Taleh Bağırzadənin həbsdə olan müavini barəsində qərardan apellyasiya şikayəti verilib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-04-2016, 11:23 | Şərh sayı: (0) | Baxılıb: 343
Taleh Bağırzadənin həbsdə olan müavini barəsində qərardan apellyasiya şikayəti verilib

Qeyd edək ki, aprelin 23-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə E. Qasımovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə qərarın ləğv edilməsi istənilib. E.Qasımov Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə), 214.2.1-ci (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 214.2.3-cü (terroçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) və digər bir neçə maddə ilə ittiham edilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər