Türkan sakini qızınmaq üçün evdə ayaqqabı yandırır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 02:22 | Şərh sayı: (0) | Baxılıb: 314
Türkan sakini qızınmaq üçün evdə ayaqqabı yandırır
78 yaşlı qadın: “Yun corabları bir-birinin üstündən geyinmişəm, ayaqlarımı elə bil buzun içinə qoyublar”
“Gəlsinlər evimizə baxsınlar. Evdə ayaqqabı, köhnə paltar qalmayıb. Hamısını yandırmışıq. Donuruq” – Xəzər rayonu, Türkan qəsəbəsi, Qasım İsmayılov küçəsi 19 ünvanında yaşayan Rəna Əmirova belə deyir. 78 yaşlı qadının sözlərinə görə Türkan qəsəbəsində qaz problemi var: “Şəkər, ürək, zob xəstəliklərim var. 2-ci qrup əliləm. Ayaqlarım donur. Yun corabları bir-birinin üstündən geyinmişəm, ayaqlarımı elə bil buzun içinə qoyublar. 1 ay xəstəxanada yatıb gəlmişəm, indi də soyuqdan birtəhər olmuşam. Odunu haradan alaq? Pulumuz yoxdur. Mən də, oğlum da 2-ci qrup əlilik. 50 manat təqaüd alırıq. Pulsuzluqdan həkimə gedib analizləri də verə bilmirəm. Yol pulumuz belə yoxdur. Bu tərəfdən də gəlib olan-qalan qazı da kəsib gediblər. Deyirlər ki, sayğacı icazəsiz açmısız”.
R.Əmirovanın sözlərinə görə, ünvanda quraşdırlmış sayğac xarab olduğundan qaz istismar idarəsinə müraciət ediblər: “Oğlum gedib idarənin rəisi Zərbəli müəllimə dedi, o da Qaqaş adlı işçisini göndərdi. Gəldilər baxdılar, texniki baxış aktı yazıb sayğacın plombunu açıb sayğacı qoydular yerə. Dedilər ki, qaz keçirmir. Dedilər ki, yeni sayğac quraşdıracaqlar. 10 gün keçdi, gəlib elə həmin sayğacı bağladılar. Mən də xəstəxanadan gəldim, hava soyudu, Vüqara dedim ki, sayğacı aç qoy yerə, soyuqdan ölməyəcəyik ki. Bu gün də gəlib cərimə yazdılar. Deyirəm ki, sayğac qaz buraxmırsa, evdə qazdan istifadə edə bilmirik, soyuqdan ölməliyik? Mən 50 manat pensiya alıram, xəstəxanada 1 ay müalicə olunmuşam. Deyirlər ki. bizlik deyil, gedib orada deyin. Dərdimizi kimə deyək? Erməniyə qazı pulsuz veririk. Biz erməni qədər də olmadıq?”
R.Əmirova Xəzər Rayon İcra Hakimiyyətinə, rayonun deputatı Mehriban xanım Əliyevaya müraciət edərək onlara köməklik göstərmələrini xahiş edib: “Sağ olsunlar, mənə ağbirçək kimi həmişə hörmət edib diqqət ayırıblar. Hər dəfə problemlərimizlə bağlı müraciət etməyə də artıq üzüm gəlmir. Amma başqa çıxış yolum da qalmayıb. Problemlərimiz başımızdan aşır, bu tərəfdən qışın ən sərt vaxtında gəlib qazı kəsib gediblər”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər