Zəhranın (ə) sözlərində dua |
Müəllif: Eli Aşiqi | Bölmə: Dualar | Vaxt: 9-03-2015, 22:08 | Şərh sayı: (0) | Baxılıb: 2935
Zəhranın (ə) sözlərində dua
Mərhum Seyyid Möhsün Əmin "Əyanuş-şiə” adlı çox qiymətli kitabında o böyük fəzilət sahibi kamil xanımın bir nitqində buyurduğu ən ali bir duanı vermişdir. Müəllifin "Məhüüd-dəvat” adlı bir kitabdan rəvayət etdiyi həmin dua belədir:
"Ya Rəbb, mənə verdiyin ruzi ilə məni qane et!”
"Ya Rəbb, mənim iffətimi (həya və namusumu) qoru və mənə sağlamlıq nəsib et!”
"Ya Rəbb, ölərkən məni Öz xüsusi rəhmət və mərhəmətinə qovuşdur!”
"Ya Rəbb, məni nəsibim etmədiyin bir şeyi arayıb-axtarmaq yolunda təlaşa və əziyyətə salma!”
"Ya Rəbb, mənə ata-anamı və üstümdə haqqı olan kəsləri çox görmə!”
"Ya Rəbb, mənə - tövbə (yolunda) və Sənə qayıtma yolunda olan bəndənə əzab vermə!”
"Ya Rəbb, nəfsimi öz içimdə öldür, öz böyüklüyünü daha da əzəmətli et. Ey bağışlayanların bağışlayanı, Səni sevindirən amillərə itaətimdə mənə ilham ver, qəzəb və narazılığına səbəb olan işlərdən məni çəkindir!”
Paxıllıqdan çəkinmə
Səxavət və kərəm sahiblərinin başçısı, fədakar oğul, peyğəmbərlik, vilayət və imamlıq məktəbinin yetirməsi, mübarək Siddiqənin pak ətəyində böyüyüb tərbiyə almış imam Hüseyn (ə) anası Zəhradan (ə) belə bir rəvayəti nağıl edir:
Allahın Rəsulu (s) bir dəfə öz əziz qızına müraciətlə buyurmuşdu:
"Olmaya-olmaya, qəlbində paxıllığa yol verəsən. Paxıllıq elə bir bəladır ki, kərəm və mərhəmət sahiblərində əsla tapılmaz. Paxıllıq elə bir ağacdır ki, kökləri oddan (cəhənnəmdən) yaranır, budaqları isə (bu) dünyadadır. Onun hər hansı bir budağından asılan kəsi odla öldürür.”
Nur duası
Bu duanı Salman Farsi böyük İslam xanımı Fatimədən (ə) nağıl etmişdir. Mərhum Məclisinin yazdığına görə, o həzrət Məkkədə və Mədinədə çoxlu xəstələri bu pak və bərəkətli duanın müqəddəs təsiri ilə sağaltmışdır. Duanın mətni belədir:
"Bismillahir-rəhmanir-rəhim. Bismillahin-nur. Bismillahi nurun əla nur. Bismillahil-ləzi huvə müdəbbül-umur. Bismillahil-ləzi xələqən-nurə minən-nur. Əlhəmdulillahil-ləzi xələqən nurə minən-nur və ənzələn-nurə əla tur fi kitabin məstur fi ruqqin-mənşur bi qədəri-məqdur əla nəbiyyin məhbur. Əlhəmdulillahil-ləzi huvə bil-izzi məşhur və ələs-sərrai vəz-zərrai məşkur və səlləlahu ələs-seyyidun-Muhəmməd və Alihit-tahirin.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər