RSS
 

Login:
Şifrə:
» » Bakı aptekləri necə narkotik satır? - "Bir paçka verin…"

Xəbər lenti

Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bakı aptekləri necə narkotik satır? - "Bir paçka verin…"

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-10-2015, 14:53 | Şərh sayı: (0) | Baxılıb: 356

Bakı aptekləri necə narkotik satır? - "Bir paçka verin…"


Bakı aptekləri necə narkotik satır? - "Bir paçka verin…"


Bakının apteklərində narkotik satışı açıq şəkildə davam edir. Aptekə yaxınlaşırsan və ad çəkmədən "bir paçka verin" deyirsən. Satıcı sənin nə istədiyini bilir və dərhal narkotik vasitəni sənə uzadır. Halbuki, bu cür dərmanı yalnız reseptlə satmaq olar.

Haqqında danışdığımız dərman "tramadol"dur. Reseptlə satılmalı olan psixotrop dərman vasitəsi paytaxt Bakıda bir neçə aptekdə açıq şəkildə, istənilən şəxsə satılır.

Milli.Az xəbər verir ki, musavat.com saytının reportyoru bu cür dərmanların satıldığı apteklərdə olub. Müşahidələr zamanı məlum olub ki, "tramadol"un əsas alıcıları gənclər və orta yaşlı kişilərdir.

Əvvəlcə dərman haqda qısa məlumat verək...

"Tramadol" psixotrop dərmandır. "Tramadol" tərkibli həblərin satışı qadağan edilməyib, lakin bu dərman güclü psixotrop təsirə malik olduğundan yalnız həkim göstərişi əsasında satıla bilər. Bu dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib. Bu preparatdan ancaq güclü ağrısı olanlar, məsələn, xərçəng xəstələri istifadə edə bilərlər. Həmin dərmanın əlavə təsirindən biri də bu dərmanın asılılıq yaratmasıdır. Bu dərmanlar eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur. "Tramadol" dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər. "Tramadol" güclü narkosərxoşluq və asılılıq yaradan narkotik vasitə kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub.

"Tramadol"un satışı...

Bakıda bir neçə aptek var ki, bu dərmanın açıq şəkildə, reseptsiz satışı ilə məşğuldur. Bu cür apteklərdən biri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 151 K ünvanında yerləşir. Əvvəlcədən də yollandığımız aptekdən dərmanı rahatlıqla, heç bir resept tələb edilmədən, ən azından sorğu-sual edilmədən alacağımızı eşitmişdik. Və elə də olur. Aptekə yaxınlaşırıq və dərmanın adını çəkmədən satıcıya 20 manat uzadaraq "bir paçka verin" deyirik. Satıcı bir paçka "tramadol"u və 16 manat qalıq pulu bizə qaytarır.

Dərmanı aldıqdan sonra aptekin qarşısında bir neçə dəqiqə müşahidə aparırıq. İstənilən şəxs aptekə yaxınlaşır və həbləri rahatlıqla alır.

Aptekin qarşısında 25-28 yaşlı alıcılardan biri ilə söhbətimiz:

- Salam, "tramadol"u reseptsiz aldınız?
- Aha. Resept istəmirlər axı...
- Mən də ala bilərəm?
- Əlbəttə. Bu dərmanı hamı alır.
- Bəs, deyirlər, narkotik vasitə kimi istifadə olunduğu üçün hər kəs ala bilmir...
- Siz niyə məni suala tutursunuz? Alacaqsınızsa, girin aptekdən alın...
- Mən xəstə üçün almıram...
- Bilirəm, nə üçün alırsınız. Guya alanlar xəstə üçün alır? Sağ olun. Mənim vaxtım yoxdur...

Həmsöhbətimiz nədən danışdığımızı başa düşür və bizdən uzaqlaşır.

Aptek satıcısından bu dərmanı niyə reseptsiz satdığını soruşmuruq. Çünki onlar da bu dərmanın kimlər tərəfindən və nə məqsədlə alındığını bilirlər. Bu cür apteklər narkotik vasitələrin aludəçiləri olan şəxslər tərəfindən tanınır. Bu apteklərə məhz "tramadol" almaq üçün üz tuturlar.

Xətai rayonundakı bir neçə aptekdə də açıq şəkildə "tramadol"un satışı həyata keçirilir. Bu aptekdə də dərmanın reseptsiz və istənilən şəxsə satıldığını müşahidə etmək olar.

Onu da əlavə edək ki, "tramadol" əvvəllər "tramal" adı ilə satışda idi.

"Tramadol"dan istifadə edəndə nə olur?

Bu dərmandan istifadə etdikdən sonra süstlük yaranır, reallıq hissi itir, hərəkət ləng olur, ətrafda baş verənlərə reaksiya vermək qabiliyyəti əhəmiyyətli dərəcədə azalır. Dərmanın istifadəçilərinin dili ilə desək, "adamı tamamilə söndürür, elə bil ayaqların yerdən üzülür".

"Lirika" tərkibli dərmanlar da psixotrop dərmandır. Bu dərmanların satışı Bakıda qadağan edilib. Səhiyyə Nazirliyi 2013-cü ilin yanvarından "Lirika" preparatının fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər bu həblərin satışını dayandırıb və dövlət qeydiyyatından çıxarıb.

Məlumat üçün bildirək ki, "tramadol" və "lirika" həbləri narkotiklə birgə qəbul olunanda narkotikin təsirini uzadır. Bundan əlavə, uyuşdurucu təsiri göstərir.

Səhiyyə Nazirliyindən verilən məlumatda isə deyilir ki, "Lirika" həbləri ilə yanaşı, "Koaksil", "Tropin" və "Midriasil" dərman vasitələrinin də uyuşdurucu təsiri olduğu, xəstələrdə asılılıq yaratdığı üçün "Koaksil" dərman preparatlarının respublikaya idxalı bu preparatların fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər dayandırılması və dövlət qeydiyyatından çıxarılması qərara alınıb. "Tropin" və "Midriasil" dərman preparatlarının stasionar tibb müəssisələrində istifadə olunan dərman preparatları sırasına daxil edilməsinə və aptek şəbəkəsindən çıxarılmasına dair qərar verilib.

Səhiyyə Nazirliyi bu cür apteklərə qarşı reydlər keçirir. Xatırladaq ki, bu ilin əvvəlində "Murad Farm" MMC-yə məxsus Xətai rayonunda yerləşən "Murad" aptekin fəaliyyəti dayandırıldı. Səhiyyə Nazirliyi yanvarın 21-də "Murad" aptekinin lisenziyasının ləğv edilməsi haqqında qərar verdi.

Nazirlik tərəfindən yoxlama zamanı aptekdə satışı aparılan və dövlət qeydiyyatına alınmamış 46 adda dərman preparatı aşkarlanaraq müsadirə edilmişdi. Həmçinin reseptlə satılmalı olan psixotrop dərman vasitələrinin reseptsiz satışının aparılması və xüsusi saxlama rejimi tələb olunan dərman vasitələrinin saxlanma şəraitinə riayət olunmaması faktları da müəyyən edilmişdi.

Yuxarıda qeyd etdiyimiz ünvanlarda "tramadol"un satılması haqda 2013-cü ildə də məlumat vermişdik. Bundan sonra Səhiyyə Nazirliyi həmin apteklərdə yoxlamalar apardı və bu dərmanın satışının qarşısı alındı. Nazirlik tərəfindən yoxlamalar aparılsa da, qeyd etdiyimiz ünvanlarda hələ də bu cür psixotrop dərmanların qanunsuz satışı həyata keçirilir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor