Xümsün əhəmiyyəti |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-09-2015, 22:29 | Şərh sayı: (0) | Baxılıb: 500
Xümsün əhəmiyyəti
"Xüms” İslamın vacib hökmlərindən biridir. Qur`an xümsün əhəmiyyətini bəyan edərkən onu imanla əlaqələndirmişdir: "Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün bəndəmizə nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolçularındır. Allah hər şeyə qadirdir!”
Xüms və cihad iman əsilli iki prinsipdir. Bu iki hökmə əməl var-dövlət toplamaq həvəsi ilə mübarizə, nəfsi aldadıcı dünya görüntüləri və tamahkarlıqdan qorumaqla gerçəkləşir. Allah xümsü ehtiram olaraq peyğəmbər və onun övladlarına məxsus etmişdir.
Həzrət Baqir (ə) buyurub: "Bizim haqqımızı ödəmədikdə heç bir kəs üçün üzərinə xüms gəlmiş malı yemək caiz deyil.”
İmran ibn Musa deyir: Xüms ayəsini həzrətə oxudum. O buyurdu: "Allaha məxsus hər bir şey peyğəmbərə çatır. Peyğəmbərə məxsus şeylər isə bizə (Əhli-beytə (ə)) çatacaqdır.” Sonra dedi: "Allah mö`minlərə verdiyi ruzini beş qismə bölüb. Bir qismini Allah yolunda infaq etsinlər, dörd qismini isə halallıqla yesinlər...” Bu göstərişlərə əməl etmək çətindir. Yalnız iman yolunda Allahın imtahan etdiyi şəxslər bu göstərişlərə əməl edib, çətinliklərə səbr edirlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər