RSS
 

Login:
Şifrə:
» » Bakıdakı `qul bazarı`nda şok olay: hamilə qadınlar iş axtarır

Xəbər lenti

Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...
ANADAN ƏZİZ, YENƏ ANADIR!
ANADAN ƏZİZ, YENƏ ANADIR!...
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bakıdakı `qul bazarı`nda şok olay: hamilə qadınlar iş axtarır

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-02-2016, 02:26 | Şərh sayı: (0) | Baxılıb: 856

Bakıdakı `qul bazarı`nda şok olay: hamilə qadınlar iş axtarır


Bakıdakı `qul bazarı`nda şok olay: hamilə qadınlar iş axtarır Bakıda təkcə kişilərin deyil, qadınların da “qul bazarı” var. Maştağa kəndində “Xəyal” marketin yaxınlığındakı tinə hər gün səhər saat 07:00-dan günorta saatlarına kimi 100-dən çox qadın kiminsə qapısında günəmuzd işləmək üçün dayanıb gözləyir. Onların içində yaşlısı da var, cavan olanı da. Hətta hamilə qadın da. Üzlərindən kədər və üzgünlük yağan bu qadınların hər birinin acı həyat hekayəti var.

“Evdə deyirik ki, alverə gedirik”

Bu da qadınların "qul bazarı". Qəzetdən gəldiyimi biləndə əksəriyyəti “neynirsiniz bizimlə söhbəti, siz yazmaqla bizim dərd-sərimiz bitəcək?”-deyib, yanımdan uzaqlaşdılar. Onlar özlərini tanıtmaqdan, burada olduqlarını söyləməkdən utanırdılar. Ancaq bir neçəsi ilə söhbətləşə bildim. Hər birinin əlində torbaya qoyub qoltuğuna vurduğu köhnə iş paltarı vardı. Onlar deyir ki, əllərindən süpürmək, paltar, qab yumaq, yemək bişirmək, yun çırpmaq, uşaqlara baxmaq, parnikdə işləmək və s. işlər gəlir. Əksəriyyəti Sabunçu, Zabrat və Bakının digər kəndlərindən gəlib, “qul bazarı”nda dayanır. Aralarında şəhərdə yaşayanlar da var. Onlar əsasən Maştağa, Nardaran və Bilgəhdə yerləşən evlərdə işləməyə gedirlər.

42 yaşlı Firəngiz adlı qadın 9 ildir “qul bazarı”na ayaq döyür: “Bura toplaşan qadınların çoxu ərindən xəlvət çıxıb işləyir. Ərimiz bilsə ki, ”qul bazarı”na gəlirik, bizi öldürər. Deyirik ki, alverçiliklə məşğul oluruq. Nə edim?! 4 uşaq anasıyam. Ərim də iş tapmır…”.

Sabunçu rayonundan bura gələn 34 yaşlı adını çəkmək istəməyən, üzündən qəm-kədər yağan qadın da yoldaşından xəbərsiz bu məkana üz tutub: “Yoldaşım qəzetdə adımı oxuyub bilsə ki, ”qul bazarı”na çıxıram, başımı kəsər. 10 ildən çoxdur ömrümü bu küçədə çürüdürəm. Bu qul bazarına çıxdığımı heç qohum-əqrəba da bilmir. Uşağımı 6 aydı görə bilmirəm. İnternatdadır…”. Bu vaxt həmin qadının gözləri dolur. Danışa bilməyəcəyini deyib, söyüd ağacına söykənib hönkür-hönkür ağlamağa başlayır.

Ölüm-dirim mübarizəsi

Çox keçmir ki, yolun kənarında bahalı avtomobil dayanır. Bütün qadınlar maşını mühasirəyə alır. Stajlı qadınlar cəld maşının salonuna əyləşib, sürücünün təklif etdiyi işlə maraqlanırlar. 7 manata parnikdə işləmək üçün iki qadın razılaşıb, yola düşürlər. Elə bu vaxt bir maşın da siqnal verib dayanır. Onlar maşının üstünə şir ovunun üstünə cuman kimi qaçırlar. Ancaq aralarında mübahisə yaranır. Bir-birilərinə söyüş-təhqir yağdırırlar. Müştəri onlara iki nəfərin hər birinə turşu bağlamaq üçün 8 manatdan iş təklif edir. Bir qadın xahiş edir ki, 10 manat verirsə, gəlsin. Digər qadın müştərinin təklif etdiyi məbləğlə razılaşır. Bu zaman bir həngamə qopur ki, gəl görəsən. Az qalır ki, bir-biriləri ilə saçyoldusuna çıxsınlar. Əlbəttə ki, bir tikə çörək üçün. Onlara tamaşa edən ətrafdakı insanlar deyir ki, hər gün bu cür səhnələrin şahididirlər. İş üstündə bir-birilərini öldürməyə belə, hazırdırlar.

“Villa sahibləri bizi işlədib pulumuzu vermirlər”

“Bəzilərindən heç işlədiyinin halal haqqını da ala bilmirsən. Mənim başıma belə bir iş gəlib. Bir nəfər varlı villa sahibinin evində səhərdən axşamadək işlədim. Axırda isə pulumu vermədi. Sürdüyü maşına baxırsan bahalıdır, amma simicdir”. Bunu Naxçıvan bölgəsindən olan 53 yaşlı Firəngiz Əzizova deyir. Firəngiz xala kirayədə yaşayır: “Heç bir yerdən yardım almıram. Pensiya almağa da yaşım çatmır. 6-cı sinifdə oxuyan bir oğlum var. Yoldaşım da rəhmətə gedib. Məcburam gəlib qul kimi işləyib, çörək pulumu çıxaram”. 28 yaşlı Narınc da gözləri dola-dola bunları deyə bildi: “Ayda 80 manat kirayə pulu verirəm. Yoldaşım 2 ildir 6 yaşlı uşağımla məni atıb Rusiyaya gedib. Burada dayanıb iş tapmaqla birtəhər dolanıram. Daha çox parnikdə işləməyə gedirəm. Bəzən elə adama rast gəlirsən ki, yemək də vermədən işlədir. Axırda da pulunun yarısını kəsir”. Saatlı rayonundan olan, adını çəkməyən 46 yaşlı qadın da dəbdəbəli evlərdə işləyib, haqsızlıqla üzləşdiyini deyir: “Bizə pis gözlə baxanlar da olur. Allah elələrinin çörəyini kəssin. Kim istəyər ki, "qul bazarı” nda dayansın?”.

“Biz qocayıq deyə, işləməyə aparmırlar”

Yuxarıda qeyd etdiyim kimi, oradakı qadınlar arasında yaşlıları da vardı. Onlar kənara çəkilib bir tərəfdə dayanmışdılar. 57 yaşlı Səkinə xala deyir ki, qoca olduğu üçün həmişə kənarda qalır: “Mənə deyirlər qocasan, işləyə bilmirsən. 5-10 manat çörəkpulu qazanmaq üçün yenə də gözləyirəm. Bəlkə bir insaflısı çıxdı, mənə də iş təklif etdi. 3 oğlum var, yoldaşım xəstədir. Onlardan xəbərsiz bura gəlirəm”. Onunla yanaşı oturan qadınlar da eyni dərdlidir. Deyirlər ki, cavan gəlinləri işləməyə daha çox aparırlar. Elə mən orda olduğum zaman bunun şahidi də oldum. Yolun kənarında dayanan bahalı avtomobil sahibi qadınlara yaxınlaşaraq: “Cavanlardan ikisi gəlib, otursun”- deyərək, əlini yelləyə-yelləyə maşına doğru getdi. Müştəri çıxıb gedəndən sonra, qadınlardan biri mənə yaxınlaşıb dedi ki, həmin 40-45 yaşlı kişi mənim də qul olduğumu zənn edibmiş: “Xahiş etdi ki, yaxşı pul verəcək. Səni də götürüm birlikdə gedək. Ancaq mən ona başa saldım ki, sən bizdən deyilsən”.

“Yoldaşım evdə oturur…”

25 yaşlı hicablı Nərgiz ailəlidir. 2 uşaq anası olan bu xanımın təhsili də yoxdur. Yoldaşının iş tapa bilmədiyini deyir: “2 aydı bu ”qul bazarı”na üz tutmuşam. Yoldaşım hara gedirsə qapılar bağlıdır. Başqa yerdən də kömək yoxdur. Ona görə gəlmişəm bura”. Onunla həmyaşıd Günel də ailəlidir. O, deyir ki, iş təklif olunanda birlikdə gedirlər: “Yoldaşım bir gün işləyir, 5 gün işləmir. Uşaqlarımı bağçaya qoymuşam. Yoldaşım evdə oturur. Sabunçuda kirayədə yaşayırıq”.

27 yaşlı adını çəkməyən digər qadın bugünkü günə düşməsini valideynlərinə heç vaxt bağışlamayacağını deyir: “Valideynlərim məni 16 yaşımda ərə verdi, instituta sənəd verməyə qoymadılar. O vaxt oxusaydım, indi rahat yolla çörək pulu qazanardım. Ərim narkomandı. Ayrılmışam. Burda da gizlincə dururam. Çünki ərim bilsə məni öldürər. 2 uşağım üçün yaşayıram…”.

35 yaşlı Sədaqət Zəngilan rayonundan məcburi köçkündür. Hər səhər tezdən bura gəldiyini deyir: “Allah kəssin belə yaşamağı. Uşaqlarımı başlı-başına evdə atıb, gəlirəm qul kimi işləməyə. Kim hara apardı gedirik. Bizimçün fərqi yoxdur. Varlı evi oldu, ya kasıb evi. Etibarlı adamların şəhərdəki bağ evlərinə də gedirik. Hərdənbir yazığı gələn imkanlı adamlar bizi işlədib 20 manat verir”.

Qadınlara “əmək yarmarkaları haqqında eşitmisinizmi” sualını verəndə onlar təəccüblənərək, bu haqda ilk dəfə məndən eşitdiklərini dedilər. Onlardan onu da öyrəndim ki, “qul bazarı”nda onlara dəyib-toxunan da yoxdur. Günortaya az qalsa da, qadınların çoxu hələ də gözləyirdi. İş üçün müraciət edən olmadığı üçün onlar çox acıqlı idilər, həm də ac idilər. Özləri isə belə deyir: “Özümüzlə heç nə götürmürük. Əgər burda gözləyəndə iş olacaqsa, yemək də olacaq. Yox, əgər iş dalınca getmirsənsə, deməli, yemək də yoxdur, sadəcə, aclığa dözməlisən”.(xural.com)



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor