İslam və İslam Peyğəmbərinin (s) düşməni Əbu Süfyan |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 5-05-2015, 12:56 | Şərh sayı: (1) | Baxılıb: 1856
İslam və İslam Peyğəmbərinin (s) düşməni Əbu Süfyan
Peyğəmbərin (s) besətinin əvvəlindən, o həzrətin vəfatına kimi Əbu Süfyan İslam və İslam Peyğəmbəri (s) ilə aşkar düşmənçilik etdi, Qüreyş müşriklərinə bu işdə rəhbər olub, onlara himayədarlıq etdi. O, küfrün bayrağını əlində tutaraq İslama qarşı qılınc çəkdi.
Məşhur əhli-sünnə alimi, Zəməxşəri deyir: Əbu Süfyan qısa boylu, bəd qiyafəli idi və Hind (Əbu Süfyanın arvadı) ərinin muzduru, təravətli bir cavan olan Səbaha, alıcı gözü ilə baxdı, nəhayət özünü saxlaya bilmədi, onu özünə tərəf çağırdı. Onların arasında gizli əlaqə bərqərar oldu, bu əlaqənin nəticəsində, tarixçilərin əqidəsinə görə, Müaviyədən əlavə Ütbə də Səbahdandır. Yenə deyiblər: Hind, bu uşağı Əbu Süfyanın evində dünyaya gətirməyinə razı deyildi, ona görə də biyabanlara üz qoydu və Ütbəni orada, tək dünyaya gətirdi.
Hind ciyərçeynəyən adı ilə tarixdə məşhurdur. O Peyğəmbərin (s) əmisi Həmzənin ciyərini Ühüd döyüşündə dişinə çəkdi və cəyəri tikə-tikə etdi, ipə düzüb boynundan asdı.
Bu ailənin İslamla düşmənçiliyi gör nə həddədir!
Əbu Süfyan deyirdi: İlahi, cahiliyyət dövrünü bir daha bizə qaytar...Yenə deyirdi: And olsun Allaha, əgər diri qalsam, hökuməti Haşimilərin əlindən alacağam. Osman xilafətə çatan zaman Əbu Süfyan onun yanına gəlib dedi: Xilafəti çarx kimi Bəni Üməyyənin əlində fırlat. Çünki, xilafət və risalət, səltənətdən başqa bir şey deyil, mən Cənnət və Cəhənnəm bilmirəm.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər