RSS
 

Login:
Şifrə:
» » Qonşuların hüququ

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qonşuların hüququ

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 25-06-2015, 02:09 | Şərh sayı: (0) | Baxılıb: 551

Qonşuların hüququ


Qonşuların hüququ


Müqəddəs islam dinində tövsiyə olunan şeylərdən biri də qonşuların hüquqlarının qorunmasıdır. İmam Sadiq (ə)-dan bu məzmunda nəql olunmuş rəvayətdə deyilir:
«Qonşularınızla gözəl rəftar edin. Çünki, bunu sizlərə Allah-taala əmr etmişdir».
Rəvayətdə istinad olunan ilahi əmr Nisa surəsinin 36-cı ayəsinin məzmununu təşkil edir. Orada deyilir:
«Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaş və dostlara, [pulu qurtarıb yolda qalan] müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz!»
Həzrət Peyğəmbər (s) səhabələrə qonşuların hüquqlarına riayət etməyi tövsiyə edər və bunun nə ilə nəticələnəcəyi haqda buyurardı:
«Cəbrail qonşular barədə mənə o qədər tövsiyə edərdi ki, qonşunun qonşudan irs aparmalı olduğunu güman edərdim».
Həzrət imam Әli (ə)-dan nəql olunmuş başqa bir rəvayətdə deyilir:
«Qonşularınızın hüququna riayət etdikdə Allahı nəzərə alın (yəni hər zaman Allahı xatırlayın və Onun buyuruqlarına tabe olun). Çünki, bunu sizlərə Peyğəmbəriniz tövsiyə etmişdir. Peyğəmbər (s) bu məsələyə o qədər diqqət yetirərdi ki, belə güman edərdik qonşularımız bizdən irs aparırlar».
Burada həzrət Peyğəmbərin (s) qonşuların hüququna riayət etməyə dair etdiyi tövsiyələrin bir neçəsini gətirdik.
«Mömin olmaq istəyirsinizsə qonşularınızla gözəl davranın».
«İnsan anasına hörmət etdiyi kimi qonşusuna da hörmət etməlidir».
Həzrət Peyğəmbərdən (s) soruşurlar:
«Ey Allahın peyğəmbəri! Zəkatdan başqa insanın var-dövlətinə düşəcək digər ödənişlər də varmı?» Həzrət (s) buyurdu:
«Bəli, qohum-əqrəbaya və qonşulara yaxşılıq etmək, qonşusu ac oludğu bir halda tox qarına yatan şəxs mənə iman gətirməmişdir».
Bir şəxs Həzrət Peyğəmbərin (s) yanına gəlib deyir:
«Bir ev almaq istəyirəm, harada alsam daha yaxşı olar? Cəhinə, Məzinə, Səqif, yoxsa Qureyş qəbiləsinin yanındamı alım?» Həzrət Peyğəmbər (s) buyurdu:
«Әvvəl qonşunu sonra evi və əvvəl yoldaş seç sonra gedəcəyin yeri». etmişdir. Әgər onlar yaxşı olarlarsa həmən yerdə ev alıb sakin ol. Yola çıxmaq istəyərkən də hər şeydən əvvəl özünə yaxşı yol yoldaşı seç və yalnız sonra yola çıx.
6. Peyğəmbər (s), qonşuların bir-birlərinin üzərində olan hüquqlarını belə izah edir:
«Qonşularınızın sizin üzərinizdə nə kimi hüquqlara malik olduqlarını bilirsinizmi?»
Dedilər: «Xeyr».
Həzrət (s) buyurdu:
«Әgər onlar sizdən kömək istəyirlərsə yardım etməli, borc istədikdə [imkan daxilində] verməli, bir şeyə ehtiyac duyduqda ehtiyaclarını təmin etməli, uğur qazandığı zaman onu təbrik edib sevincinə şərik olması, xəstələnərsə görüşünə getməli, əzizlərindən birini itirdiyi zaman baş sağlığı verməli, dünyasını dəyişdiyi zaman dəfn mərasimində iştirak etməli, ev tikdiyin zaman icazəsi olmadan onun evinə külək və günəşin düşməsinin qabağını kəsməməli və meyvə aldığın zaman ona da verməlisən. Әgər bunu etməzsinizsə heç olmasa uşaqlarınız əlində meyvə küçəyə çıxmasın. Çünki, yoxsul qonşunuzun uşağının meyvəyə tamahı düşə bilər. Ləziz yeməklər bişirdiyin zaman onlara da bir pay verin və yeməyin iyi ilə onları buna həsrət qoymayın».
7. İmam Səccad (ə) «Hüquq risaləsi»ndə qonşunun hüquqları haqda buyurur:
«Qonşun səfərdə olduğu zaman (və ya evdə olmadığı müddət ərzində) onu əvəz etməli, gəldiyi zaman gülər üzlə qarşılamalı və ona öz səmimiyyətinizi bildirməlisiniz. Hər hansı bir çətinliklə qarşılaşdığı və ya haqqı tapdalandığı zaman əlinizdən gələn köməyi ona etməlisiniz. Bir şeyi israr etdiyi zaman boyun qaçırmayın. Pislik gördüyünüz zaman güzəştə getməyi bacarın və onların bu hərəkətlərinə göz yumun. Nəsihətinizi qəbul edəcəyini bildiyiniz zaman onlara nəsihət edin. Çətinliklərlə qarşılaşdıqları zaman onları tək qoymayın, buraxdıqları səhvləri düzəltməyə çalışın. Günah etdikləri zaman onları bağışlamağı və eyblərini örtməyi bacarın. Və nəhayət onlarla gözəl davranıb, səmimiyyətlə rəftar edin».
Bu məzmunda digər məsum imamlardan da bir çox nəsihətamiz hədis və rəvayətlər nəql olunmuşdur. İmam Həsən (ə) buyurur:
«Kiçik yaşlarımda görərdim ki, anam həzrət Zəhra (ə) cümə günləri axşam namazından sonra qonşu və tanıdığı bütün şəxslərin adını çəkər və onlar üçün dua edərdi. Bir gün qulaq asdım ki, görüm özü üçün də dua edirmi? Lakin nə qədər diqqət yetirdimsə, öz istək və hacətlərini dilinə də gətirmədi. Səhər açıldıqda anamdan soruşdum: Ana, dünən axşam etdiyin dualara qulaq asırdım, başqalarına xeyir-dua edir, amma özün üçün əsla dua etmədin. Anam buyurdu:
«Oğlum, əvvəl qonşu sonra evin içi».
Әhli-beyt (ə) tərəfindən nəql olunmuş rəvayətlərdə qonşularla gözəl rəftar etməklə yanaşı, hüquqlarının qorunması və onlarla səmimi ünsiyyətdə olmaq barəsində də kifayət qədər rəvayət nəql olunmuşdur.
Həzrət Әli (ə) bu haqda buyurur:
«Hər kim qonşularına yaxşılıq edərsə başqalarından daha çox qayğı görər».
Başqa bir yerdə buyurur «Hər kim qonşuları ilə gözəl rəftar etsə, qonşularının sayı bir o qədər çox olar».
Göründüyü kimi Həzrət Әli (ə) özünün birinci hədisində bunu nəzərdə tutmuşdur ki, əgər insan qonşuları ilə gözəl rəftar etmiş olarsa təbii ki, onlar da qarşılaşdığı çətinliklərdə öz köməklərini ondan əsirgəməyəcəklər.
İkinci hədisdə isə buna işarə edir ki, əgər insan öz qonşuları ilə səmimi ünsiyyət bərqərar edib onlara qarşı gözəl əxlaq nümayiş etdirərsə, onlar da öz növbələrində onunla mehribanlıqla rəftar etmiş olarlar. Bu isə insanı tənhalıq və qəriblik hissi keçirməyə qoymaz, hamı onun bu gözəl xüsusiyyətini görüb onunla qonşuluq etmək istəyər.
İmam Sadiq (ə) qonşuların insana qarşı olan təsiri və xeyir-bərəkətləri haqda buyurur:
«Yaxşı qonşuluq etmək ruzinin artmasına səbəb olur».
Başqa bir rəvayətdə buyurur:
«Qonşularla gözəl rəftar etmək ömrü uzadır və yerlərin abadlaşmasına səbəb olur».



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor