Məhərrəm ayının 9-cu günü |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 23-10-2015, 23:58 | Şərh sayı: (0) | Baxılıb: 1264
Məhərrəm ayının 9-cu günü
1- İmam Hüseynin (ə) xeymələrinin mühasirəyə alınması...
2-Şümrün əmannaməsinin həzrət Abbas tərəfindən (ə) rədd olunması...
3-İmam Hüseyn (ə) tərəfindən müharibənin təxirə salınması istəyi...
4- İmam Hüseynin (ə) (düşmənlərə) xitabı...
5- İmam Hüseyn (ə) xeymələrinin ətrafında xəndəklərin qazılması...
6- Şəhadət qüslü...
1)İmam Hüseynin (ə) xeymələrinin mühasirəyə alınması...
İmam Sadiq (ə) buyurub: Tasua günü, imam Hüseyn (ə) və onun ətrafında olanlar Kərbəlada mühasirəyə alındı, Şam qoşunu o həzrəti öldürmk üçün toplandı. Mərcanənin oğlu və Ömər İbn Səd onların ətrafında toplanan qoşunların sayının çoxluğundan sevinirdi. O həzrəti və onun dostlarını zəif sayıb onlara kömək gəlməyəcəyini və iraqlıların həzrətə kömək etməyəcəyinə əmin oldular.
2)Şümrün əmannaməsinin həzrət Abbas tərəfindən (ə) rədd olunması...
Tasua günü məlun Şümür, həzrət Əbafəzlül Əbbas (ə) və onun qardaşları üçün əmannamə (onların təhlükəsizlikdə olmasını göstərən rəsmi şəhadətnamə) gətirdi. Şümür, imam Hüseynin (ə) xeymələrinə çatan zaman qışqırdı: "Bacımızın oğlanları hardadır?” O böyük şəxslər cavab vermədilər. İmam Hüseyn (ə) buyurdu: "Fasiq də olsa ona cavab verin!” Həzrət Əbbas (ə) onun cavabında buyurdu: "Nə deyirsən?” Şümür dedi: "Mən sizə Übeydullah tərəfindən əmannamə gətirmişəm. Hüseyn (ə) üçün özünüzü ölümə verməyin! ” Həzrət Əbbas (ə) uca səslə buyurdu: Allahın lənəti sənə və sənin amanına olsun! Peyğəmbər (s) qızının oğlu amanda olmadığı halda biz amanda olaq?!” (Ənsabül-əşraf, c.3, səh. 184)
3)İmam Hüseyn (ə) tərəfindən müharibənin təxirə salınması istəyi...
Məhərrəmin doqquzunda, əsr vaxtı Ömər ibn Səd öz qoşunlarına üz tutub bağırdı: "Ey Allah ordusu, atlarınızı hazır edin və sevinin ki, cənnətə gedirsiniz!” Beləliklə onun ordusu, imam Hüseynin (ə) xeymələrinə tərəf hərəkət etdi. İmam, öz xeyməsinin önündə oturub qılıncına söykənmişdi. Başını dizinin üstünə qoymuşdu. O zaman mübarək başını qaldırıb həzrət Əbülfəzlə (ə) buyurdu: "Ey Əbbas, canım sənə fəda olsun, atına süvari ol və onlardan soruş ki, nə üçün bura gəliblər?” Həzrət Əbbas (ə) iyirmi nəfər sahəbə ilə birlikdə düşmən qoşunu tərəfə gedib onların nə üçün gəldiklərini soruşdu. Ömər ibn Səd onun cavabında dedi: "Ya Yezidə beyət edin, ya da qanlı döyüşə hazır olun”. Həzrət, onlara dedi: "Gözləyin, sizin sözününü imam Hüseynə (ə) çatdırım.” Onların sözünü o həzrətə (ə) çatdırdı. Həzrət (ə) buyurdu: "Qardaşım Əbülfəzl! Düşmən ordusuna qayıt, namaz və Allaha razü niyazla məşğul olmaq üçün bu axşamı onlardan möhlət al. Allah bilir ki, mən namazı, Quran oxumağı və dua etməyi necə sevirəm.” Beləliklə müharibə bir gün təxirə düşdü.
4)İmam Hüseynin (ə) (düşmənlərə) xütbəsi...
İmam Səccad (ə) buyurub: Atam imam Hüseyn (ə), aşura gecəsi bütün səhabələrinin öz yanına çağırdı. Onun sözlərini eşitmək üçün mən də xəstə olduğum halda atamın yanına getdim . Atam, əshaba və öz köməkçilərinə buyurdu: "Ən gözəl sitayişlərlə Allah itaət edir, xoşluq və rahatsızlıqda Ona şükr edirəm. İlahi, Sənə şükr edirəm ki, bizi peyğəmbərliklə (s) əziz etdin, Quran təfsirini və dinin fiqh elmini bizə karamət buyurdun. Bizə eşidən qulaq, görən göz və ayıq ürək əta etdin. Bizi şükr edənlər sırasıda qərar ver! " Əmma b`əd(və sonra)”. Həqiqətən mənim yoldaş və əshabımdan daha yaxşı və daha vəfalı biriləri olduğunu zənn etmirəm. Öz Əhli-beytimdən (ə) daha itaətcil və daha çox sileyi-rəhmə bağlı qalanını tanımıram. Mənə kömək etdiyinizə görə Allah sizə yaxşı mükafat versin. Bilirəm ki, sabah bunlarla döyüşəcəyik. Mən sizinlə olan beyətimi aradan qaldırıram. Yola düşüb getməniz və təhlükəli məkandan uzaqlaşmanız üçün gecənin qaranlığından örtük kimi istifadə etmənizə icazə verirəm. Sizlərdən hər biriniz Əhli-beytimizin (ə) bir nəfərinin əlini tutub kənd və şəhərlərə dağılın ki, Allah, ( bəladan xilas etməklə) öz fərəcini sizin üçün qərar versin. Bu camaatın işi mənimlədir. Mənə əlləri çatsa, sizinlə işləri olmayacaq.” İmamın(ə) buyurduqlarından sonra Əhli-beyt (ə) və o həzrətin əshabı bir-birinin arxasınca qalxıb şəhadətədək öz fədakarlıq və imam Hüseynə (ə) vəfalı olacaqlarını ciddi şəkildə bildirdi. (Kəmali-ibn Əsir, c. 4. Səh. 57, Əl-irşad, c.1, səh. 91).
5)İmam Hüseyn (ə) xeymələrinin ətrafında xəndəklərin qazılması...
İmam Hüseyn (ə) köməkçilərinə fərman verdi ki, xeymələrin ətrafında xəndək qazsınlar. Onu ox və neylə doldursunlar ki, düşmən hücum edən zaman onları yandırmağı bacara bilsinlər, düşmənlə xeymələr arasında yolu kəsib təkcə imamın (ə) köməkçilərinin yerləşdiyi hissəni açıq qoysunlar və döyüş orada baş tutsun. (İmamül-Hüseyn (ə) və əshabuh,səh.257)
6)Şəhadət qüslü...
İmam Hüseyn (ə) həzrət Əli Əkbəri otuz nəfər süvari və iyirmi nəfər piyada qoşunla fəratdan su gətirmək üçün göndərdi. Onlar öz tuluqlarını su ilə dolu halda xeymələrə gətirdi. İmam(ə) öz əshabına üz tutub buyurdu: "Qalxın və su için. Bu, sizin sonuncu azuqənizdir. Dəstəmaz alın, qüsl edin və paltarlarınızı yuyun ki, sizin kəfəniniz olsun”. Nəql olunub ki, Əbdürrəhman və Bürəyr ibn Xuzəyr təmizlənmək - hamam və nəzafət üçün nəzərdə tutulan çadırın qapısında növbədə durmuşdu. Bürəyr Əbdürrəhmanla zarafat edirdi. Əbdürrəhman ona dedi: "İndi zarafat vaxtı deyil”. Bürəyr dedi: Mənim qohumlarım bilir ki, mən nə cavanlıqda, nə də yaşlılıqa (qocalıqda) zarafat əhli olmamşam. Mənə səadət və cənnət vəd olunuduğu üçün sevindiyimdən özümə sığmıram, özümlə cənnət arasında məsafənin təkcə şəhadət olduğunu bilirəm. ("Əmaleyi-Şeyx Səduq”, səh. 221, 30-cu məclis).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər