İmam Zeynul Abidinin (ə)-ın məqamı |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 30-03-2016, 21:21 | Şərh sayı: (0) | Baxılıb: 362
İmam Zeynul Abidinin (ə)-ın məqamı
Allahın Peyğəmbəri (s):”Qiyamət günü bir carçı car çəkəcək ki:”Hardadır Zeynəlabidin? Mən onda görəcəm ki, oğlum Əli ibn Hüseyn ibn Əli ibn əbu Talib (qabağa çıxmaq üçün) sıraları yarır.
İmam Baqir (ə):” O (yəni imam Zeynəlabidin (ə)) Mədinənin yüz yoxsul ailəsinə başçılıq edirdi, və yetimlərin, yoxsulların və aciz şəxslərin, həmçinin zavallı fəqirlərin onun süfrəsində oturmalarını sevərdi. O öz əli ilə onlara yemək gətirərdi və əgər onlardan ailəli olanı olsaydı, Həzrət öz yeməyindən onun ailəsi üçün aparardı. Yediyi hər bir yeməkdən əvvəl sədəqə verər, ondan sonra yeyərdi.”
İmam Baqir (ə): "Əli ibn Hüseyn öz malını iki dəfə Allah ilə böldü.”
İmam Sadiq (ə): " Atam buyurardı ki: " Əli ibn Hüseyn namaz qılanda ağac gövdəsinə oxşayırdı, küləyin tərpətdiyi hissələr istisna olmaqla qətiyyən tərpənməzdi.”
Təbərsi "Əlamul-vəra” kitabında: " Əli ibn Hüseynin (ə) kənizlərindən biri onun əlinə su tökürdü. Aftafa onun əlindən düşdü və o Həzrətin üzünü yaraladı. Əli ibn Hüseyn başını ona tərəf qaldırdı. Kəniz dedi: " Allah-taala buyurur: " qəzəbini udanlar…” Həzrət dedi: " Qəzəbimi uddum. ”Kəniz dedi: "insanların günahlarından keçən...” Həzrət buyurdu: " Səni bağışladım.” Kəniz dedi: " Allah yaxşılıq edənləri sevər” Həzrət buyurdu: " Get, səni Allah yolunda azad etdim.”
Məhəmməd ibn Təlhə Şafii "Mətalibul-səuul”kitabında: " Əli ibn Hüseyn öz otağında namaz qılmaqla məşğul idi və səcdə halında olarkən otaqda yanğın baş verdi. Evdə olanlar fəryad qoparıb "ey Allahın Peyğəmbərinin balası, ey Allahın Peyğəmbərinin balası, od, od!” deyirdilər. Amma Həzrət səcdə halında qalmaqda idi və nəhayət od söndü. Sonra ona dedilər: " Oda əhəmiyyət verməməyinizin səbəbi nə idi?” Buyurdu: " Axirət odu.”
Əbu Nəim "Hilyətul-övliya”kitabında: " Əli ibn Hüseyn bir dəstə adamla oturmuşdu. Birdən öz evindən kiminsə ölümündən xəbər verən bir arvad səsi eşitdi. Durub öz evinə getdi və sonra həmin məclisə qayıtdı. Orada olanlar dedilər: " Nəsə bir hadisə baş vermişdi? Buyurdu: " Bəli. Həmin dəstə o Həzrətə baş sağlığı verdi və onun səbrliliyindən heyrətləndi.” O Həzrət buyurdu: " Biz bir nəsilik ki, sevdiyimiz işlərdə Allaha itaətkar və təslimik, xoşəgəlməz işlərdə Ona şükr edən!”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər