Süfyani kimdir? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-10-2015, 21:46 | Şərh sayı: (0) | Baxılıb: 711
Süfyani kimdir?
İslam alimləri arasındakı yekdil nəzər Süfyaninin Əbu Süfyanın nəslindən olmasıdır. Bəzi hədislərdə onun “Ciyər yeyən arvadın” övladlarından sayılması da Əbu Süfyanın arvadı Hində mənsub edilməsinə görədir. Süfyani qırmızı dərili, sarı saçlı, mavi gözlü, açıq alınlı və enli kürəkli qorxunc birisidir. Üzündən əbləhlik yağır. Gözündki ağ nöqtəni görən, onun kor olduğnu güman edir. Halbuki belə deyil. O, heç vaxt Allaha pərəstiş etməmiş ən alçaq şəxsdir. Osmanın nəvələrindəndir. Atasının adı isə Üyeynə və ya Ənbəsədir. (Biharül-Ənvar, c. 52, səh. 206 və 254) Hz. Əli (ə) buyurmuşdur: “Ciyər yeyən arvadın övladı Yabis vadisindən (quru dərədən) qiyam edəcək. Onun 4 nişanəsi var və zahiri görkəmi çox bədheybətdir. Yekə başı vardır, üzündə alaca (xora) xəstəliyinin nişanələri aydın sezilir. Adı Osman, atasının adı Üyeynədir (bəzi mənbələrdə Ənbəsə kimi qeyd edilir). O, Əbu Süfyanın nəslindədndir ..." (Biharul –Ənvar, c.52, səh 205) Başqa bir hədisdə İmam Baqirdən (ə) belə nəql olunur: “ O, Əbu Süfyanın oğlu Yezidin oğlu Xalidin övladlarındandır.” (İbn Həmmadın əlyazması, s.75) Süfyani o qədər daş qəlbli bir insandır ki, onun yerini deyəcəyindən qorxduğu üçün öz həyat yoldaşını belə diri-diri basdıracaq. (2) (Nomani, Muhəmməd ibn İbrahim, əl-Ğeybə, Həsun Kərimin təhqiqi, s.318, )
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər