Alimlərlə oturub-durmaq |
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 25-12-2015, 01:38 | Şərh sayı: (0) | Baxılıb: 310
Alimlərlə oturub-durmaq
İmam Baqir (əleyhissalam) buyurur:
تَذاکُرُ العِلم دَرَاسَةٌ وَ الدَرَاسَةُ صَلاةُ حَسَنةٌ
«Elmi mübahisələr dərsdir, dərs isə namaz və gözəl duadır.»
İmam Sadiq (əleyhissalam)-dan nəql olunub ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: «Allah-taala buyurmuşdur:
تَذاکُرُ العِلم بَينَ عِبادِی مِماتُحی عَلَيهِ القُلوبُ المَيتِهِ اِذا هُمُ اِنتَهوا فِيه اِلی اَمری
«Mənim bəndələrimin arasında elmi mübahisələr ölmüş qəlblərin dirilməsinə səbəb olur, o zaman ki, elmi mübahisələr ki, Mənim əmrimlə sona çatar.»
İnsanları dini işlərə, üsuliddin və füruiddinə doğru hidayət etmək qəlbləri dirildir, ruhlara nicat verir və insan əqlini çiçəkləndirir.
Mühüm məsələlər:
1. İlahi elmlərin tədris olunduğu siniflər və yığıncaqların dəyəri ibadət səviyyəsində, hətta onların ən yaxşısıdır, çünki elm sahəsində bir anlığa təfəkkür etmək illərlə (təfəkkürlə yanaşı olmayan) ibadətdən daha faydalı, onun dünya və axirət dəyəri daha yüksəkdir.
2. Ən yaxşı dərs ilahi elmlərin (füruiddin, üsuliddin və sair) mübahisə edilməsidir.
3. Elmi mübahisələr insanların vücüdlarının fiziki və mə’nəvi nəzərdən dirilməsinin ən əsaslı amilidir. Çünki ruhi yüksəklik insanın fiziki cəhətdən sağlam olmasına, tərəqqiyə yüksəlməsinə səbəb olur.
4. İlahi elmlərin müzakirəsi o vaxt dəyərli olur ki, yalnız Allahın xatirinə və ixlasla olsun.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər