Şiəlik İmam Hadi (ə) dönəmində |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 28-03-2016, 22:11 | Şərh sayı: (0) | Baxılıb: 649
Şiəlik İmam Hadi (ə) dönəmində
Bu dövrdəki şiələrin əksəriyyəti kufəli idi. Buna ən yaxşı sübut bir çoxlarına "Kufi” (Kufəli) ləqəbi verilməsidir. İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövründə imamların bir çox səhabələri adlarına Qumi (Qumlu) ləqəbini əlavə etmişdilər. Bunlar Qumda yaşayan ərəb əsilli əşərilər idilər.3 İmam Hadinin (ə) dönəmində Qum şəhəri İranda şiəliyin mühüm mərkəzlərindən idi. Bu şəhərin əhalisinin İmamla (ə) sıx əlaqəsi var idi.Abə (və ya Savə) və Kaşan şəhərləri şiəlik təlimlərinin təsiri altında idi. Onlar Qum əhalisinin təlimlərinə uyğun şəkildə davranırdılar. Bəzi rəvayətlərdə Məhəmməd ibn Əli Kaşaninin adı çəkilir, İmam Hadidən (ə) suallar soruşduğu qeyd edilir.1Qum əhalisinin İmamla (ə) maddi əlaqəsi də var idi. Bu məsələ ilə bağlı Məhəmməd ibn Davud Qumi və Məhəmməd Təlhinin adları qeyd edilir. Onlar Qum və ətraf şəhərlərdən vergi toplayır və onun necə idarə edilməsi haqda İmamı (ə) məlumatlandırırdılar.2İranın digər şəhərlərində yaşayan şiələr də İmamla (ə) əlaqə saxlayırdılar. Bu elə bir halda idi ki, İranın əksər şəhərləri əməvilər və abbasilərin kinli siyasətləri nəticəsində əhli-sünnəyə meylli idilər. Deyləmdə hələ hicri II əsrin sonlarında çoxlu sayda şiə yaşayırdı. İraqda məskunlaşan xeyli sayda deyləm mühacirləri də şiəliyi qəbul etmişdilər. İmam Hadinin (ə) Həmədandakı vəkilinə yazdığı məktubdan söhbət açılan bir rəvayətdə deyilir: "Sizi Həmədandakı sevənlərimə tapşırmışam”3. Mütəvəkkİl dönəmİ və ondan sonraMütəvəkkilin hakimiyyətə gəlməsi ilə (h.c. 232-247) vəziyyət dəyişdi. Ələvilərə qarşı açıq kin-küdurətlər yenidən başladı. Belə ki, Əhli-beytlə (ə) əlaqədə olmaq siyasi cinayət hesab edilirdi. Mütəvəkkil tarixin yaddaşında h. c. 236-cı ildə İmam Hüseynin (ə) qəbrini viran qoyub, ziyarətinə qadağa qoymaqla qalmışdır.4Mütəvəkkilin kin-küdurəti yalnız şiələrə qarşı deyildi. O, həm də fəlsəfə, kəlam (sxolastika) və rasional biliklərə qarşı idi. Corci Zeydan yazır: "Mütəvəkkil hakimiyyətə gəldiyi gündən son nəfəsinədək filosoflara, məntiq tərəfdarlarına olmazın işgəncələr verməyə çalışdı”1.Mütəvəkkildən sonra Abbasi xilafətində daxili çəkişmələr başlandı. Saray daxilində hakimiyyəti ələ almaq uğrunda tez-tez sui-qəsdlər baş verir və ümumilikdə Abbasi xilafətini sarsıdırdı. Bu hal Mötəzid Abbasiyə qədər davam etdi. Bu zamana qədər (h. c. 247-279) Müntəsir, Müstəin, Mütəzz, Mühtədi və Mütəmid adlarında beş xəlifə dəyşdi. Lakin Mütəzidin (h. c. 279-289) hakimiyyətə gəlişi ilə Abbasi xilafəti yenidən keçmiş iqtidarını əldə edə bildi. Belə ki, Süyuti onun haqqında yazır: "Ona ikinci Səffah ləqəbi verilmişdir. Çünki o, Abbasi xilafətinə yeni həyat verdi. Ondan öncə Mütəvəkkil dönəmindən üzü bəri Abbasi sülaləsinin parlaq ulduzu sönükməyə başlayırdı”2.Bütün bunlar gəstərir ki, Abbasilər Əhli-beyt (ə) və tərəfdarlarına qarşı sonsuz düşmənçilik hissləri bəsləyirdilər. Lakin qeyd olunan dönəmdə hakimiyyətdaxili çəkişmələr, ara-sıra baş qaldıran üsyan və inqilabi hərəkatlar abbasilərin şiələrə, ələvilərə qarşı kinlərini üzə çıxarmağa imkan vermirdi. Bu dönəmdə onlar Mənsur və Harun dönəminə nisbətdə yaxşı günlər keçirirdilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər