RSS
 

Login:
Şifrə:
» » Qədr gecəsi hədislərdə

Xəbər lenti

Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...
ANADAN ƏZİZ, YENƏ ANADIR!
ANADAN ƏZİZ, YENƏ ANADIR!...
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır...
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin...
“LƏVVАMƏ NƏFSİ”, yaxud vicdan əxlaqı
“LƏVVАMƏ NƏFSİ”, yaxud vicdan əxlaqı...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr

Reklam

Online SMS Yaz!
Online Sms:

Qədr gecəsi hədislərdə

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 23-06-2016, 21:25 | Şərh sayı: (0) | Baxılıb: 636

Qədr gecəsi hədislərdə


Qədr gecəsi hədislərdəHəzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

“Hər kim Qədr gecəsi oyaq qalsa, günahları bağışlanar; hətta günahları göydəki ulduzların sayı, yerdəki dağların ağırlığı, dənizlərin tutumu qədər olsa da” (Vəsailüş-şiə, 8-ci cild, səh. 21).

“Hər kim Qədr gecəsində ehya etsə (oyaq qalsa), növbəti ilə kimi əzab ondan götürülər (yəni günahları bağışlanar)” (Biharül-ənvar, 98-ci cild, səh. 145).

“Qədr gecəsində səmanın qapıları açılar. Hər kim bu gecədə namaz qılsa, hər səcdəsinə görə Allah ona cənnətdə elə bir ağac verər ki, o ağacın altında süvari min il at çapsa, kölgəsi qurtarmaz. Hər rükuya görə Allah ona cənnətdə dürr-yaqutdan, ləl-cəvahiratdan tikilmiş ev verər. Hər oxuduğu ayəyə görə Allah ona cənnət taclarından bir tac verər. Hər təsbihinə görə ona cənnət quşlarından bir quş, hər oturuşuna (təşəhhüd halındakı oturuş nəzərdə tutulur) cənnət dərəcələrindən bir dərəcə, hər təşəhhüdünə görə cənnət hücrələrindən bir hücrə, hər salamına görə də cənnət xələtlərindən bir xələt bağışlayar...” (Biharül-ənvar, 98-ci cild, səh. 145).

“Hər kim iman və mühasibə şərti ilə (yəni öz əməlləri haqqında özünə hesabat verərək) Qədr gecəsində oyaq qalsa, bütün keçmiş və gələcək günahları bağışlanar” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 458).

Bir nəfər Peyğəmbərdən soruşdu: “Qədr gecəsində oyaq qalsam, Allahdan nə istəyim?” Peyğəmbər cavab verdi: “Afiyət (sağlamlıq)” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 458).

“(Qədr gecəsinin sonunda) Günəş doğarkən Cənab Cəbrail (ə) ucadan haray çəkər: “Allah-təala Mühəmməd (s) ümmətinin ehtiyaclarına nə cavab verdi?” (Mələklər) deyərlər: “Allah onlara (müsəlmanlara) nəzər saldı, onların günahını bağışladı və onları əfv etdi; yalnız bu dörd dəstədən başqa: şərabxor, ağvalideyn, qohumlarla rabitəni kəsən və sehirbaz” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 459).

Həzrət Musa Peyğəmbər (ə) Allaha dua edərək dedi: “İlahi! Sənə yaxın olmaq istəyirəm!” Allahdan nida gəldi: “Mənim yaxınlığım Qədr gecəsi oyaq qalan adama məxsusdur”.

Həzrət Musa (ə) buyurdu: “İlahi! Sənin rəhmətini qazanmaq istəyirəm”. Allah cavab verdi: “Mənim rəhmətim Qədr gecəsində miskinlərə mərhəmət edən adama şamil olar”.

Musa Peyğəmbər (ə) buyurdu: “İlahi! Sırat körpüsünün üzərindən keçmək üçün Səndən vəsiqə istəyirəm”. Allahdan nida gəldi: “Bu, Qədr gecəsində sədəqə verən adama qismət olar”.

Həzrət Musa (ə) buyurdu: “İlahi! Cənnət ağaclarını və meyvələrini istəyirəm!” Allah buyurdu: “Bu, Qədr gecəsində təsbih deyən (yəni Allahı müqəddəsləşdirib, Onu zikr edən) adama şamil olar”.

Musa Peyğəmbər (ə) dedi: “İlahi! Cəhənnəm alovundan nicat tapmaq istəyirəm”. Allah buyurdu: “Bu nicat Qədr gecəsi günahlarının bağışlanması üçün istiğfar edənlərə aid olar”.

Həzrət Musa Peyğəmbər (s) minacat etdi: “İlahi! Sənin razılığını istəyirəm!” Allahdan nida gəldi: “Mənim razılığımı Qədr gecəsində iki rükət namaz qılan adam qazanar” (Vəsailüş-şiə, 8-ci cild, səh. 20; Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 456).

İmam Əli (ə) buyurub ki, Həzrət Mühəmməd Peyğəmbər (s) Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. İyirmi üçüncü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, əhya saxlasınlar; hətta yuxulu olanların üzünə su səpib oyadardı. Həzrət Fatimeyi-Zəhra (ə) ailə üzvlərinin Qədr gecəsində yatmalarına imkan verməzdi, onlara həmin gün az yemək verərdi (ki, yuxuları gəlməsin). Özü də günortadan bu gecəyə hazırlaşar və buyurardı: “Əsil məhrum o şəxsdir ki, bu gecənin bərəkətindən məhrum qalır” (Dəaimül-İslam, 1-ci cild, səh. 282).

İmam Mühəmməd Baqirdən (ə) soruşdular ki, “Qədr gecəsi min aydan xeyirlidir” ayəsinin mənası nədir? Buyurdu: “Bu gecədə namaz, zəkat, xeyirli iş qismindən olan saleh əməllər, bu gecənin olmadığı min ayda edilən eyni işlərdən daha yaxşıdır...” (əl-Kafi, 4-cü cild, səh. 158).



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

En Son Yükləmələr

Haci Sahib - Imam Huseyn (e) Mekkeni niye terk etdi?
Haci Sahib - Ashura Meysemi Temmarin dilinden
Haci Sahib - Imam Huseyn (e) Kerbelaya gelisi
Baqir Mensuri - Mehdiyem men
Baqir Mensuri - Kefen axtarir
Abbas Abbas
Haci Sahin - Quran haqqinda
Haci Sahin - Nefsle mubarize
Haci Sahin - Heqiqi mominler
Haci Sahib - Ya Huseyn
Haci Sahib - Danisaq Ya Huseyn
Haci Sahib - Salam ola
Balabey - Kecer
Haci Sahib - Ruqeyye
Haci Sahib - Ya Huseyn
Huseyn canem
Seyyid Rehman - Geldi
Seyyid Rehman - Kerbubeladir
Seyyid Rehman - Movla
Gozel Qiraet
Huseyn Huseyni - Menem Zeyneb
Huseyn Huseyni - Fatimeyi Zehra
Ebelfezl Aga haqqinda mersiye
Demisem Ya Eli
Davud Elizade - Huseyn Vay
Ilqar Nehremli - Ya Eli
Ilqar Nehremli - Can Ebelfezl aga
Haci Shahin - Ebelfezl aga
Haci Shahin - Eshq ve agil
Haci Shahin - Dushunce
Haci Sahib - Imami cagirmaq
Haci Sahib - Imam ve imtahan
Haci Sahib - Duanin qebuluna mane olan amiller
Haci Sahin - Dunyaya qul olmaq
Haci Sahin - Dunyanin ehemiyyeti
Haci Sahin - Bismillehir Rehmenir Rehim
Haci Qurbet - Ramazan bayrami
Haci Qurbet - Gunah
Haci Qurbet - Cox istemek
Imam Zaman agaya dua
Purzergeri - Ehzab 38-50
Tevsiyye - Fecr,Muteffifin,Beled,Beqere-1-5
Tevsiyye - Fecr suresu
Surxay Qedirxum - Gozumun qarasi Zeyneb
Elvin Valeh - Şiələrin
Fərəc qrupu - Ya Mehdi
Hacı Zahir Mirzəvi - Haray
Hacı Zahir Mirzəvi - Hüseynim
Hacı Zahir Mirzəvi - Xanım Zeynəb
Peyman Məmmədoğlu - Şikayətim var
Rövşən və Rauf - Dua
Vasif Vəsfinur - Ramazan
Hacı Sahib - Əməllərin girovunda
Hacı Sahib - Hacı Sahib - Ibadət
Hacı Sahib - Ictimai azadlıq
Hacı Şahin - Allahın təkəbbürü
Hacı Şahin - Dost seçmək
Hacı Şahin - Dünyaya məhəbbət
 

Ən Çox Oxunanlar

Təqvim

«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor