İŞİD-ə qoşulan fransalı qadın yazdı: "Ora cəhənnəm idi..." |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 00:23 | Şərh sayı: (0) | Baxılıb: 266
İŞİD-ə qoşulan fransalı qadın yazdı: "Ora cəhənnəm idi..."
İxlas.az-ın “Theguardian”-a istinadən verdiyi xəbərə əsasən, Konqoda anadan olan və Fransada yaşayan Sophie Kasiki 4 yaşlı oğlu ilə Suriyanın Rəqqa şəhərində İŞİD-ə qoşulması haqda kitab nəşr etdirib.
Kitabda o başına gələn dəhşətli hadisələr, İŞİD terrorçularının iç üzünü açıb-tökən məqamlar qeyd olunub.
Sophie Kasiki yazır: “4 yaşlı oğlumla İŞİD-ə qoşulmaq üçün Suriyaya köçdüm, lakin bu Cəhənnəmə səfər etməyə bərabər idi. Onlar vəhşi canavarlar mislində idilər. Ərimə İstanbula iş səfəri üçün getdiyimi desəm də, Türkiyədən Suriyaya səfər etdim. İŞİD-in "Cənnət" deyə təbliğ etdiyi məkanlar sözün əsil mənasında "Cəhənnəm" idi. Orda ərim ya məhrəmim olmadan evdən çıxa bilməzdim. Qaçmaq üçün İŞİD üzvlərindən biri ilə evlənməyə razı oldum. Orada olan qadınlar İŞİD üçün uşaq dünyaya gətirən bətnlərdən başqa bir rola sahib deyillər...”
Sophie Kasiki hazırda əri ilə barışmaq istəyir, lakin o hələ Fransa qanunları qarşısında cavab verməlidir. Ona qarşı "uşaq qaçırma" maddəsilə barəsində cinayət işi qaldırıla bilər. O isə "Mən sadəlövh və zəif idim. Bundan istifadə edib məni aldatdılar" deyə özünü belə müdafiə edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər