yanına gedib səndən şikayət edəcəyik.”
Bu sözləri eşidəndə əmir əsəbiləşib əlindəki böyük bir çomaqla bizim üstümüzə cumdu. Birinin başı, birinin qolu və digərinin ayağı sındı. Vəziyyəti belə görəndə hamımız oradan qaçdıq. Məscidə gedib xiftən namazını qılandan sonra evə qayıtdım. Yatağa uzandım. Amma nigarançılıqdan gözümə yuxu getmədi. Düşünürdüm ki, bu gecə həmin qadın evinə getməsə, sabah əri onu mütləq boşayacaq. Eşitdiyimə görə içki içən adam məst halda tez yuxuya gedir. Yuxudan ayılanda gecədən nə qədər keçdiyini bilmir. Məscidə gedib əzan verməyi düşündüm. Çünki əmir əzan səsini eşidəndə sübh olduğunu güman edib, qadını buraxacaq. Qadın əmirin evindən çıxanda mən məscidin önündə onu gözləyərəm. Onu tez evinə çatdıraram ki, əri onu boşamasın. Təsadüfən həmin gecə xəlifə oyaq olur. Azan səsini eşidəndə çox əsəbiləşir və deyir: Vaxtsız azan deyən kəs fasid adamdır. Çünki azan səsini eşidən hər bir şəxs sübh namazının vaxtı olduğunu güman edəcəkdir. Namaz qılmaq üçün evdən çıxanda gecə qaravulları onu saxlayıb sorğu-sual edəcəklər. Xəlifə qulluqçularından birini çağırıb deyir: "Get qapıçıya de ki, azan verən şəxsi mənim hüzuruma gətirsin. Gərək ona elə bir dərs verəm ki, bir də yersiz əzan verməsin.”
Dərzi kişi deyir: "Azanı deyib qurtarandan sonra məscidin qapısında dayanıb həmin qadının o alçaq əmirin evindən çıxmasını gözləyirdim. Elə bu vaxt xəlifənin qapıçısının əlində məşəl mənə tərəf gəldiyini gördüm.
Qapıçı məni görüb soruşdu: "Azan verən sən idin? Heç bilirsən ki, bu işinlə xəlifənin narahatçılığına səbəb olmusan? Xəlifə məni sənin dalınca göndərib.
–"Bəli, vaxtsız azan deyən mən idim. Xəlifə narahat olmağa çox haqlıdır. Amma məni bu işə əxlaqsız və heysiyyətsiz bir şəxs vadar etmişdir”–deyə cavab verdim.
Qapıçı dedi: Söylədiyin əxlaqsız və heysiyyətsiz adam kimdir?
Dedim: "O, çox alçağın birisidir, nə Allahdan qorxur və nə də xəlifədən.”
"O kimdir ki, nə Allahdan qorxmur və nə də xəlifədən”–deyə qapıçı təəccüblə soruşdu.
Dedim: Bunu ancaq xəlifənin hüzurunda deyəcəyəm. O zaman məlum olacaq ki, mən yersiz azan vermişəm, yoxsa yerində. Saray xidmətçisi ilə birlikdə xəlifənin hüzuruna getdik. Öncə xidmətçi içəri girib xəlifəyə nə isə dedi. Xəlifənin əmri ilə məni içəri çağırdılar.
Xəlifə üzünü mənə tutub dedi: De görüm vaxtsız azan verməyinin səbəbi nədir?
Mən sərxoş əmirin namuslu qadının başına gətirdiklərini, onun bu iyrənc əməlinə etiraz edənləri döyməsini və mənim vaxtsız azan verməyimin əsas səbəbini bütünlüklə nəql etdim.”
Xəlifə məni dinləyəndən sonra saray xidmətçisinə dedi: Get qapıçıya de ki, bir neçə məmurla birlikdə filan əmirin evinə gedib, onu mənim hüzuruma gətirsinlər. Desinlər ki, xəlifənin səninlə təcili işi var. Həmçinin dünən axşamçağı evinə apardığı qadını da özü ilə gətirsin. Qadını evdən çıxaranda şəhər mötəmidlərindən bir neçəsi onu evinə aparıb, ərinə desinlər: Xəlifənin sənə xüsusi salamı var və bu qadına zamin durub deyir: O, günahsızdır və bundan sonra onunla daha da mehriban davran.”
Əmiri isə mənim yanıma gətirin. Xəlifə üzünü dərziyə tutub deyir: "Hələlik sən də burada qalsan yaxşı olar.”
Xəlifənin tapşırığına əsasən məmurlar əmiri saraya gətirdilər. Xəlifə əmiri görəndə dedi:
"Müsəlmanlardan bir qrupu rumlulara əsir düşəndə, onlara kömək etmək üçün Bağdaddan Ruma gedib düşmən qoşununu məğlub etdim. Çıxılmaz vəziyyətdə qalan Rum padşahı qaçmağa məcbur oldu. Altı il həmin diyarda qaldım. Müsəlman ordusu hətta Konstantinopola qədər irəliləmişdi. Mən Rumda böyük bir məscid də tikdirdim. Hal-hazırda orada qurdla-quzu birlikdə su içirlər. Yəni sülh və əminamanlıq içində yaşayırlar.
Sonra əlavə etdi: Ey xain əmir! Yəni sən o qədər qudurmusan ki, Bağdadda, mənim qulağımın diibndə, zorla bir qadını evinə aparıb haram iş görmək istəyirsən? Camaat bu pis işinə görə sənə xəbərdarlıq edəndə də vurub onların əl-ayağını qırırsan?
Xəlifənin əmri ilə xain əmiri bir kisəyə salıb, ağzını möhkəm bağladılar. İki məmur əllərindəki böyük çomaqlarla kisənin içindəki əmiri o qədər vurdular ki, əti ilə sümüyü əzilib bir-birinə qarışdı. Sonra əmirin əzilmiş bədənini elə kisənin içində Dəclə çayına atdılar.
Xəlifə üzünü dərzi kişiyə tutub dedi:
"Ey ağsaqqal! Hər vaxt Allahdan qorxub çəkinməyən, camaata zülm edən və İslam dininə xəyanət edən birini görsən, məscidin minarəsinə çıxıb, vaxtsız azan ver ki, mən də eşidim. Bu vasitə ilə səni çağırtdırıb baş verənlərdən xəbərdar olum.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor