İlk üzən elektrik stansiyası yaradılır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-11-2015, 12:10 | Şərh sayı: (0) | Baxılıb: 289
İlk üzən elektrik stansiyası yaradılır
Şotlandiya hökuməti və Norveçin Statoil neftçıxarma şirkəti hər birinin gücü 6 meqavat olan 5 külək turbininin inşasına dair saziş imzalayıb.
Bu turbinlər Şotlandiyanın şimal-şərq sahilindən 25 kilometr məsafədə üzən platformalara quraşdırılacaq.
Ixlas.Az xeberler.az-a istinadən xəbər verir ki, Hywind adlanan və dünyada ilk üzən külək elektrik stansiyası kimi elan edilmiş layihə 20 min evin enerji ilə təchizi üçün kifayətdir.
Elektrik stansiyasının açılışı 2017-ci ildə planlaşdırılır.
Bildirilir ki, 30 meqavat gücündə olan "Hywind" elektrik stansiyası yerli küləklər hesabına elektrik enerjisi generasiya edəcək. Külək mühərrikləri suyun səthi üzərindən 95-120 metr dərinlikdə quraşdırılacaq.
Qeyd edilib ki, üzən elektrik stansiyaları öz görünüşü ilə heç kimi narahat etməyəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər