RSS
 

Login:
Şifrə:
» » ''Nardaran işi'': Bu hakimiyyəti dağıdacaq qüvvə Daxili İşlər Nazirliyidir

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






''Nardaran işi'': Bu hakimiyyəti dağıdacaq qüvvə Daxili İşlər Nazirliyidir

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-10-2016, 11:07 | Şərh sayı: (0) | Baxılıb: 262

''Nardaran işi'': Bu hakimiyyəti dağıdacaq qüvvə Daxili İşlər Nazirliyidir


''Nardaran işi'': Bu hakimiyyəti dağıdacaq qüvvə Daxili İşlər Nazirliyidir''Nardaran işi'': Bu hakimiyyəti dağıdacaq qüvvə Daxili İşlər Nazirliyidir
Taleh Bağırzadə: "Ramil Usubov artıq başını itirib"

Oktyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin məhkəmə prosesi davam etdirilib.

Vəkilin iki vəsatətindən biri təmin edilib
Meydan TV-nin məlumatına görə, iclasda təqsirləndirilən şəxslərdən Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova çıxış edib. Vəkil bildirib ki, Ş.Abduləliyev Nardaranda baş verən hadisə zamanı yaralanıb və xəstəxanaya kənd sakinləri tərəfindən gətirilib. Z. Sadıqova bununla bağlı xəstəxanadan məktub aldığını deyib və həmin məktubu məhkəməyə təqdim edərək iş materiallarına əlavə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

Z.Sadıqova hadisə yerinə təcili tibbi yardım maşını çağırıldığını deyən polis əməkdaşlarının ifadələrinin iş materiallarından çıxarılması, məhkəmədə yalan ifadə verdikləri üçün barələrində tədbir görülməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Bu, birbaşa faktın saxtalaşdırılmasıdır
İclasda çıxış edən vəkil Yalçın İmanov isə deyib ki, ötən iclas zamanı ifadə verən şahidlər Valeh Abbasov və Samir Babayev istintaq zamanı verdikləri ifadələrdən imtina etdikləri üçün onlar və digər məhkəmədə ifadə verəcək şahidlər Sabunçu rayon 14-cü Polis İdarəsinə aparılaraq təzyiqə məruz qalıblar. Vəkillər adı çəkilən şahidlərə bölmədə işgəncə verildiyini deyib. Vəkil Gülşən Salmanova bu faktla bağlı Baş Prokurorluğa müraciət olunmasını istəyib. Bildirib ki, bu, birbaşa sübutların saxtalaşdırılmasıdır. Məhkəmə vəsatəti təmin edib. Bildirilib ki, faktla bağlı bu gün Bakı şəhər Prokurorluğuna məktub yazılacaq və məsələnin təcili yoxlanılıb, məlumat verilməsi tələb olunacaq.

Taleh Bağırzadə isə deyib ki, məhkəməyə gələn şahidlərə təzyiq edilir: "Bundan sonra şahidlər gəlib istintaqa verdikləri ifadələri təsdiq etsələr, biz əmin olacağıq ki, onlara işgəncə verilib. Güc strukturlarının məhkəməyə bu qədər təzyiq etmələri məhkəmənin imicinə ziddir. Bəziləri konkret güc nümayiş etdirmək istəyirlər. Ramil Usubov bu əməliyyatı keçirməklə hakimiyyətin imicinə MTN-dən çox zərbə vurub. Ramil Usubov artıq başını itirib. Öz günahlarını güc nümayiş etdirməklə ört-basdır etmək istəyirlər".

Bu hakimiyyət çoxunu bədbəxt edib
Daha sonra iclasda şahid Firdovsi Sadıqov ifadə verib. O bildirib ki, sosial şəbəkədə Fuad Qəhrəmanlı ilə dost olub:"Bir dəfə İmam Hüseynin qalib gəlməsi barədə status yazmışdı. Mən də statusa "doğrudur" yazdım. Fuad Qəhrəmanlı ilə həyatda görüşümüz olmayıb, onu siyasətçi kimi tanımışam". Vəkil Yalçın İmanov deyib ki, şahid istintaq zamanı ifadəsində deyib ki, F.Qəhrəmanlının heç bir fəaliyyətini bəyənmir. Buna səbəb isə F.Qəhrəmanlının irqi, milli, dini ayrıseçkilik salan, dövlət əleyhinə olan çağırışlarıdır.

İfadəsində "F.Qəhrəmanlı ərazi bütövlüyümüzü parçalamağa xidmət edən hərəkətlər edir. Bu kimi xəyanətkar şəxslər xalqı sonu olmayan yola aparır" fikri qeyd olunub.

Şahid istintaq zamanı belə ifadə vermədiyini, ifadəsinin təhrif edildiyini deyib.

Fuad Qəhrəmanlı isə deyib ki, proses siyasi xarakter daşıyır: "Bu hakimiyyət çoxunu bədbəxt edib. Günahsız adamları şahid kimi məhkəməyə çağırırlar. Hakimiyyətin 37-ci ili xatırladan repressiya siyasətində üzə duran kimi çıxış etmədiyiniz üçün təşəkkür edirəm. Utanıb, ölmək əvəzinə yenə də saxta ittihamı müdafiə edirlər. Ayıb olsun Azərbaycan hakimiyyətinə. İnsanlara o qədər hörmətsiz yanaşırlar ki, onların adından yalan ifadə yazırlar və hesab edirlər ki, onlar gəlib bu ifadələri məhkəmədə təsdiq edəcəklər".
O, şahidə məhkəmədə verdiyi ifadəyə görə təşəkkür edib.

Daha sonra iclasda şahid İlkin Məmmədov dindirilib. O,"Azad xəbər" saytında redaktor işlədiyini, Taleh Bağırzadənin hakimiyyət əleyhinə çıxış etmədiyini, xalqa edilən əziyyətlərdən danışdığını deyib. Bildirib ki, onu ötən ilin dekabrın 1-də polislər həbs edərək, 22 sutka inzibati həbs cəzası veriblər: "Bu iş üzrə məndən ifadə alanda özüm həbsdə idim. Guya yolda söyüş söymüşəm. Mən bunu özümə təzyiq vasitəsi kimi qiymətləndirirəm. Hesab edirəm ki, mən Taleh Bağırzadəgillə işlədiyim üçün həbs olunmuşdum. T. Bağırzadə heç zaman dini dövlət qurmaq, silahlanmaq, dövlət çevrilişi etməkdən danışmayıb".

Şahid Samir Mirzəzadə isə ifadəsində deyib ki, "Azad xəbər" saytında işləyib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verdiyini deyən şahid yazılanları oxumadan imzaladığını, ifadə verən zaman fiziki təzyiqə məruz qalmadığını deyib. Bildirib ki, T. Bağırzadə çıxışlarında ölkədə baş verən proseslərdən danışıb. S. Mirzəzadə ötən il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşan dindarlarla birlikdə olduğunu da deyib: "Mən jurnalist kimi baş verən hadisələri çəkmək üçün getmişdim. Məni də tutub idarəyə apardılar. Biləndə ki, jurnalistəm, mənə dedilər: "Üzünü divara çevir". Orada həbs olunanları gətirib dəhlizdə yerə uzandırırdılar. Mən baxmaq istəyəndə isə qoymurdular. Telefonumu alıb çəkdiklərimi sildilər, üç gündən sonra telefonumu verdilər. "Bandotdel"də ifadə verəndə isə jurnalist vəsiqəmi aldılar və qaytarmadılar".

Şahidləri öyrədib deyirlər, gedin məhkəmədə söyləyin ki, Taleh Bağırzadə İlham Əliyevi söyüb
Daha sonra prosesdə fasilə elan edilib. Fasilədən sonra hakim bildirib ki, vəkillərin vəsatətləri barədə Bakı şəhər Prokurorluğuna müraciət edib. Lakin prokurorluq həmin məsələni araşdırmaq üçün məhkəmədən vaxt istəyib. Vəkil Nemət Kərimli isə deyib ki, təqsirləndirilən şəxslərlə bağlı ekspertiza keçirən şəxs təqsirləndirilən şəxslərin ancaq ad və soyadını soruşmaqla kifayətlənir, heç bir tibbi avadanlıqdan istifadə etmir və xəsarətləri qeydə almır. Vəkil təkrar ekpertiza keçirilməsini məhkəmədən xahiş edib. Hakim isə deyib ki, vəkillərin söylədikləri barədə Ekspertiza İdarəsinin rəhbərliyinə müraciət edəcək və belə hal varsa, qarşısını almağı xahiş edəcək. Hakim ekspertizanın rəyi gəlmədən ona qiymət verə bilməyəcəyini deyib.

Taleh Bağırzadə isə deyib ki, iclasda dəfələrlə Mehriban Əliyevanın polislər tərəfindən söyülməsi məsələsi danışılıb. Lakin bundan polislər başqa cür istifadə etmək istəyirlər: "Şahidləri öyrədib deyirlər, gedin məhkəmədə söyləyin ki, Taleh Bağırzadə İlham Əliyevi söyüb. Mənim çıxışlarım internetdə var. Mən heç kimi söymürəm, təhqir etmirəm. Bu, İlham Əliyev olsa belə söyüş söymərəm. Azərbaycan hakimiyyətini dağıdacaq, axırına çıxacaq əsas qüvvə Daxili İşlər Nazirliyidir".

Təqsirləndirilən Cabbar Cabbarov isə deyib ki, polislər milli, dini ayrıseçkilik salırlar: "Bu maddələrlə bizi ittiham edirlər. Ancaq həmin cinayətləri elə polislərin özləri edirlər. Mehriban Əliyeva şüvəlanlı olduğuna görə, adın çəkən kimi söyməyə başlayırdılar. Biz danışanda siz bizim sözümüzü kəsirsiniz, ancaq bunda siz də maraqlı olmalısınız. Hər dəfə deyirəm ki, hansı polislər Mehriban Əliyevaya söyüblər. Elə onlar özləri dini, milli ayrıseçkilik salırlar. Keçən iclasda İlham Əliyevə də xəbər göndərdim ki, filan polislər xanımına söyüb. Ancaq bilmirəm bu xəbər ona çatıb, ya yox. İlham Əliyev əmin olsun ki, onun ailəsinə öz işçiləri söyüb".

Proses noyabrın 7-də davam edəcək.

Meydan Tv



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor