RSS
 

Login:
Şifrə:
» » Quran ayələri ilə danışan qadın

Xəbər lenti

"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Quran ayələri ilə danışan qadın

 
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 24-01-2015, 14:18 | Şərh sayı: (1) | Baxılıb: 4815

Quran ayələri ilə danışan qadın


Quran ayələri ilə danışan qadın


Quran ayələri ilə danışan qadın - Həzrət Xanım Zəhra (s.ə) məktəbinin yetişdirməsi Fizzə..Bəzən müəllimi şagirdinin vasitəsi ilə də tanımaq mümkündür. Həzrət Zəhranın (ə) yetişdirmələrindən biri də, onun evində xidmətçi olan Fizzə olub. Fizzə Zəhrayi-Əthərin (ə) məktəbindən dərs almış və yiyələndiyi elmi əməli olaraq həyata keçirən bir xanım idi. O, Əhli-beytin (ə) yanında həmişə bir nur kimi parlamışdır. Bəs görəsən, kəniz Fizzə kimi tanınan bu xanım, necə olmuşdu ki, Həzrət Zəhranın (ə) kənizi olmağa nail olmuş və Əli (ə) xanədanının ən hörmətli və yaxın bir üzvünə çevrilmişdi? Fizzənin əsli-nəsəbi Hindistan ölkəsindən idi. Həbəşənin hakimi onu həzrtət Peyğəmbərə (s) hədiyyə vermişdi.Bu xanım çox dərrakəli və haqqpərəst olmaqla yanaşı, həm də "Nəvbə” əhlindən idi. Bu nurani ailədə meylini ən çox Fatiməyə (ə) salmışdı. Ona görə də Peyğəmbərdən (s) xahiş etmişdi ki, xanım Zəhranın (ə) xidmətində durmağa ona icazə versin. Fizzə bu arzusuna çatmış və ömrünün son anlarına qədər o Xanımın (ə) yanında olmuşdur.O xanım köçəri bir qövm arasından çıxsa da, elm, Quran və hədislərə yiyələnməklə Həzrət Zəhra (ə) məktəbinin nümunəvi şagirdlərindən birinə çevrilmişdir.Həzrət Zəhra (ə) onu kənizi yox, yaxın dostu adlandırırdı. Fizzə savadlı bir qadın və mütaliə əhli idi. İbadət və itaətdə Əhli-beyt qadınlarından başqa ona tay tapılmazdı. Həzrət Fatimeyi-Zəhranın (ə) vəfatından sonra Fizzə, həzrət Əlinin (ə) icazəsi ilə, Mədinədən xaricdə, həyat yoldaşının qəbiləsinin yaşadığı tərəfə getmiş və ömrünün sonuna qədər orada yaşamışdı. Məlum həqiqətə görə, Fizzə həyatının son iyirmi ili ərzində Quran ayələrindən qeyri bir söz danışmamışdı. Əbül Qasim Qəsri öz kitabında bir çox səhabələrdən nəql edir ki, Həzrət Zəhranın (ə) kənizi Fizzə səhrada həcc karvanından geriyə qalıb itmişdi. Karvandan arxada qalmış Abdullah Mübarək adlı biri deyir ki, səhrada bir yalqız qadın gördüm. Mən dəvə ilə onun yanına gedib hər nə soruşdumsa, o mənə Quran ayəsi ilə cavab verdi. Ondan soruşdum: – Sən kimsən? Dedi: "Və "Salam”-de. Onlar mütləq biləcəklər”. ("Zuxruf”, ayə 89) Ona salam verib dedim: – Sən burada neyləyirsən? Qadın cavab verdi: "Allahın doğru yola saldığı kimsəni heç kəs yoldan çıxarda bilməz”. ("Zumər”, ayə 37) Başa düşdüm ki, yolu azıbdır. Soruşdum: – Cinlərdənsən, yoxsa insanlardan? Dedi: "Ey Adəm oğulları! Hər ibadət vaxtı gözəl libaslarınızı geyin”. ("Əraf”, ayə 31) Əmin oldum ki, Adəm övladıdır. Soruşdum: – Haradan gəlirsən? Dedi: "Onlar uzaq bir yerdən çağırılırlar”. ("Fussilət”, ayə 44)Anladım ki, uzaq yoldan gəlir. Dedim: – Hara gedirsən? Dedi: "Gücü çatan hər kəsin Həccə gedib o evi zayarət etməsi insanların Allah qarşısında borcudur”. ("Ali-İmran”, ayə 97) Onun Məkkəyə getdiyini bilib dedim: – Karvandan nə vaxt ayrı düşmüsən? Dedi: "Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq”. ("Qaf”, 38) Ayədən məlum oldu ki, altı gündür karvandan ayrı düşüb. Sual etdim: – Yemək istəyirsənmi? Dedi: "Biz peyğəmbərləri yeməz-içməz bir bədən yaratmadıq”. ("Ənbiya”, ayə 8) Başa düşdüm ki, acdır.Dedim: – Tələs, tez gəl. Dedi: "Allah heç kəsi qüvvəsi çatmayan işi görməyə vadar etməz”. ("Bəqərə”, ayə 286)İndidə yorulub, yeriməyə taqəti olmadığını anlayıb dedim: – Gəl dəvəyə min, arxada əyləş.Dedi: "Əgər yerdə və göydə yeganə Allahdan başqa tanrılar olsa idi, onların ikisi də müvazinətdən çıxıb pozulardı”. ("Ənbiya”, ayə 22)Demək mənimlə dəvəyə oturmağa həya edir. Dəvədən düşüb onu təkcəmindirdim.Elə ki, dəvəyə mindi, dedi: "Bunları bizə ram edən Allah pak və müqəddəsdir”.("Zuxruf”, ayə 13)Karvana çatan zaman ondan soruşdum:– Karvanda sənin qohum-əqrəban varmı? Dedi: "Ey Davud, biz səni yer üzündə xəlifə etdik”. ("Sad”, ayə 26) "Muhəmməd ancaq bir peyğəmbərdir”. ("Ali-İmran”, ayə 144) "Ey Yəhya, kitabdan bərk yapış”. ("Məryəm”, ayə 12) "Musa yetkinləşib kamilləşəndə ona hikmət və elm verdik”.("Qəsəs”, ayə 14) Başa düşdüm ki, karvanda ona qohum olan Davud, Muhəmməd, Yəhya və Musa adında şəxslər vardır, onları çağırdım. Dörd nəfər cavan o xanıma tərəf gəldilər. Ondan soruşdum: – Bunlar sənin nəyindir? Dedi: "Mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir”. ("Kəhf”, ayə 46) Məlum oldu ki, oğullarıdır. Onlar qadının yanına gələndə o dedi: "Onu muzdla çoban tut, çünki bu güclü və etibarlı adam muzdla tutduqlarının ən yaxşısıdır”.("Qəsəs” ayə 26) Qadın bununla onlara deyir ki, mənim muzdumu verin. Onlar mənə bir miqdar pul verdilər. Onlardan soruşdum:– Mənim hər sözümə Quran ayəsi ilə cavab verən bu qadın kimdir?Onlar iftixarla: "Bu qadın, Xanım Zəhranın (ə) kənizi və bizim anamız, Fizzədir. O,iyirmi ildir ki, Quran ayələri ilə danışır” – deyə cavab verdilər.Fizzənin şərafətə çatdığı məqamlardan biri də mübarək "Həl-Əta” ayəsinin səbəbkarlarından birinə çevrilməsidir. Hər kəsə qismət olmayan bu Əhli-beytə olan yaxınlıq mövqeyi o imanlı xanıma nəsib olmuşdu. Fizzə həmçinin imam Hüseynin (ə) qiyamında iştirak etmiş və o ağır, dəhşətli anlarda Həzrət Zeynəblə (ə) birlikdə olan xanımlardan biridir. O, baş vermiş hadisələrdə Kərbəla şəhidlərinin yaxınları üçün himmətli və sadiq bir xidmətçi sayılırdı. Bəli, Fizzənin obrazı canlı bir sənəd olaraq, Fatimeyi-Zəhranın (ə) məqamını dərk etməkdə bizə əvəzsiz bir yardımdır.


Şərhlər

 
 
| | |

Hicab Delisi

24 yanvar 2015 14:45 Offline
XƏBƏR ÜÇÜN COX SAĞ OLUN ALLAH RAZI OLSUN SİZDƏN
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor