Peyğəmbərin kimdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 23-09-2015, 21:10 | Şərh sayı: (0) | Baxılıb: 882
Peyğəmbərin kimdir?
Bu sualda qəlbimin döyüntüsü daha da azaldı, dilim daha da açıldı, səsim daha da ucaldı. Cavab verdim…Mənim Peyğəmbərim Allahın insanlara göndərdiyi elçidir. O, Həzrət Mühəmməd ibni Əbdüllah, peyğəmbərlərin sonuncusu və ağasıdır.
Bu zaman onların narahatlığı və qəzəbi tamamilə yox oldu.
Çöhrələri işıqlandı. Mənim də qorxu və dəhşətim yox oldu.
Sonra kitab, qiblə, İmam və Allah Rəsulunun xəlifəsindən sual verdilər. Mən cavab verdim…
Kitabım mehriban Allah tərəfindən alim və böyük Peyğəmbərə nazil olmuş Qurani Kərimdir. Qibləm Məscidül-həramdır. Allah-Taala buyurub… "Harada olsan, ibadət zamanı üzünü Məscidül-hərama tut.” Həzrət İbrahim buyurdu… "Üzümü O Allaha tərəf tuturam ki, yer və göy Onun əmri ilə hərəkətdədir, dinim var, şirkdən uzağam.”
İmamlarım Peyğəmbərin on iki haqq canişinidir ki, birincisi Həzrət Əliyyibni Əbi Talib, sonuncusu Həzrət Bəqiyyətullahdır. Hər biri vacibə alim, günah və xətadan pakdırlar.
Onlar dünyada əməllərimizə şahid, axirətdə şəfaətçi, Allahın bağışlamasına vasitədirlər...
O böyük şəxslərin adlarını, əslini-kökünü adbaad saydım. Dedilər… Təfsil lazım deyil, hər kəlmənin cavabı bir kəlmədir. Dedim… Sizin üçün bundan da müfəssəl lazımdır, çünki bizim haqqımızda əvvəldən bədgüman olmusunuz. Həkimin buyurduğuna etiraz caiz omasa da bizim yaranışımıza etiraz etmisiniz. Etirazınızı anlayandan sizdən küskün olmuşam. Hətta əhd etmişəm ki, əgər macalım olsa, sizdən bunun səbəbini soruşam, heyf ki, bu vəziyyətdə macalım yoxdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər