Ananın əvəzedicisi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-01-2016, 23:14 | Şərh sayı: (0) | Baxılıb: 1142
Ananın əvəzedicisi
İslam hədislərində xala və süd anası ana hökmündədir və onlara xidmət, hörmət və təzim etmək təkid edilmişdir. Cavanlıq dövrlərində ağır cinayət və xətalar etmiş bir cavana Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) günahlarının kəffarəsi kimi xalasına xidmət etməyi tövsiyə edir, buyurur ki, xalan sənin anan yerindədir."
Həmçinin, insana süd verən qadın və dayə İslam dinində həqiqi ana hökmündədir. Tövsiyə olunmuşdur ki, bu qadınlardan süd əmən bütün övladlar ona ana gözü ilə baxsınlar ona ehtiram qoymaqla onun mehr-məhəbbətlə dolu zəhmətlərini unutmasınlar və onun əvəzini çıxmağa çalışsınlar. Elə analar ki, öz canlarının şirəsini süd şəklində onlara əmizdirmiş, onların böyüyüb boya-başa çatmasında, təlim-tərbiyəsində çalışmışlar. Tarixdə qeyd olunur ki, Əbu Ləhəbin Süveydə adlı bir kənizi var idi. O, Peyğəmbərə yalnız 4 ay müddətində süd vermişdi, amma Rəsuli Əkrəm bununla belə onun zəhmətlərini hədərə verməyib, unutmur, daim ona qarşı yaxşılıq və hörmət edir, onun ardınca gedərək ona hörmət edirdi. Həzrət onun vəfatından xəbərdar olanda dərindən kədərlənərək ona qarşı göstərdiyi analıq məhəbbətlərini xatırladı. Həmçinin Peyğəmbər, onun süd anası Həlimeyi Sədiyyəyə o qədər ehtiram edir ki, başqalarını təəccübə gətirirdi. Yalnız bir dəfə Həlimə öz ağır maddi vəziyyətindən şikayət etdi və Həzrət Xədicənin istəyi ilə Peyğəmbər ona 40 baş qoyun və dəvə verdi.
Bəli, insana süd verən analar insanın həqiqi anası hökmündədir, onlara ehtiram göstərilməsi lazım və vacibdir. Əziz oxuculardan istəyimiz budur ki, əlavə hədislər oxumaq olmaq üçün fiqhi kitablara, o cümlədən "Vəsailüş-şiə” kitabının 14-cü cildinin 280-cı səhifəsinə müraciət etsinlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər