Duada Allahın sifətlərinə diqqət! |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 25-08-2015, 17:39 | Şərh sayı: (0) | Baxılıb: 537
Duada Allahın sifətlərinə diqqət!
Dua əslində insan tərəfindən Allaha qarşı bir diqqət və bəndəlik əlaqəsinin güclənməsidir. Bu əlaqədə bir tərəfdə böyük Allah, o biri tərəfdə isə günahkar bəndə dayanır. Bəndə öz günahlarını düşündükdə onda xəcalət hissi yaranır. Allahın geniş rəhmətinə diqqət yetirdikdə isə ümidvar olur. Bu ümid və qorxu halı insanda həmişə olmalıdır.
Şərafətli dualarda bu nöqtəyə çox diqqət göstərilmişdir. Dua edən həmişə özünü qorxu və ümid arasında görməlidir. Günahlarını gördükdə dili tutulur, peşimançılıq çəkir, başqa bir tərəfdən isə Allahın geniş rəhmətinə nəzər salıb ümidvar olur, Onun camal sifətlərinə tamaşada qərq olur, sərbəstlik taparaq dili açılır, söhbətə başlayır və Allahın rəhmətini diləyir. Buna görə də, imam Səccad (ə) Allahın dərgahına belə ərz edir:
"Ey mənim Ağam, Səni günahların lal etdiyi bir dillə çağırıram? (Günahlarımı düşündükdə xəcalətin şiddətindən səninlə söhbət edə bilmirəm.) Ey mənim Allahım, Səninlə xəta və günahların həlak etdiyi bir qəlblə münacat edirəm. (Elə bir qəlblə ki, xəta və günahlar onda ümid yeri qoymayıb.)
Elə bu mövzu "Xəmsə Əşərə” münacatında qeyd olunur: "Ey Allah xəcalətdən dili tutulmuş zəlil bəndənə rəhm et”. Sonra ərz edir: "Ey mənim Ağam, günahlarıma baxdıqda nalə çəkirəm, əfv və kərəminə nəzər saldıqda rəhmətin məni tamaha salır (dilim açılır)”.
Bu mövzuya uyğun sözləri imam Hüseyn (ə) "Ərəfə” duasında deyir:
"Ey İlahi, rüsvayçılığım dilimi nə qədər lal etsə də, Sənin kərəm və böyüklüyün nitqimi açır. Pis sifətlərim məni məyus etsə də, Sənin sonsuz ehsanın məni tamaha salır!”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər