RSS
 

Login:
Şifrə:
» » İranla Səudiyyə Ərəbistanı arasında müharibə təhlükəsi...

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İranla Səudiyyə Ərəbistanı arasında müharibə təhlükəsi...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 09:20 | Şərh sayı: (0) | Baxılıb: 189

İranla Səudiyyə Ərəbistanı arasında müharibə təhlükəsi...


İranla Səudiyyə Ərəbistanı arasında müharibə təhlükəsi... Ekspertlər bildirirlər ki, birbaşa olmasa da, bir çox ölkələrin qatıldığı savaş mütləqdir...
İranla Səudiyyə Ərəbistanı arasında yanvarın 2-dən etibarən başlayan gərginlik yüksək həddədir. Şiələrin lideri şeyx Nimr ən-Nimrin edamı ilə hər iki ölkə arasında başlayan narazılıq regionun digər müsəlman ölkələrinə də sıçrayıb. Üstəlik, İranın Yəməndə yerləşən səfirliyinin Səudiyyə Ərəbistanının raketləri tərəfindən vurulduğunu bəyan etməsi vəziyyəti daha da kritikləşdirib.

İranın Xarici İşlər Nazrliyindən verilən açıqlamada Səudiyyə Ərəbistanından atılan raketlərlə Yəməndə yerləşən səfirliklərin bilərəkdən vurulduğu və səfirliyin işçilərinin yaralandığı bildirilib. Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabir Ənsari hadisənin nə zaman baş verməsi barəsində məlumat verməsə də, yaralıların həyatının riskdə olmasına görə Səudiyyə Ərəbistanının məsuliyyət daşıdığını qeyd edib.

Səudiyyə Ərəbistanının müdafiə naziri isə ölkəsi ilə İran arasında baş verə biləcək müharibənin bölgədə böyük bir fəlakətin başlanğıcı olacağını vurğulayıb. Müdafiə naziri Şahzadə Məhəmməd ibn Salman ötən həftə Səudiyyə Ərəbistanında şiə din adamı Nimr Baqir əl Nimr ilə yanaşı, 47 məhkumun edam edilməsi və İrandakı Səudiyyə səfirliyinə edilən hücumlardan sonra iki ölkə arasında yaşanan diplomatik gərginlikdən danışıb. Nazir “Economist” jurnalına verdiyi müsahibədə “İki ölkə arasında birbaşa müharibə ola bilərmi” sualını cavablandırarkən bunları deyib: “Biz bunu planlaşdırmırıq və belə bir hadisəni arzulamırıq. İki ölkə arasında müharibənin olması üçün səy göstərən varsa, o şəxsin ağlı başında deyil”. Bunun ardından Şahzadə Məhəmməd İranla müharibə ehtimalının olmadığını vurğulayıb: “Səudiyyə Ərəbistanı ilə İran arasındakı bir döyüş, bölgədə böyük bir fəlakətin başlanğıcı olar. Belə bir döyüşə qətiyyən icazə verməyəcəyik”.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə BMT-nin Suriya münaqişəsi üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə görüşü zamanı deyib ki, Suriya münaqişəsinin həlli istiqamətində Səudiyyə Ərəbistanının mənfi addımlarına imkan verilməyəcək. “İran hər zaman regional böhranların həllində konstruktiv mövqe tutub. Biz Səudiyyə Ərəbistanına Suriya probleminin həllindəki neqativ addımlarına imkan verməyəcəyik”,- deyə Zərif bildirib. BMT nümayəndəsi görüş zamanı İranın Suriya probleminin həlli istiqamətindəki rolunu təqdir edib.



Ekspertlər isə bildirirlər ki, indiki halda İranla Səudiyyə Ərəbistanı arasında müharibənin başlanması o qədər də gözlənilən deyil. Ekspert Ərəstun Oruclu musavat.com-a açıqlamasında bildirib ki, səfirliyin vurulması xəbərləri təsdiqini taparsa, vəziyyət ciddi olacaq: “İsbat olunarsa ki, səfirliyi Səudiyyə Ərəbistanının silahlı qüvvələri vurub, bu, artıq qalmaqalın bir qədər də böyüməsi deməkdir. Amma hökmən deyil ki, buna görə müharibə başladın. Adətən bu tip hadisələr müharibə başlamaq üçün bəhanə kimi də istifadə oluna bilər, səbəb kimi də. Adətən deyək ki, səbəb başqa olur. Belə bir istək varsa, müharibə qərarı alınarsa, bu faktdan istifadə edə bilərlər. Amma mən İranın hazırda müharibəyə getmək istəyini görmürəm. Düşünmürəm ki, İran müharibəyə getmək istəsin”.

Ekspert Natiq Miri isə musavat.com-a bildirib ki, İran müharibədə tərəfdaşlarının kimlər olacağını dəqiqləşdirməyib, bu səbəbdən müharibə başlamaya bilər: “Nəzərə almaq lazımdır ki, İran Səudiyyə Ərəbistanı ilə hər hansı savaş başladığı təqdirdə, onun Suriyadakı mütəfiqi Rusiyanın birmənalı olaraq İranı müdafiə edəcəyindən əmin deyil. Və Rusiyanın da bu prosesə qatılması o qədər də gözlənilmir. Çünki Rusiya bu prosesə qatıldığı təqdirdə, Suriyada gedən proseslərdə mövqeləri zəifləmiş duruma düşəcək. Ona görə də İran üçün bu savaşı başlatmağa bir çox çəkindirici amillər var. Bundan başqa, İran Hörmüz boğazına da iddia edir və bu Hörmüz boğazına tək hüququn yalnız İrana məxsus olduğunu vurğulayır. Ancaq bütün bu iddialara rəğmən, bilirsiniz ki, həmin boğazda ABŞ-ın altıncı təyyarədaşıyan donamması, gəmilər yerləşib. Bu da İran tərəfindən çəkindirici məqamdır. Ona görə düşünmürəm ki, bu məsələ savaş səviyyəsinə gəlsin çıxsın. Ancaq savaş olacaq. Suriyada və Yəməndə Səudiyyə Ərəbistanının və İranın dəstəklədiyi güclər tərəfindən savaş yürüdüləcək. Ancaq Səudiyyə Ərəbistanı və İran arasında savaş olmayacaq”.

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor