RSS
 

Login:
Şifrə:
» » İŞİD-ə qoşulan azərbaycanlı: Məni bir otağa salıb bağladılar…

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İŞİD-ə qoşulan azərbaycanlı: Məni bir otağa salıb bağladılar…

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-10-2015, 16:42 | Şərh sayı: (0) | Baxılıb: 1144

İŞİD-ə qoşulan azərbaycanlı: Məni bir otağa salıb bağladılar…


İŞİD-ə qoşulan azərbaycanlı: Məni bir otağa salıb bağladılar…


“Adamla görüşüb 400 dollar aldım”.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "İŞİD"in tərkibində döyüşməkdə təqsirləndirilən Bəkirov Telman və Tahirov Mübarizin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası olub.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Təqsirləndirilən Telman Bəkirov etiraz edib, o məhkəməyə ifadəsində ittiham aktını əsassız hesab etdiyi deyib:

“Mən Mübarizi ikinci dəfədir görürəm. Ittiham mənim Iraqda olmağıma görə yox, əqidəmə görədi. Mən heç vaxt Suriyada olmamışam. Türkiyədə işləyib yaşamışam, kirayə ev tutmuşam. Ismayıllıda saqqal saxladığıma görə tutuldum. Mən Türkiyədə 1 ay 8 gün qaldım, orada olanda neçə dəfə Ankaradakı konsulluğumuza, polis idarələrinə meraciət etdim. Burda da mən istintaqda ifadə verməmişəm, dindirilmə zamanı da kağız üstündə müdafiəçim olub. Ittiham aktı ilə istintaq bitdikdən sonra tanış olmuşam, onda da etiraz etmişəm.

Mən 2011-ci ildən sünni namazı qılmağa başlamışam. Ailə qurduqdan sonra Bakıya gəlib Müsfiqabadda yaşamışam. Orada məsciddə Cümə namazı qılıb getmişəm. Həmin məsciddə heç kimi tanımamışam. Istintaqda adıçəkilən Samir Qafarovu da tanımıram. Mən şəxsiyyət vəsiqəmi itirdiyim üçün polisə xə müraciət etmişəm”.

T.Bəkirovun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O ifadəsində bildirib ki, 2013-cü ildə Müşfiqabadda məsciddə Samir adlı şəxslə tanış olub:
“Samir mənə "IŞID"ə qoşulacağını dedi, mən də qoşulmaq istədiyimi bildirdim. Mənə kömək edəcəyini dedi və Türkiyədə olan Zəkəriyyə adlı şəxsin telefon nömrəsini verdi. Sonra Cavid adlı şəxs mənə zəng edib Suriyaya gələcəyimdən xəbərdar olduğunu dedi və bir nəfərlə görüşüb ona çatacaq pulu almağımı istədi. "Neftçilər" metrostansiyasının yaxınlığında tanımadığım adamla görüşüb 400 dollar aldım.

Sonra Türkiyəyə getdim, orada Zəkəriyyə məni gizli yolla Suriyaya keçirtdi, sənədlərimi də alıb özündə saxladı. Suriyada qaldığım hərbi düşərgədə məndən başqa 10 nəfər azərbaycanlı vardı. Abu Amur adlı şəxs bizi "Abdulhəmib camaatı"na təhvil verdi. Mübariz Tahirovla da həmin düşərgədə tanış oldum. Dörd gün təlimlərə qatıldıq, orada mənə "Kalaşnikov"dan istifadə etməyi öyrətdilər. Silahı söküb təmizləməklə məşğul idim. Sonra məndən şübhələnməyə başladılar, bir dəfə "IŞID"çilər başıma silah dayayıb öldürəcəklərini dedilər. Bir müddət sonra bütün bunları görüb oradan qaçdım. Türkiyəyə gəlib kömək istədim, sonra da Gürcüstan vasitəsilə Azərbaycana gəldim”.

Telman Bəkirov səsləndirilən ifadənin ona məxsus olmadığını deyib:

“Səhifə 11-də yazılıb ki, "IŞID" mənə icazə vərəqi verib, səhifə 7-də isə "IŞID"çilərin başıma silah dayayıb icazə vərəqi vermədiyi yazılıb. Mən burada "svarşik" işləmişəm, Türkiyədə isə qapı-pəncərə sexində işlədim. Məni ora Hasan adlı tanışım dəvət etdi, onunla internetdə tanış olmuşdum. Mən istintaq zamanı yazılan ifadəmə etiraz etmək istəyəndə başımdan şillə ilə vurub qoymurdular. Kimə şikayət edə bilərdim ki? Bir dəfə Qızıl Xaçdan gəlib dedilər ki, qol çəkməsən sənə heç nə edə bilməzlər. Ondan sonra qol çəkmədim. Əvvəldən bilmirdim, ona görə imzalamışdım”.

T.Bəkirov ailəli olub, 3 yaş və 1 yaş 3 aylıq iki övladı var. Ailəsini də özü ilə Suriyaya aparıb.

Bundan sonra digər təqsirləndirilən Mübariz Tahirov ifadə verib. O bildirib ki, dinin təsiri altında Suriyaya getmək istəyib:

“Mən məhləmizdə Şirzadın işlətdiyi internet kafeyə gedirdim, orada nəzarətdə olan yer idi. Tez-tez saqqallı adamlar gəlirdi. Mənə də orada uşaqlar Suriyaya aid videolar göstərirdi, dini söhbətlər edirdilər. Mən də ondan təsirlənib Suriyaya getmək istədim. Türkiyəyə getdim, orada bəzi şeylər gördüm. Bildim ki, burada dinə aid şeylər yoxdu, ordan geri qayıtdım. Suriya sərhədini keçməmişəm. Məni ora Mahmud Rəsulov aparmışdı. Orada mən geri qayıtmaq istədiyimi dedikdə məni bir otağa salıb bağladılar. Vəhabilər idi, dedilər getsən polisə deyəcəyik səni tutacaq. Sonra Mahmud da çıxıb getdi, mən orada tək qaldım”.

Mübariz Tahirov deyib ki, istintaqa verdiyi ifadəni oxumayıb:

“Mən oxuma-yazma bilmirəm. Heç vaxt da məktəbə getməmişəm. Anamla yaşamışam, o da xəstə olub. Imkanımız olmayıb məktəbə getməyə. 13 yaşımdan işləmişəm. Türmədə olanda kamera yoldaşıma yazılanları oxutdum, dəhşətə gəldim. Mən elə şeylər deməmişəm”.

M.Tahirov Türkiyədə sünni namazı qılmağı öyrəndiyini, Bakıya gəldikdən sonra isə buraxdığını deyib.

Telman Bəkirovun dayısı Tahir Hüseynov şahid qismində dindirilib. Bildirib ki, bacısı Gülnaz ona zəng edərək oğlunun Suriyaya getdiyini deyib.

Məhkəmənin növbəti iclası oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında ə keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İŞİD" terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

E.Ə.
www.oxu.az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor