Su tayfası |
Müəllif: Admin | Bölmə: Azərbaycan tarixi | Vaxt: 25-12-2015, 01:22 | Şərh sayı: (0) | Baxılıb: 2951
Su tayfası
Su tayfası — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri.
Miladdan öncə III-minilliyin sonunda çivli yazılarda Urmiya gölü bölgəsində "Su adamların ölkəsi" barədə də danişılır. Su tayfaları Miladdan əvvəl XXI-yüzilin ikinci yarısında Mesopotomiyada hakimiyyətdə olmuş III Ur sülaləsindən asılı idi. Bunu çivli yazılarda Laqaçş canişini Urdunnanın Su xalqının ensisi olaraq təqdim edilməsi faktı da təsdiq edir. Su tayfaları m.ö 2003-cü ildə Elamlılarla birlikdə III-Ur sülaləsinə qarşı hərbi hücumunda və bunun nəticəsində həmin sulalənin süqutunda da iştirak etmişdilər.
Qədim Mesopotomiya qaynaqlarında Su tayfa adı bir çox halda subar, subir, subi sozu ilə eyniləşdirilir. Hətta Assuriya charı II Sarqonun da yazılarında onlar barədə müəyyən məlumatlar verilir və bildirilir ki, "… Urartu insanlari Subi ölkəsinin əhalisini Mannalı adlandırırlar". Bu isə öz növbəsində eradan əvvəl VIII əsrdə yaranmış Azərbaycan-Manna dövlətinin bu və ya digər mənada Su tayfaları ilə muəyyən etnik bağlılıqları olduğunu göstərməkdədir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər