Elm və mədəniyyətin fövqəladə inkişafı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 24-01-2016, 12:09 | Şərh sayı: (0) | Baxılıb: 2444
Elm və mədəniyyətin fövqəladə inkişafı
İmam Baqir (ə) buyurmuşdur:
«İza qamə qaimuna vəzəəllahu yədəhu əla rüusil ibadi fəcəməə biha üquləhum vəkəmulət biha əhlamuhum».
«Bizim inqilabçımız olan Mehdi qiyam edən dövrdə Allah-taala öz qüdrət əlini bəndələrinin başı üzərinə qoyar və onların ağıllarını cəmləyib, fikirlərini kamilləşdirər».
Qısa izah:
Heç bir düzgün inqilabi proqram elmi və fikri sıçrayış olmadan inkişaf edə bilməz və öz hədəfinə çatmaqda müvəffəqiyyət qazana bilməz. Buna görə də şübhəsiz ki, Ali-Muhəmməd (s) inqilabçısının bu işdə birinci addımı insanların fikrində elmi cəhətdən inqilab yaratmaqla başlayacaq və insanların düşüncə səviyyəsini hərtərəfli inkişaf etdirəcəkdir.
Bu elmi inkişafın sayəsində cəmiyyət maddi cəhətdən abad, azad və sağlam olmalı, digər tərəfdən də imanlı bir yaşayış tərzi ilə tanış edilməlidirlər.
Ümumdünya hökumətin yaradılması üçün yüksək və açıq fikirli, səbirli və uzaqgörən insanlar lazımdır ki, böyük ictimai problemləri həll etsin və quru təəssübkeşlik, ziddiyyətlər, aşağı səviyyəli düşüncəliliyi məhv edib, sülh və səmimiyyət dolu bir dünya qursunlar.[1]
[1] Nicat günü kitabından
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər