Allahın Peyğəmbəri (s.v.s) dən hədislər |
Müəllif: Admin | Bölmə: Hədislər | Vaxt: 1-01-2016, 20:22 | Şərh sayı: (0) | Baxılıb: 852
Allahın Peyğəmbəri (s.v.s) dən hədislər
1) Allahın Peyğəmbəri (s) buyurur: "Ey Əli! Hər kimdə yeddi keyfiyyət olsa imanı kamildir və cənnətin qapıları onun üzünə acılar:
*Kamil surətdə dəstəmaz alsa;
*Kamil surətdə namaz qılsa;
*Qəzəbini udsa;
*Lazımsız söz danışmasa;
*Günahına görə tövbə etsə;
*Zəkat versə;
*Peyğəmbərin (s) Əhli beytinin (ə) xeyirxahı olsa."
2) Allahın Peyğəmbəri (s) buyurur: "Qızları olan evə hər gün səmadan on iki bərəkət nazil olar və o evdən mələklərin gəliş-gedişi kəsilməz. Onların atası üçün hər gün bir ilin ibadət savabı yazılar."
3) Allahın Peyğəmbəri (s) buyurur: "Canım ixtiyarında olan Allaha and olsun. Əgər bir şəxs yetmiş Peyğəmbərin əməlini yerinə yetirsə də cənnətə daxil olmayacaqdır, əgər qardaşım Əlini (ə) sevməsə."
4) Allahın Peyğəmbəri (s) buyurur: "Əmanətə xəyanət edib, onu sahibinə qaytarmayan şəxs, dünyadan müsəlman kimi getməz. Axirətdə Allah ona qəzəb edər. Əmr verər ki, onu cəhənnəmə aparsınlar. Sonra həmişəlik cəhənnəmə atılar."
5) Allahın Peyğəmbəri (s) buyurur: "Hər kəs Allaha xatir təvazökarlıq etsə, Allah onu böyük edər. Allah təkəbbür edəni kiçildər. Hər kim yaşayışda ifrat və təfrit etməsə Allah onun ruzisini verər. Allah israf edəni nemətlərindən məhrum edər. Hər kim ölümü və məadi çox yad etsə, Allah onu sevər."
6) Allahın Peyğəmbəri (s) buyurur: "Ey Əli! Səninlə düşmənçilik edən şəxs dünyadan müsəlman kimi getməz. Bəlkədə yəhudi və nəsrani kimi dünyadan gedər."
7) Allahın Peyğəmbəri (s) buyurur: "Şərab içilən süfrənin kənarında oturan şəxs məlundur."
8) Allahın Peyğəmbəri (s) buyurur: "Ey Əli! Dörd şey bədbəxtliyin nişanəsidir. Göz yaşının quruması (etdiyi günahlardan peşman olmayan şəxs); Qəlbin qəsavət bağlaması; uzun arzular; Dünyada daimi qalmaq məhəbbəti."
9) Allahın Peyğəmberi (s) buyurur: "Mömin özündən sonra faydalı elmdən yazdığı bir vərəq qoysa, qiyamətdə həmin vərəq onunla cəhənnəm odunun arasında fasilı salar və yazdığı hər bir hərfin müqabilində Allah-təala ona genişliyi dünyadan böyük olan bir şəhər verər."
10) Allahın Peyğəmbəri (s) buyurur: "Sizin ən üstününüz ən yaxşı əxlaqı olan, ətrafındakılara kömək edib onlarla ünsiyyət bağlayan və onları sevərək bir yerə toplaşıb onların hacətlərini yerinə yetirən şəxsdir."
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər