Vəkil: “Nardaran lideri özünü təqsirli sayır” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 22:09 | Şərh sayı: (0) | Baxılıb: 264
Vəkil: “Nardaran lideri özünü təqsirli sayır”
Xəbər verdiyimiz kimi, yanvarın 6-da həbs olunan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov 13 günlük həbsdən sonra azadlıqdadır.
Məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb. Bu, Azərbaycan təcrübəsində az-az rastlanan hallardandır. Üstəlik, o, “dövlətə xəyanət”də ittiham olunur. Məhkəmənin belə qərar verməsinə səbəb nədir?
Vəkili Əyyub Ələkbərov “Azadlıq” radiosuna bildirib ki, Natiq Kərimovun barəsində açılmış cinayət işi öz qüvvəsində qalır. Sadəcə, haqqında seçilmış həbs- qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Vəkil deyib ki, bununla bağlı heç hara müraciət etməyiblər: “Mən vəsatət verdim, məhkəmə də onu təmin etdi”.
Vəkil həmçinin bildirib ki, vəkili olduğu şəxsin səhhəti ilə bağlı problem olmayıb: “Heç bir problem yox idi səhhətində. Heç bir! Necə gəlmişdi, elə də çıxdı”.
Vəkil müxbirin “Natiq Kərimov dövlətə xəyanətdə ittiham olunur və bu ağır maddədir. Bu halda onun ev dustaqlığına buraxılması nə qədər gözlənilən idi” sualına cavabında bildirib ki, bəli, onun maddəsi həqiqətən də ağırdır, amma ev dustaqlığına buraxılması da mümkündür: “Yaşı, səhhəti nəzərə alınıb… İki çəliklə gəzir. Bu amil nəzərə alınıb…Həm də... Mən demirəm ki, casusluq edib… Amma bu adam nə hərəkət edibsə, səmimi etiraf edib. Qismən özünü təqsirli bilir. Bu da nəzərə alındı”.
Onun özünü məhz nədə təqsirli bildiyinə gəlincə, vəkil deyib ki, bu istintaq sirridir: Mən onu açıqlaya bilmərəm”.
Son illər bir sıra hallarda dövlətə xəyanət maddəsi başqa maddəylə əvəzlənir və ya ümumi işdən ayrılır. Xüsusən də siyasi-ictimai fəallarla bağlı belə təcrübə var. Natiq Kərimovun işində bu, mümkündürmü?
Vəkil bu variant da istisna etməyib: “Hər şey gözləmək olar, hər şey. İstintaq gedir hələlik…”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər