Gənc Günahkarın E'tirafı |
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 20-12-2015, 00:59 | Şərh sayı: (0) | Baxılıb: 272
Gənc Günahkarın E'tirafı
Mənsur ibn Əmmar deyir:
Bir gecə küçədən keçərkən bir evdən belə bir münacat eşitdim: «Pərvərdigara! Sənə qarşı itaətsizlikdən yox, şeytana və nəfsimə aldandığımdan günah etmişəm. Nəticədə Sənin qəzəbinə gəlmişəm». Bu sözləri eşidib Qur’andan bir ayə oxudum: «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın buyruqlarını yerinə yetirən daşqəlbli və sərt təbiətli mələklərdir». («Təhrim» surəsi, ayə 6). Mən bu ayəni oxuduqdan sonra həmin gəncin naləsi ərşə ucaldı. Səhəri gün həmin qapıdan keçərkən bir qoca arvadın ağlayaraq yanındakılara belə dediyini eşitdim: «Gecələr Allah qorxusundan ağlayan bir oğlum var idi. Gecə o, münacat oxuyarkən küçədən keçən bir şəxs əzab ayəsi oxudu. Oğlum da fəryad çəkib dünyasını dəyişdi».
Yaxınlaşıb dedim: «Ana, o ayəni mən oxudum və oğlunun dünyadan getməsinə səbəb oldum, olarmı onun qüslünü mən verim?» Qarı razılaşdı. Oğlanın üzündən örtüyü qaldırdıqda sinəsində yaşıl xətlə yazılmış bir yazı gördüm: «Biz bu bəndəyə tövbə suyu ilə qüsl verdik».[273]
Mə’şuqdən özgəyə açma sirrini,
Dağda-daşda gəzmə qiblə yerini.
Bil, mə’şuq incisə eşqə düşəndən
Naləylə fəryadla çətin gedə qəm.
Elə ki, qırıldı əllər ətəkdən,
Hicran alovunda qovrular bədən.
Pərvanə görüşçün gözlər gecəni,
Şəm’ olmasa, nalə olar həmdəmi.
Çün şə’mə vermişdir nə ki, sirri var
Başqası nə bilsə olası aşkar.
Asmışam boynumdan bəndəlik ipin,
O bir olan ağam mehriban, həkim.
Sordum eşq odundan varmı bir əlac,
Buyurdu ki, vüsal ağrıya möhtac.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər