RSS
 

Login:
Şifrə:
» » İqtidarın yeni Qərb strategiyası - təfərrüat

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

İqtidarın yeni Qərb strategiyası - təfərrüat

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 14:23 | Şərh sayı: (0) | Baxılıb: 670

İqtidarın yeni Qərb strategiyası - təfərrüat


İqtidarın yeni Qərb strategiyası - təfərrüatBeynəlxalq münasibətlərdə “buzların ərimə” dövrü; Azərbaycanın təmsil olunduğu və əməkdaşlıq etdiyi bütün təşkilatlarla əlaqələrində “yeni səhifə” açmaq tapşırığı verilib; ATƏT-in Bakı ofisinin yenidən bərpa olunacağı xəbəri yayılıb; beynəlxalq təşkilatlarla münasibətlərinin tənzimlənməsi prosesinə bəzi QHT-lər də cəlb edilir...
“Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması” qətnaməsinin AŞ PA-nın qış sessiyasında qəbul edilməməsi ətrafında yaranmış ajiotaj səngimir. Bunu ölkə diplomatiyasının, xüsusən Xarici İşlər Nazirliyinin uğursuzluğu kimi qiymətləndirənlər də var, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin fəaliyyətinin zəif olması ilə izah edənlər də.

Xatırladaq ki, Böyük Britaniyadan olan məruzəçi Robert Uolterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” qətnaməsi 70 əleyhinə, 66 lehinə olmaqla (45 nəfər bitərəf) qəbul edilməyib.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu uğursuzluq səbəbindən vəzifəsindən azad olunması bağlı məlumatları təkzib edib. S.Seyidov bildirib ki, səhhətində yaranan problemlərə görə AŞ PA-nın qış sessiyasına gedə bilməyib və onu nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov əvəz edib. XİN isə mətbuat xidməti səviyyəsində sənədin qəbul edilməməsinin məsuliyyətini Minsk Qrupu həmsədrlərinin üzərinə qoyub, bu uğursuzluğu onların tutduğu qərəzli mövqe ilə izah edib.



***

Məlumatlara görə, iqtidar bir müddətdir ki, üzv olduğu və əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla bağlı yeni strategiya üzərində işləyir.

Sirr deyil ki, Qərblə münasibətlərin daha da kəskinləşdiyi ötən ildə iqtidar beynəlxalq qurumlarla qarşıdurmaya getdi-Avropa Birliyi, Avropa Parlamenti, ATƏT, eləcə də digər Qərb institutları ilə “soyuq müharibə”yə başladı. Avropa Parlamentinin iqtidarla bağlı sərt qətnaməsindən sonra Milli Məclisdə “Avronest” Parlament Assambleyasından çıxmaqla bağlı qərar qəbul olundu. Az sonra ATƏT-in Bakı ofisi “ölkənin maraqlarına zidd olan siyasi xətt” səbəbindən bağlandı. Azərbaycanın Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirakı da xeyli zəiflədi...



Belə bir vəziyyətdə iqtidarın vəziyyəti dəyişmək üçün yeni təşəbbüsləri barədə iddialar yayılıb. Həmin iddialara görə, müvafiq dövlət qurumlarına Azərbaycanın təmsil olunduğu və əməkdaşlıq etdiyi bütün təşkilatlarla əlaqələrində “yeni səhifə” açmaq tapşırığı verilib. Prezidentin Murad Nəcəfbəylini Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağıraraq, onun yerinə daha təcrübəli diplomat olan Vaqif Sadıqovu təyin etməsi də bu strategiyanın tərkib hissəsi kimi göstərilir.



ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi Tsereteli və Kent Harstedtin başçılıq etdiyi nümayəndə heyəti yanvarın sonunda Bakıya səfər edib. Prezident və xarici işlər naziri ilə görüşlərdən sonra mediada ATƏT-in Bakı ofisinin yenidən bərpa olunacağı xəbəri yayılıb. Rəsmilər hələ ki bu barədə dəqiq bilgi vermirlər, amma bildirilir ki, yaxın aylarda Bakı ofisinin fəaliyyəti yenidən bərpa ediləcək, hətta bununla bağlı artıq sənədləşmələr də başlayıb. O cümlədən, həm rəsmi Bakıdan, həm də Brüsseldən Azərbaycanın Avropa Birliyi ilə əlaqələrinin genişlənməsi və “Şərq Tərəfdaşlığı” proqramında iştirakının davam etməsinin vacibliyi ilə bağlı müsbət mesajlar eşidilməkdədir.



***
Daha bir iddia isə iqtidarın beynəlxalq təşkilatlarla münasibətlərinin tənzimlənməsi prosesinə bəzi QHT-lərin də cəlb edilməsidir. Məlumdur ki, son aylar Qərb təşkilatları ilə əməkdaşlıq edən QHT-lərə ciddi təzyiqlər olub, bəzi QHT rəhbərləri tutulub, bir çoxunun isə bank hesablarına həbs qoyulub. Bu məsələyə görə hətta ABŞ prezidenti Barak Obama da “Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir”, demişdi.



Həbsdəki QHT rəhbərlərinin azadlığa buraxılacağı ilə bağlı hələ ki məlumat yoxdur. Amma bildirilir ki, hökumət beynəlxalq qurumlarla yaxşı əlaqələri olan, mötəbər qurum kimi qəbul edilən QHT rəhbərləri ilə anlaşma ərəfəsindədir. İddia olunur ki, onların bəzilərinin bank hesablarından həbs götürülüb. Bu, “Azərbaycanın mənafeyi naminə” atılan addım kimi izah edilir, onlardan ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində fəaliyyət göstərmələri istənilir.

Mövzu ilə bağlı bilgili mənbəmiz hətta deyib ki, bir QHT rəhbərinə son parlament seçkilərində boş qalmış dairədə namizədliyinə “yaşıl işıq” yaradılacağı vədi belə verilib.



Bu xəbərlərin nə dərəcədə səhih olduğunu indilikdə iddia edə bilmərik. Amma ötən həftə prezident İlham Əliyev də ölkə gənclərinin bir qrupu ilə görüşündə Azərbaycanın beynəlxalq təşkilatları ilə münasibətlərinə xüsusi yer ayırıb. Prezident deyib ki, Azərbaycanı dünyada daha da geniş şəkildə təmsil etmək üçün, eyni zamanda kadrların təcrübə toplamaları baxımından beynəlxalq təşkilatlarda təmsilçiliyimizin olması çox önəmlidir. “Xarici İşlər Nazirliyinə və Prezident Administrasiyasına göstəriş verilib ki, biz çalışmalıyıq, gənclərimiz, xüsusilə gənc mütəxəssislərimiz bütün beynəlxalq təşkilatlarda təmsil olunsunlar, beynəlxalq məmur statusuna malik olsunlar və orada çalışsınlar”.



***

Azərbaycan müstəqillik əldə edəndən sonra beynəlxalq təşkilatlara qoşulmaqla mövcud problemlərin dünyanın gündəmində olması və həlli istiqamətində müəyyən addımların atılmasına nail olub. İqtidar uzun sürəcəyi gözlənilən postneft dövründə bu kimi təşkilatlarla daha sıx və hərtərəfli əməkdaşlığı vacibliyini anlayır. Bu səbəbdən də yeni strategiyanın ölkənin daxilində də öz müsbət təsirini göstərəcəyi, beynəlxalq qurumlarla münasibətlərdə əsas əngəl olan problemlərin, o cümlədən siyasi məhbuslarla bağlı məsələnin də öz həllini tapacağına ümidlər yaranıb.

“Yeni Müsavat”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor