Rüqəyyənin (ə) fədəkarlığı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 7-06-2015, 13:32 | Şərh sayı: (0) | Baxılıb: 452
Rüqəyyənin (ə) fədəkarlığı
Atasının susuzluğunu biləndə su içmədi
İbn Covzinin "Məfatihul-ğeyb" kitabında gəlib:
Saleh ibn Əbdullah deyir: Xeymələrə od vurulan zaman, əhli beyt (ə) biyabanlara üz qoydular. Paltarının ətəyi od tutmuş bir balaca qızı gördüm. Qorxusundan ağlayır və qaçırdı. Mənim onun halına rəhmim gəldi. Libasının odunu söndürmək üçün, atı ona tərəf çapdım. Atın nəfəsini eşidən kimi iztirabı artdı. Ona dedim ki, qorxma, səni incitmək istəmirəm. O, çarəsiz olaraq qorxusundan dayandı. Atdan yerə enib, libasının odunu söndürdüm. Birdən o qız soruşdu: Dodaqlarım susuzluğun şiddətindən quruyub, mənə bir içim su ver. Bu sözü eşidəndə ürəyim yumşaldı, qabı su ilə doldurub ona verdim. Suyu alıb, bir ah çəkdi və ahəstə yola düşdü. Soruşdum: Hara getmək istsyirsən? Buyurdu: Bir kiçik bacım var ki, o məndən də susuzdur. Dedim: Qorxma, suyun qadağası götürülüb, siz için. Dedi: Səndən bir sualım var. Atam Hüseyn (ə) susuz idi, ona su verdilər, ya yox?! Dedim: Yox, and olsun Allaha, ta axıra kimi buyururdu: "Mənə bir içim su verin." Amma su verən olmadı, hətta onun cavabını da vermədilər.
O qız, bu sözü eşidərkən suyu içmədi.
Bə’ziləri bu qızın həzrət Rüqəyyə (ə) olduğunu deyirlər.
Suyu atama aparmaq istəyirəm
Rəvayətdə gəlib: Ömər Sədin qoşunu imam Hüseynin (ə) xeymələrinə od vurarkən iyirmi üç uşaq xeymədən çölə qaçdılar. Onlar susuzluğun şiddətindən və qorxularından titrəyirdilər.
Xeymələrin qarətindən və onlara od vurduqdan sonra, Ömər Sədin qoşun böyüklərindən biri ona dedi: Bunları Yezidin yanına belə aparmaq fikrindəsənsə, bir nəfəri də Şama gedib çıxmaz. Göstəriş ver, bunlara su versinlər. Bunlar susuzluqdan ölürlər. (hətta uşaqlardan bir neçəsi susuzluqdan ölmüşdü )
Ömər Səd dedi: Uşaqlara su verin!
Suçular su məşglərini su ilə doldurub, uşaqlara və qadınlara apardılar. Onlar suyu əldən-ələ ötürərək, uşaqların arasında ən kiçiyi olan həzrət Rüqəyyəyə (ə) verdilər. Həzrət Rüqəyyə (ə) su qabını alıb, qətligaha tərəf yola düşdü.
Ona dedilər: Hara gedirsən?
Həzrət Rüqəyyə dedi: Atam döyüş meydanına gedəndə dodaqları susuzluqdan qurumuşdu. İstəyirəm bu suyu ona aparım, içsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər