Ərəfə duasında uca bir məqamın şərhi |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 4-06-2016, 19:35 | Şərh sayı: (0) | Baxılıb: 660
Ərəfə duasında uca bir məqamın şərhi
Bismillahir-rəhmanir-rəhim
Ustad Füruğinin "Məhdiyi-Mövud (əc)" elmi mədrəsəsində çıxışı
İmam Hüseyn (ə) Ərəfə duasının bir hissəsində belə raz-niyaz edir:
إِلَهِي عَلِمْتُ بِاخْتِلَافِ الْآثَارِ وَ تَنَقُّلَاتِ الْأَطْوَارِ أَنَّ مُرَادَكَ مِنِّي أَنْ تَتَعَرَّفَ إِلَيَّ فِي كُلِّ شَيْءٍ حَتَّى لَا أَجْهَلَكَ فِي شَيْء
"İlahi, halətlərin dəyişilməsi və (dünyada baş verən) dəyişikliklərin müxtəlifliyindən anladım ki, məni yaratmaqda məqsədin hər şeydə Özünü mənə tanıtdırmaq və nəhayət, Səndən qafil olmamaqdır!" (İqbalul-əmal, c. 1, səh. 348)
İmam Hüseynin (ə) bu sözü çox ucadır. Əllamə Təbatəbainin (r) tələbələrindən biri ustadın belə buyurduğunu nəql edir: "Ərəfə duasının axır hissələri tövhiddən sıçrayır və tövhidin ən uca zirvəsidir".
Kim Allah ilə belə söhbət edə bilər?!
Allaha mərifətin və Onu tanımağın yollarından biri də səmanı seyr etməkdir.
"وَ فِي الْأَرْضِ آياتٌ لِلْمُوقِنِينَ وَ فِي أَنْفُسِكُمْ أَ فَلا تُبْصِرُون"
"Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır. Sizin özünüzdə də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır. Məgər görmürsünüz?" ("Zariyat" surəsi, ayələr 20-21)
Həm Yeri tanıyın, həm özünüzü. Həm dünyanı tanıyın, həm özünüzü, həm də Allahı dərk edin.
Allahı tanımaq üçün nəfs kitabı və təbiət kitabı adlı iki təkvini kitab yazılmışdır. Bir dəfə gecə gündüzdə fani olur və gündüz gecədə, bir dəfə ulduzlar zühur edir, bir dəfə hər şey məhv olur və bir dəfə hamısı yenidən görünür.
Quran buyurur:
"ما لَكُمْ لا تَرْجُونَ لِلَّهِ وَقارا وَ قَدْ خَلَقَكُمْ أَطْوارا"
Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? Halbuki O sizi cürbəcür (və ya müxtəlif mərhələlərlə) xəlq etdi. ("Nuh" surəsi, ayələr 13-14)
Nə üçün Allahı əzəmətlə xatırlamırsız? Sanki, Allah gileylənir. Sizi müxtəlif hallarda xəlq etmişdir, nə üçün ona diqqət etmirsiniz?
İmam Hüseyn (ə) duada deyir ki, İlahi, bu dünyada baş verən müxtəliflik və dəyişikliklərdən mən bu nəticəyə gəldim və Sənin hədəfini başa düşdüm: məni yaratmısan ki, hər şeydə Özünü mənə göstərəsən, hər şey sənin güzgün olsun ki, mən Səni tanıyam, heç bir şeydə Sənə qarşı nadan və qafil olmayam.
Bir tel tük də Allahın göstəricisidir. Özünü hər şeydə bizə göstərən Allahdan niyə qafil olmalıyıq? Ona görə imam (ə) axırda deyir: "Səni öz gözətçisi görməyən gözlər kordur".
Sən bu aləmin nəzarətçisi və gözətçisisən. Sən bu aləmin vəkilisən.
"إنّه علي كُلّ شيئ وَكيل"
Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir! ("Zümər" surəsi, ayə 62)
Aləmin zərrə-zərrə hər bir işin edən Sənsən. Əgər Sən vəkillik etməsən, heç bir mövcud məqsədinə çatmaz.
Biz nə üçün vəkil tuturuq? Çünki bəzi işlərimizin öhdəsindən özmüz gələ bilmirik. Ona görə də başqalarını bu işdə vəkil edirik. Allahın bizim vəkilimiz olmasına inam dərəcəsinə çatsaq onda daha heç bir qorxumuz olmaz.
İmam (ə) sonra deyir: "Sənin eşq və məhəbbətinin nəsib olmadığı bir bəndə ziyana uğrasın!"
Ərəfə duasında hər növ maarif vardır. İmam (ə) insanın ən aşağa halından başlayır, ən yüksək zirvəyə yetişir. Bu dua, seyr-süluk duasıdır. Duanın bir hissəsində belə raz-niyaz edərək deyir: "İlahi, həqiqətləri batil iddia olduğu halda, iddiaları iddia olmaya bilərmi?"
Bizim vücudumuzun həqiqəti iddiadır, biz kimik ki? Elm Sənin tərəfindən, güc və qüdrət Sənin tərəfindən, nur Sənin tərəfindən. Biz yoxuq! La həvla və la quvvətə illa billah.
Əgər dünyada desələr, filankəsin nəyisə var, bu iddiadır. Bu yəni insanın fəqirliyi və heç nəyinin olmaması! Bizim həqiqətimiz bir iddiadır , bizim həqiqətimiz yoxdur və hər nəyimiz varsa, Səndəndir!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər