RSS
 

Login:
Şifrə:
» » Açıq dənizdə neft fəlakətləri: SOCAR tək deyil...

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Açıq dənizdə neft fəlakətləri: SOCAR tək deyil...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-12-2015, 19:36 | Şərh sayı: (0) | Baxılıb: 464

Açıq dənizdə neft fəlakətləri: SOCAR tək deyil...


Açıq dənizdə neft fəlakətləri: SOCAR tək deyil...


Dekabrın 4-də Xəzərdəki "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə görünməmiş tufan və qasırğa nəticəsində baş vermiş fəlakət onlarla neftçinin həyatına son qoydu. Platformada baş vermiş yanğının səbəbləri prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış xüsusi komissiya tərəfindən araşdırılacaq. Hansısa səhvlər olubsa, yəqin ki, üzə çıxarılacaq.

Lakin açıq dənizdə neft-qaz hasilatı onsuz da riskli iş idi və bu cür qəza ilə üzləşən təkcə SOCAR deyil.

Virtualaz.org saytı qeyd edir ki, indiyədək dünyanın aparıcı neft-qaz şirkətlərindən bir çoxu bundan da betər qəza və fəlakətlərlə üzləşiblər. Bunlardan bir neçəsinin xülasəsini diqqətə çatdırırıq.

1988-ci il, 6 iyul. "Occidental" şirkətinin "Piper Alpha" platforması partlayış və yanğın nəticəsində sıradan çıxıb. 167 işçi həlak olub. Platforma Şimal dənizində, Şotlandiya sahilindən 120 kilometr aralıda idi. Qəzanın mühəndis səhvi üzündən baş verdiyi nəticəsinə gəlinib. Bu qəzadan 62 nəfər, əsas etibarilə platformadan dənizə tullanmaqla sağ çıxıb.

1980-ci il, 27 mart. Norveç sahillərində Alexander L. Kielland üzən platformasının tufanlı havada aşması nəticəsində 123 nəfər həlak olub. Alexander L. Kielland iki işlək platformanın arasında üzən mehmanxana tipli platforma idi. "Phillips Petroleum" şirkətinin Ekofisk yatağında işləyən bu üzən oteldən 89 nəfər sağ çıxıb. Hadisə zamanı xilasedici 7 qayıqdan yalnız ikisini işə salmaq mümkün olub. Qəzanın təxribat da daxil bir neçə səbəbi göstərilib.

1989-cu il, 3 noyabr. "Unocal" neft şirkətinin "The Seacrest" qazma gəmisi Cənubi Çin dənizində "Gay qasırğası" zamanı batıb. Gəmi heyətininin 91 üzvü həlak olub. Yalnız 6 nəfər Tailanda məxsus gəmi tərəfindən xilas edilib. Təhqiqat "qasırğa gözü"nün düz gəminin üstündən keçdiyini göstərib.

1982-ci il, 15 fevral. "Ocean Ranger" üzən platforması Hibernia yatağı üzərində güclü tufan nəticəsində batıb. Bu platforma 1976-cı ildə Yaponiyanın Mitsubishu şirkəti tərəfindən ODECO neft şirkətinin sifarişi ilə tikilmişdi. 1980-ci illərdə dünyanın ən böyük üzən platformalarından biri sayılırdı. Platforma ən sərt qasırğalara dayanmalı idi. Fevralın 14-də sahildən 200 kilometr aralı olan Hibernia yatağındakı bütün platformalara qasırğa proqnozu verilmişdi. Buna baxmayaraq dalğaların zərbəsi ilə "The Ocean Ranger" platformasının "xilasetmə salı" dənizə düşmüşdü.

Yaxınlıqdakı gəmi və platformaların bütün cəhdlərinə baxmayaraq "The Ocean Ranger" platformasındakı 84 nəfərlik heyət batıb. Onlardan yalnız 22-nin cəsədləri tapılıb.

1983-cü il, 25 oktyabr. ARCO neft şirkətinin "Glomar Java" dəniz qazma gəmisi Cənubi Çin dənizində, "Lex" qasırğası zamanı batıb. 81 nəfərdən ibarət bütün heyət həlak olub.

Axtarışlar nəticəsində 36 cəsəd tapılıb, onlardan yalnız 31-ni sahilə çıxarmaq mümkün olub. Qalan 45 nəfər itkin düşdüyünə görə "ölmüş" elan edilib.

1979-cu il, 25 noyabr. Çin Neft Nazirliyinin Bohai 2 "jack-up" özünüqaldıran tipli gəmi-platforması Çin dənizinin Bohai körfəzində batıb. Güclü qasırğa şəraitində baş vermiş qəzada heyətin 74 üzvündən yalnız 2 nəfər sağ qalıb.

1986-cı il, 6 noyabr. Şimal dənizində "Shell" şirkətinin Brent yatağından Şetland adasına uçan Boeing BV234 (Chinook) helikopteri qəzaya uğrayaraq suya düşüb. Britaniyaya məxsus helikopterdəki 47 nəfərdən 45-i həlak olub. Qəzaya səbəb helikopterin iki mühərrikindəki nasazlıq olub.

1984-cü il, 16 avqust. Braziliyanın Petrobras şirkətinin "Enchova Central Platform" üzən platforması Rio-de-Janeyro sahillərində qəzaya uğrayıb. Burada quyunun qəfil püskürməsi nəticəsində əvvəlcə partlayış, sonra isə yanğın baş verib. İşçilərin əksəriyyəti evakuasiya edilib, lakin xilasetmə qayığı suya endirilərkən platformadan asılı qalıb. Sonra 20 metrlik hündürlükdən dənizə çırpılan qayıqda 42 nəfər həlak olub.

1964-cü il, 30 iyun. "C. P. Baker" qazma barkası Meksika körfəzinin Yucin adası yaxınlığında batıb. Barkas 1962-ci ildə 1945-ci il istehsallı iki hərbi gəminin konstruksiyası üzərində tikilmişdi.

Qazma zamanı quyuda baş verən sızma 5 dəqiqədən sonra partlayışa səbəb olub. Partlayışdan sonra başlanan güclü yanğın bütün gəmini bürüyüb. Gəmi 30 dəqiqə ərzində batıb. 43 nəfərlik heyətdən 22 nəfəri həlak olub. Yalnız 8 meyit tapılıb.

2005-ci il, 27 iyul. "Oil and Natural Gas Corporation" şirkətinə aid Bombay High North platformasında baş vermiş partlayış və yanğın dünyanın ən cəfəng qəzalarından biri sayılır. Hind okeanının Ərəb dənizi sahəsində işləyən platforma 7-mərtəbəli idi və səkkiz qaz ixracı borusu vardı. İyulun 27-də platformanın yanında iki köməkçi gəmi lövbərlənmişdi. "Samudra Suraksha" gəmisinin aşpazı xörək hazırlayarkən ehtiyatsızlıqdan iki barmağının uclarını kəsmişdi və musson mövsümü olduğundan helikopterlər uçmurdu. Buna görə də aşpazı əməliyyat üçün platformaya qaldırmaq qərara alınmışdı. Lakin bu zaman köməkçi gəmi platforma ilə toqquşmuş, partlayış və yanğın baş vermişdi. Platformanın və gəminin 384 işçisindən 362-si evakuasiya edilmiş, lakin 22 nəfər həlak olmuşdu. Onlardan yalnız 11-nin cəsədləri tapılıb.

2007-ci il, 23 oktyabr, Meksika körfəzi. "Perforadora Central Usumacinta" özünüqaldıran platformasının ona bağlı köməkçi platforma ilə toqquşması nəticəsində partlayış və yanğın baş verib. 1982-ci ildə tikilmiş platforma qaz və neft çıxarırdı.

"Usumacinta" platformasını işlədən PEMEX şirkətinin məlumatına görə, 86 nəfərlik heyətdən 58-i evakuasiya olunub. 22 nəfər həlak olub, meyitlərdən biri tapılmayıb.

2010-cu ilin apreli. BP-nin ABŞ-ın Meksika körfəzində kəşfiyyat işləri aparan nəhəng "Deepwater Horizon" platformasında quyudan güclü qaz sızması nəticəsində güclü partlayış baş verib. Bu zaman 11 neftçi itkin düşüb, BP platformadakı qalan işçiləri evakuasiya edə bilib və güclü yanğınla mübarizəyə başlayıb. Lakin yanğını söndürmək və platformanı xilas etmək mümkün olmayıb. "Deepwater Horizon" dənizin dibinə batıb, BP isə qəzaya görə on milyardlarla dollar təzminat ödəməli olub, habelə yatağın ağzını bağlamaq üçün milyardlarla dollar xərcləyib.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor