RSS
 

Login:
Şifrə:
» » Manata ciddi dəstək gəldi

Xəbər lenti

Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...
ANADAN ƏZİZ, YENƏ ANADIR!
ANADAN ƏZİZ, YENƏ ANADIR!...
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır...
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin...
“LƏVVАMƏ NƏFSİ”, yaxud vicdan əxlaqı
“LƏVVАMƏ NƏFSİ”, yaxud vicdan əxlaqı...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr

Reklam

Online SMS Yaz!
Online Sms:

Manata ciddi dəstək gəldi

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 09:45 | Şərh sayı: (0) | Baxılıb: 162

Manata ciddi dəstək gəldi


Manata ciddi dəstək gəldi


Dünən Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2015-ci il üçün Azərbaycanın daxili dövlət borcunun yuxarı həddinin 3 milyard manatadək artırılmasını nəzərdə tutan "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər təsdiq edilib.
Dəyişikliklərə əsasən, Azərbaycan prezidentinin 15 iyul və 7 avqust 2015-ci il tarixli fərmanlarının icra edilməsi çərçivəsində bir sıra dövlət layihələrinin maliyyələşdirilməsi məqsədilə daxili dövlət borcunun həddi 1,5 milyard manatdan 4,5 milyard manatadək artırılıb.
Belədirsə, ölkəmizin daxili dövlət borcunun artması nədir, nələr vəd edir? Borcun artımı iqtisadiyyatın inkişafından xəbər verir, yoxsa tam tərsinə, geriləmədən?

İqtisadiyyat nəzəriyyəsinə dərindən bələd olmayan insanlar üçün "daxili dövlət borcunun artırılması" ifadəsi neqativ, mənfi çalarlı söz birləşməsi təsiri bağışlayır. Nədən ki, borcun artması konkret fərd üçün istənilən halda arzuolunmaz hal, pis olaydır.
Kimsə borclarının məbləğinin böyüməsini, borclandığı qurumlar və ya şəxslərin sayının artmasını istəməz.
Dövlət də fərd təkidir. Fərdin borclarının çox olması onun maddi durumu və rifahı üçün pisdirsə, dövlətin xarici borclarının həcminin böyüməsi də iqtisadiyyatın inkişafına maneələr yaradan obyektiv səbəblər, eyni zamanda subyektiv sədlər sırasındadır.
Xarici ölkələrə və beynəlxalq maliyyə təşkilatlarına, habelə dövlətlərarası və ya hökumətlərarası qurumlara olan borclar dövlət üçün ödəniləcək böyük məbləğlə yanaşı, aylıq faiz ödənişləridir.
Bu da bəlli pulları sosial sahədən tutmuş, müdafiə potensialınadək ən müxtəlif məqsədlərə sərf etməyə mane olur.
Xarici dövlət borcunun böyük məbləğinin yoxsul və ya inkişaf etməkdə olan dövlətlərə xas problem olduğunu düşünmək də yanlışdır. Çünki hazırda belə borcların ən böyük məbləğlərinin daşıyıcıları ABŞ, Yaponiya, Britaniya və Fransadır. Bu ölkələrin xarici borclarının toplam məbləği on trilyonlarla dollara çatıb.
Ən əsası isə xarici dövlət borcunun ümümdaxili məhsula olan faiz nisbəti ölkənin durumunu, iqtisadiyyatın halını səciyyələndirir.
Borc ÜDM-ə nisbətdə nə qədər az olarsa, ölkənin maliyyə durumu o qədər stabil, bahalaşma o qədər asta, inflyasiyanın sürəti bir o qədər aşağıdır.
Tərsi isə sürətli bahalaşma, ölkənin maliyyə ehtiyatlarının sürəkli azalması, vətəndaşlarının yaşamının ağırlaşmasıdır.
Daxili dövlət borcu isə tam fərqli anlamdır.

Daxili dövlət borcu (Internal National Debt) müəssisələr, şirkətlər və vətəndaşların maliyyə vəsaitlərinin dövlət proqramları və sifarişlərinin həyata keçirilməsi üçün cəlb olunması nəticəsində, habelə qiymətli kağızlar, istiqrazlar və digər dövlət qiymətli kağızlarının dövriyyəyə buraxılması, habelə əhalinin, yəni fiziki şəxslərin dövlət banklarında olan borcunun toplam məbləğidir.
Azərbaycanın da daxili borcunun artmasında, daha doğrusu, artırılmasında problem yoxdur. Əksinə, bu qərar iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, ixracatda xammal və təbii resursların ümumi payının azaldılması, müasir texnologiyaların tətbiqi və çalışanların peşə qabiliyyətinin artırılması vasitəsilə istehsalın artırılması, mal və məhsulların rəqabət qabiliyyətinin gücləndəndirilməsidir.
Eyni zamanda belə borc artımı kiçik və orta sahibkarlığın inkişafına təkan verir, dövlət və kommersiya banklarının vətəndaşlarla şirkətlərə daha kiçik faizlərlə (buraya bilavasitə "effektiv faiz stavkası" deyilən anlam daxildir ki, o da verilən kreditə görə bütün faizlərin, habelə ilkin komissiya ödənişinin cəmi deməkdir) kreditlər ayırmasına şərait yaradır.
Daxili dövlət borcunun məbləğinin 3 milyard manatadək artırılması həm də dövlət proqram və layihələrinin maliyyələşdirilməsi üçündür.
Həmin layihələrsə iş yerləri, on minlərlə işçinin stabil və normal maaş alması deməkdir ki, bu da yüz minlərlə vətəndaşın rifahının təminatı məqsədini güdən qərardır.
Postsovet məkanındakı ölkələrin tam əksəriyyətindən fərqli olaraq Azərbaycanda daxili dövlət borcu iqtisadi inkişafın stimullaşdırılmasına yönəlmiş addımdır. Təbii, bu qərara qlobal bazarlarda xam neft və təbii qazın ucuzlaşması, habelə dünya miqyasında davam edən, səngimək bilməyən iqtisadi-maliyyə böhranının da təsiri var.

Böhranın və ucuzlaşmanın Azərabaycandan yan keçdiyini, iqtisadiyyata, hər birimizin həyatına birbaşa təsir etmədiyini iddia etmək dürüst olmazdı. Xeyr, təsir var və bunun olmaması da sadəcə, mümkün deyil.
Problem neftin ucuzlaşması və ya xammalın alış qiymətlərinin aşağı düşməsi yox, bu çətinliklərin qeyri-adekvat dəyərləndirilməsidir ki, bəhs etdiyimiz vəziyyəti büdcəsinin gəlirlər hissəsinin əksəriyyətini neft və qaz satışlarından əldə edilən gəlirlər hesabına formalaşdıran dövlətlərdə görürük. Həmin ölkələr hələ də "neft erası"nın bitmədiyini düşünür, illüziyalardan əl çəkmirlər.
Səudiyyə Ərəbistanından tutmuş, Venesuela və Nigerədək neft ixrac edən ölkələr hasilatı aşağı salmır, mümkün qədər çox neft satmaqla ucuzlaşmış "qara qızıl"ın ağır fəsadlarını azaltmağa can atırlar. Həmin ölkələr dövlət xərclərini azaltmır, ekstensiv idarəetmədən intensiv iqtisadi modelə keçmir, korrupsiya və rüşvətxorluqla sərt mübarizə aparmır, sosial proqramlara ayırdıqları külli miqdarda vəsaiti kiçiltməyi ağıllarına da gətirmir, üstəlik populist siyasətlər yürüdür, vətəndaşlara "narahat olmayın, hər şey nəzarət altındadır" vədləri verirlər.
Azərbaycanda tam fərqli mənzərədir.
Prezident İlham Əliyev ölkə iqtisadiyyatında postneft dönəminin başladığını bəyan edib. Bu isə ən son texnologiyalardan istifadə olunmaq şərtilə yerli istehsalın gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı üçün hər cür şəraitin yaradılması, sahibkarlığa maksimum dəstəyin verilməsi, sənayedə innovasiyaların tətbiqinin miqyasının böyüdülməsi, hər manatdan mümkün qədər effektiv istifadə praktikasının həyata keçirilməsi deməkdir.
Rotşildlər demişkən, pul qazanmaq çətin deyil - çətin həmin pulları məntiqlə xərcləməkdir.
Azərbaycanda da ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək və resessiyanın, durğunluğun qarşısını almaq üçün daxili dövlət borcunun məbləği artırılıb.
Ümumiyyətlə, dövlət borcunun əsasını faiz ödənişləri ilə bağlı xərclər təşkil edir. Belə ödənişlərin ümumdaxili məhsula olan müqayisə səviyyəsi kritik həddə çatanda ölkədə iqtisadi inkişaf dayanır.

Ekspertlərin fikrincə, postsovet ölkələri üçün kritik hədd borc səviyyəsinin ÜDM-dən 2 dəfə artıq olimasıdır.
Azərbaycanda isə belə müqayisəli səviyyə qonşu dövlətlər, hətta Türkiyə, İran, Baltikyanı dövlətlərə nisbətən çox aşağıdır.
Göründüyü kimi, daxili dövlət borcunun yuxarı həddinin artırılması orta perspektivdə ölkə iqtisadiyyatının inkişafını stimullaşdırmaq üçün yaxşı imkandır.
Üstəlik, bu qərar manatın sabit dövrə valyutalarla müqayisədə kursunun aşağı düşməsinin qarşıını alınmasına yönəlmiş tədbirlər planının bir hissəsi də sayıla bilər.
İndi əsas məsələ dövlət qurumlarının büdcədən ayrılan vəsaitdən effektiv istifadə etmələridir.
Bunun üçünsə xərclərə nəzarət gücləndirilməli, antikorrupsiya tədbirləri sərtləşdirilməli, hər manat kontrol altında saxlanmalıdır.
Azərbaycan hakimiyyəti bu yolu seçib.
Normal, təqdir olunası və optimal seçimdir.

Elçin Alıoğlu
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

En Son Yükləmələr

Haci Sahib - Imam Huseyn (e) Mekkeni niye terk etdi?
Haci Sahib - Ashura Meysemi Temmarin dilinden
Haci Sahib - Imam Huseyn (e) Kerbelaya gelisi
Baqir Mensuri - Mehdiyem men
Baqir Mensuri - Kefen axtarir
Abbas Abbas
Haci Sahin - Quran haqqinda
Haci Sahin - Nefsle mubarize
Haci Sahin - Heqiqi mominler
Haci Sahib - Ya Huseyn
Haci Sahib - Danisaq Ya Huseyn
Haci Sahib - Salam ola
Balabey - Kecer
Haci Sahib - Ruqeyye
Haci Sahib - Ya Huseyn
Huseyn canem
Seyyid Rehman - Geldi
Seyyid Rehman - Kerbubeladir
Seyyid Rehman - Movla
Gozel Qiraet
Huseyn Huseyni - Menem Zeyneb
Huseyn Huseyni - Fatimeyi Zehra
Ebelfezl Aga haqqinda mersiye
Demisem Ya Eli
Davud Elizade - Huseyn Vay
Ilqar Nehremli - Ya Eli
Ilqar Nehremli - Can Ebelfezl aga
Haci Shahin - Ebelfezl aga
Haci Shahin - Eshq ve agil
Haci Shahin - Dushunce
Haci Sahib - Imami cagirmaq
Haci Sahib - Imam ve imtahan
Haci Sahib - Duanin qebuluna mane olan amiller
Haci Sahin - Dunyaya qul olmaq
Haci Sahin - Dunyanin ehemiyyeti
Haci Sahin - Bismillehir Rehmenir Rehim
Haci Qurbet - Ramazan bayrami
Haci Qurbet - Gunah
Haci Qurbet - Cox istemek
Imam Zaman agaya dua
Purzergeri - Ehzab 38-50
Tevsiyye - Fecr,Muteffifin,Beled,Beqere-1-5
Tevsiyye - Fecr suresu
Surxay Qedirxum - Gozumun qarasi Zeyneb
Elvin Valeh - Şiələrin
Fərəc qrupu - Ya Mehdi
Hacı Zahir Mirzəvi - Haray
Hacı Zahir Mirzəvi - Hüseynim
Hacı Zahir Mirzəvi - Xanım Zeynəb
Peyman Məmmədoğlu - Şikayətim var
Rövşən və Rauf - Dua
Vasif Vəsfinur - Ramazan
Hacı Sahib - Əməllərin girovunda
Hacı Sahib - Hacı Sahib - Ibadət
Hacı Sahib - Ictimai azadlıq
Hacı Şahin - Allahın təkəbbürü
Hacı Şahin - Dost seçmək
Hacı Şahin - Dünyaya məhəbbət
 

Ən Çox Oxunanlar

Təqvim

«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor