Məsumların İslamı |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 14-11-2015, 00:43 | Şərh sayı: (0) | Baxılıb: 449
Məsumların İslamı
Allah-Təala Öz peyğəmbəri Həzrət Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in dininin kamil və tamam olmasını xəbər verdiyi, imamət və rəhbərlik məsələsinin o Həzrətin vasitəsi ilə Qədir-Xumda elan olunduğu zaman Həzrət Əli ibni Əbitalib (əleyhis-salam) möminlərin əmiri və o həzrətin canişini kimi təqdim edildi, yəni Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in 23 ildə çəkdiyi bütün zəhmətlər, habelə bu müddətdə Quranın bütünlüklə nazil olması Əli ibni Əbitalib (əleyhis-salam)-ın imamətinin elan olunması ilə öz məxsus mənasını tapdı. Əgər bir şəxs kamil İslam dininin arxasınca getmək istəsə, onda gərək Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in risaləti müddətində gətirdiyi Quran və başqa risalət məsələlərini qəbul etməklə yanaşı, Həzrət Əli ibni Əbitalib (əleyhis-salam)-ın müqəddəs vücudunu Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in vəsi və canişini kimi tanısın; bilsin ki, Həzrətin vilayəti İslam dininin ayrılmaz bir hissəsidir, yəni Həzrət Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in peyğəmbərliyini qəbul etdiyi kimi, şəksiz Əli ibni Əbitalib (əleyhis-salam)-ın vilayətini də qəbul etsin. Əgər bir şəxs onun vilayət və rəhbərliyini qəbul etməsə, İslamı və Peyğəmbəri qəbul etdiyini necə iddia edə bilər? Hansı ki, bu din Əmirəl-mömininin vilayəti ilə kamil olmuşdur. Onda gərək deyək ki, bu şəxs həqiqi İslamın yalnız bir qismini qəbul etmişdir.
Qeyd edək ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) özünün son vəsiyyətində buyurmuşdur:
Mən iki ağır şeyi sizin içinizdə əmanət qoyuram: 1. Allahın Kitabını (Quran); 2. Əhli-beytimi (Əmirəl-möminin Əli ibni Əbitalib (əleyhis-salam və onun övladları).
Həzrətin məqsədi budur ki, bu iki əmanət heç vaxt bir-birindən ayrılmazlar; hərgah Quranı bəhanə edib sinələrinə vuranları görsəniz, (Ömər dedi: həsbuna kitabullah–Allahın kitabı bizə bəsdir və Əhli-beytə ehtiyacımız yoxdur), bilin ki, yalançıdırlar və xalqı aldatmaq üçün Quranı bəhanə ediblər.
Beləliklə onlar Əhli-beyti işlərdən kənar edib, haqlarını tapdaladılar və onları ev dustağı etdilər. Onlar yalan deyirlər. Məsələn, Siffeyn döyüşündə Müaviyə Quran tərəfdarı olduğunu iddia edir, amma onu nizələrin başına taxır. Məhz bu yerdə Həzrət Əmirəl-möminin Əli ibni Əbitalib (əleyhis-salam) buyurur: Bu Quranları oxlayın, Quranın natiqi (həqiqətlərini bəyan edən) mənəm, mən Quranın təcəssümüyəm.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər