Axirət aləmi və behiştlə əlaqənin yaranması |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-01-2016, 02:46 | Şərh sayı: (0) | Baxılıb: 3133
Axirət aləmi və behiştlə əlaqənin yaranması
Bizim bu zəmanədə malik olduğumuz ən bariz işlərdən biri maddi aləmdən qeyb aləminə, Quran və İslam onu aşkar şəkildə bəyan etmiş, bu məsələyə əhəmiyyət verməklə onunla həmahəng olmağa təkid etmişdir, bu da insanın Allaha doğru seyr hərəkəti, onunla mə'nəvi görüşü, yaxud mələkuti-əlaya-axirət aləminə səfərindən ibarətdir.
Dünya səviyyəsində buna göre olacağdır ki, bizimlə "Qiyamət" deyə qeyd edilən qeyb aləmi arasında gözlərimizdən qeybdə olduğu bir halda sıx vəhdət hakimdir.Bu hərəkətin son nöqtəsi insan ölümü ile əlaqədardır. Ölüm İslam nəzərindən əbədi, sona yetməz, tükənməz və daha geniş olan bir həyata daxil olmaqdan ibarətdir. Orada yoxluq və zaval təsəvvür oluna bilməz. Onun varlıq, maddi və qeyb aləminin birləşməsindən ibarətdir.
Quran və sünnədə qeyd olunur ki, qiyamətin müqəddimə işləri və nişanələri vardır ki, yerdə, asimanda və bəşər cəmiyyətində bir-birinin ardınca vücuda gələcəkdir. Bəzi rəvayətlərdən məlum olur ki, həzrət Mehdi (ə)-ın höküməti qiyamətin nişanələrindən biridir. Hamının fikir birliyində olduğu məsələ budur ki, qiyamətin əlamətləri o həzrətin hökümətindən sonra başlanıb aşkar olacaqdır. İndi isə qiyamətin necə başlamasını qeyd edirik:
Rəvayətlərdə söhbət açılan və həzrət Mehdi (ə)-ın dövründə baş verəcək bu məsələ yüksək aləmlərə yol tapılması daha geniş bir aləmə, axirət və behiştə yol tapmağın müqəddimə işlərindən biridir. Buna əsasən bu dünyaya qayıdaraq həzrət Mehdi (ə)-dan sonra hökümranlıq etməsi, həmin mərhələlərdəndir. Rəcətə etiqad bəsləmək İslam və şiə məzhəblərinin zəruri məsələlərindən olması da (yəni ona etiqad bəsləməmək insanı əhli-beyt məzhəbindən və İslamdan xaric etmir) amma onunla əlaqədar rəvayətlər o qədər çoxdur ki, bu barədə xatircəmlik hasil olur.
Rəvayətlərin birində belə deyilir:
Rəcət ümumi və hamıya aid olan bir iş deyildir, əksinə xüsusi bir qrupa bununla yalnız həqiqi və xalis möminlər, yaxud yüz faiz müşrik olan kafirlər qayıdacaqdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər