İmansız ölümə aparan günahlar |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-06-2015, 01:29 | Şərh sayı: (0) | Baxılıb: 569
İmansız ölümə aparan günahlar
Müxtəlif Quran ayələrində əməli puç edənlərdən şirk (Allaha şərik qoşmaq) və küfr (Allahı inkar etmək) zikr edildi. Bəs başqa günahlar necə? Onlar da əməlləri puç edirmi? Bəli, bəzi günahlar barədə məxsus rəvayətlər vardır. Məsələn, aqvalideynlik (ata-ananın üzünə qayıtmaq, itaətsizlik etmək) barədə buyurulub: Nida yetişər, ey aqvalideyn, nə etsən də səndən qəbul olunmaz. İnsanın ardınca ananın narazılıq ahı onun dağca əməllərinə od vurar. Digər günahlardan, böhtan imansızlığa səbəb olar. Başqalarının əziyyətinə, incidilməsinə bais olan həsəd də bu günahlardandır.
KÜFRÜN KƏFFARƏSİ İMAN, GÜNAHIN KƏFFARƏSİ TÖVBƏDİR
Kəffarə günahın təirini məhv etmək, örtmək mənasındadır. İmanı qəbul etməklə əvvəlki küfrlərin məhv olacağına şəkk yoxdur. Əgər ömrünün əvvəlindən imansız olmuş bir şəxs imana gəlib, dünyadan gedərsə, şəksiz ki, nicat tapanlardandır. Amma baş vermiş günahları qəti silib, örtəcək şey şərtləri ödənmiş tövbədir. Tövbə edənlər barədə Quran buyurub: "Allah onların günah və pisliklərini savab və yaxşılığa çevirər.”
YAXŞILIQLAR PİSLİKLƏRİ SİLƏR
Görən, həqiqi tövbədən başqa da günahları pak edəcək, siləcək əməl varmı? Belə bir ayə buyurulub: "Gözəl əməllər çirkin əməlləri pak edər.” Məhz hansı əməllərin nəzərdə tutulduğu bəzi rəvayətlərdən aydın olur. Məsələn, "Bihar”ın 15-ci cildində rəvayət olunub ki, bir nəfər Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yanına gəlib ərz etdi ki, mənim günahım böyükdür (o cahiliyyət dövründə qızını diri-diri torpağa basdırmışdı). Mənə bir əməl tanıtdırın ki, Allah ona görə məni bağışlasın. Həzrət buyurdu: Anan varmı? Ərz etdi ki, xeyr. (Məlum olur ki, bu sayaq günahların bağışlanması üçün ən böyük əməl anaya yaxşılıqdır.) Həzrət buyurdu: Xalan varmı? Ərz etdi ki, bəli. Buyurdu: Xalana yaxşılıq et (anaya bağlı olduğundan, anaya da yaxşılıq olmuş olar).
Sonra Həzrət buyurdu: Əgər o şəxsin anası qalsaydı, daha yaxşı olardı. Belə günahların yuyulmasında anaya yaxşılığın əhəmiyyəti şəksizdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər