Peyğəmbərdən nurlu kəlamlar |
Müəllif: Admin | Bölmə: Hədislər, Slide | Vaxt: 26-03-2016, 18:56 | Şərh sayı: (0) | Baxılıb: 3549
Peyğəmbərdən nurlu kəlamlar
Həzrət Rəsuli-Əkrəmdən (s) mükəmməl sözlər, nadir və bənzərsiz hikmətli kəlamlar
Hər kəs bidətlərə arxa çevirsə Allah böyük vəhşət günündə onu amanda saxlayar. Hər kəs sağlam bədənə, xatircəmlik və əmniyyətə və bir günlük ruziyə malik olsa elə bil ki, bütün dünyaya malikdir. Hər kəs müsəlmanlardan birinin işi üçün qabağa düşsə (o işə rəhbərlik etsə) Allah da onun üçün xeyir istəyər və ondan ötrü saleh bir müavin təyin edər ki, Allahı yaddan çıxardıqda onun yadına salsın, yadında olanda ona kömək etsin. Hər kəs camaata əziyyət verməsə, yalan deməsə və vədəsinə xilaf çıxmasa alicənablığı kamil, ədaləti aşkar, onunla qardaşlıq vacib, qeybəti haram olan kimsələrdəndir. Hər kəs dilini və övrətini (zinadan) qorusa behiştə daxil olar. Hər kəs bilərəkdən mənə yalan nisbət versə yeri cəhənnəmdir
Behişt narahatçılıq və əziyyətlər qapısının arxasında, cəhənnəm isə şəhvət və ehtiraslar qapısının arxasındadır. Allahın məhəbbəti qəzəblənən zaman həlim olmağı bacaranlara vacibdir. Mən mükəmməl sözlərlə məbus (peyğəmbərliyə təyin) olunmuşam. (Yəni elm, əxlaq və hikmətlə dolu olan sözlərlə) Qiyamət günü insanların hər biri öz niyyətlərinə uyğun müəyyən olarlar.
Allah rəhmət etsin dilini islah edən kəsə. Allahın rəhməti olsun o kəsə ki, ya faydalı söz danışır, ya da susur. Allahın rəhməti mənim ümmətimdən o kəslərə olsun ki, dəstəmaz alan zaman və yeməkdən sonra dişlərini təmizləyib yuyurlar. Allah istəyir sevdiyi bəndəsinə həmişə onun gümanı gəlmədiyi yerdən ruzi versin. Fəqirlik küfr uçurumunun kənarındadır. Həsəd elə bir şeydir ki, sanki qəzavü-qədəri dəyişdirir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər