Tale Bağırzadənin məhkəmə prosesi baş tutmadı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 22:39 | Şərh sayı: (0) | Baxılıb: 305
Tale Bağırzadənin məhkəmə prosesi baş tutmadı
Bu gün Nəsimi Rayon Məhkəməsində ötən il noyabrın 26-da Nardaran qəsəbəsində polisin xüsusi əməliyyatı zamanı həbs edilmiş ilahiyyatçı, “Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırzadənin məhkəmə nəzarəti qaydasında şikayəti üzrə məhkəmə prosesi baş tutmayıb.
Bu barədə virtualaz.org saytına vəkil Cavad Cavadov bildirib. Məhkəmənin təxirə salınmasına səbəb T.Bağırzadənin gətirilməməsi olub.
Vəkil T.Bağırzadə ilə görüşünə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) müvəqqəti saxlanma təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs olunub, barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hadisə zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər öldürülüb, çoxsaylı insanlar həbs olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorizm), 220 ( kütləvi iğtişaşlar), 228 (qanunsuz silah və hərbi sursat saxlamaq), 233 (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili), 279 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və qrupların yaradılması), 281 (dövlət əleyhinə açıq çağırışlar etmək), 283 (dini düşmənçiliyin salınması), 315 (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməklə müqavimət göstərmək) və 278 (hakimiyyətin zorla ələ keçirilməsinə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər